1. X–XVII əsrlərdə Rusiya, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniyada feodalların yüksək təbəqəsi.
Rusiyada tarixin müəyyən mərhələsində B. böyük knyazdan sonra dövlətin idarə olunmasında ən mühüm yer tutublar. Onların iqtisadi qüdrəti və siyasi təsiri XII–XV əsrlərdə zirvə nöqtəsinə çatıb. Mərkəzləşdirilmiş Rus dövlətinin yaranması ilə (XV əsrin sonu) B.-ın hüquqları tədricən məhdudlaşdırılıb. Bu terminin etimologiyası mübahisəlidir. Bəzi alimlər onun slavyan («baətğ», bajit – danışmaq), digərləri türk mənşəli (bay, bəy) olduğunu iddia edirlər.
2. XV–XVII əsrlərdə Rus dövlətində hakim siniflərdən dövlət xidmətində olan şəxslərə verilən yüksək rütbə.
Bu rütbə həmin şəxslərə Boyar dumasına (çarın yanında məşvərətçi ali şura) daxil olmaq hüququ verib.
3. Rumıniyada təqribən XIV əsrdə yaranmış və 1945-ci il aqrar islahatı nəticəsində ləğv olunmuş feodal təbəqəsi.
Tarix terminləri lüğətiing. boycott – İrlandiyada çalışan ingilis iş adamı Çarlz Boykottun soyadından
1. Ayrıca şəxs, təşkilat və dövlətlə əlaqələrin tam, yaxud qismən kəsilməsi, müəyyən malların alınmasından imtina və bu kimi hərəkətlərdən ibarət olan siyasi-iqtisadi mübarizə üsulu, etiraz forması.
İlk dəfə B. aksiyası 1880-ci ildə İrlandiya icarədarları tərəfindən onlarla sərt rəftar edən malikanə müdiri Ç.Boykotta qarşı keçirilib və termin belə yaranıb.
2. Əhalinin seçkilərdə iştirakdan imtina etməsi.
Tarix terminləri lüğətiAzərbaycan xalq təqvimində qışın sonuncu ayı.
B.A. kiçik çillədən sonra başlayır, fevralın 21-dən yaz girənədək (martın 21–22-dək) davam edir. Həmin müddət ərzində tutqun, günəşsiz günlərin sayı çox olduğu üçün bu ay belə adlanır. B.A.-a ala çillə, alaçalpo da deyilir.
Həmçinin bax:
Tarix terminləri lüğətiing. Great Society
ABŞ prezidenti Lindon Conson tərəfindən XX əsrin 60-cı illərində irəli sürülmüş islahatlar proqramı.
Köklü sosial islahatların gerçəkləşməsini nəzərdə tutan B.C.P.-nın iki əsas məqsədi olub – yoxsulluğun və irqi ayrı-seçkiliyin aradan qaldırılması.
Tarix terminləri lüğətiBəşəriyyət tarixində ən böyük coğrafi kəşflərin həyata keçirildiyi, avropalıların yeni qitələr, dəniz yolları aşkar etdiyi XV–XVI əsrlərə verilmiş ad.
1492-ci ildə Kolumbun Amerikanı, 1497–1498-ci illərdə Vasko da Qamanın Hindistana dəniz yolunu kəşf etməsi B.C.K.D.-nün əsasını qoyub. Bu dövr Avropadan Afrika, Amerika və Okeaniyaya yeni dəniz yollarının, eləcə də sürətli inkişafda olan Avropa iqtisadiyyatı üçün yeni xammal mənbələrinin aşkarlanması ilə nəticələnib, coğrafiya, botanika, zoologiya, etnoqrafiya və s. elm sahələri o vaxtadək məlum olmayan materiallarla zənginləşib.
Tarix terminləri lüğətiçin. Chángchéng – hərfi tərcüməsi: uzun divar
Çinin şimal-şərq sərhədləri boyunca uzanan dünyanın ən uzun və möhtəşəm müdafiə sistemi.
İnşasına e.ə. 221-ci ildə Çin imperatoru Sin-Şi-Xuandinin əmri ilə başlanılıb. O, dövlətin şimal-şərq sərhədlərini köçəri xalqların hücumlarından qorumaq və karvan yollarının təhlükəsizliyini təmin etmək məqsədilə bütün sərhəd boyunca başdan-başa sədd çəkilməsi barədə göstəriş verib. Həmin vaxtdan B.Ç.S.-nin tikintisi mütəmadi olaraq əsrlərlə davam edib. Onun indiyədək saxlanmış hissəsi, əsasən, Min sülaləsinin hakimiyyəti dövründə (1368–1644) inşa olunub. Uzunluğu 8.850 km (bəzi məlumata görə, 21.196 km) olan B.Ç.S.-nin hündürlüyü 6,6 m-ə (bəzi yerlərdə 10 m-ə) çatır, eni 5,5–6,5 m təşkil edir. Sədd boyunca gözətçi bürcləri, əsas dağ keçidlərində isə qalalar yerləşir.
Tarix terminləri lüğətiing. Great Depression
1929–1933-cü illəri əhatə edən dünya iqtisadi böhranı.
1929-cu ilin payızında ABŞ-da (Nyu-Yorkda) başlamış B.D. sonra Avropa və Asiya ölkələrinin əksəriyyətini əhatə edib. Böhrandan ABŞ, Kanada, Böyük Britaniya, Almaniya və Fransa daha çox ziyan çəkib. 1929–1933-cü illər böhranı dərinliyinə və miqyasına görə əvvəlkilərdən fərqləndiyi üçün tarixə B.D. adı ilə düşüb.
Tarix terminləri lüğətiing. Big Stick Policy
ABŞ prezidenti Teodor Ruzveltin Latın Amerikası ölkələrinə münasibətdə irəli sürdüyü “Monro doktrinası”nın geniş mənada yozumu.
1904–1905-ci illərdə formalaşmış B.D.S. Latın Amerikası ölkələrində baş verən konfliktlərin həlli funksiyasını (o cümlədən hərbi güc tətbiq etməklə) məhz ABŞ-ın yerinə yetirməsini nəzərdə tutub. Bu siyasətə görə, ABŞ, Latın Amerikası ölkələri ilə Avropa dövlətləri arasında mübahisələri nizamlamaq məsuliyyətini də öz üzərinə götürüb. 1933-cü ildə ABŞ prezidenti Franklin Ruzvelt B.D.S.-ni “Xeyirxah qonşuluq siyasəti” ilə əvəzləyib.
Tarix terminləri lüğətiErməni millətçiləri tərəfindən qonşu xalqlara məxsus torpaqları zəbt etmək məqsədilə yaradılmış dini-ideoloji, terrorçu “doktrina”.
Bu doktrinanın əsasında guya vaxtilə “dənizdən-dənizə” geniş əraziləri əhatə etmiş olan “B.E.” dövlətini dirçəltmək ideyası durur. Belə dövlətin nə vaxtsa mövcud olmasını tarixi qaynaqlar təkzib edir.
Tarix terminləri lüğətiQədim dövrdə və orta əsrlərdə Şərqi Asiyanı Ön Asiya (Aralıq dənizi hövzəsi) ölkələri ilə birləşdirən karvan yolu.
Əsasən, Çin ipəyinin ixracı üçün istifadə edildiyinə görə bu yolu belə adlandırıblar. E.ə II əsrdə qədim Çinin Xan sülaləsi dönəmində salınmış B.İ.Y. Sian və Lançjou şəhərlərindən keçməklə Dunxuana uzanıb, burada iki yerə ayrılıb: şimal yolu Turfandan Pamir dağları vasitəsilə Fərqanəyə və Qazaxıstan çöllərinə, cənub yolu isə – Lobnor gölünün yaxınlığından Təklə-Məkan səhrasının cənub qurtaracağı ilə Yarkəndə və Pamir dağlarının cənub hissəsi ilə Baktriyaya, oradan isə Parfiyaya, Hindistana və Yaxın Şərqə gedib çıxıb. B.İ.Y. termini ilk dəfə 1877-ci ildə alman coğrafiyaçısı Rihtqofen tərəfindən işlədilib.
Tarix terminləri lüğətiqazax. – ulu ittifaq
XVI əsrdə Qərbi Qazaxıstanda formalaşmış qazax soylarından və tayfa qruplarından biri.
B.J.-a kanqlı, dulat, alban, sulan, jalair və s. tayfalar daxil olub. Ərazicə Şərqi Türküstanın Yeddisu vilayətinin, indiki Qazaxıstanın cənubunu, müasir Çinin qərb hissəsinin bir qismini və Daşkənd ətrafını əhatə edən B.J.-un əhalisi XIX əsrdə 550 min nəfərə çatıb, sonradan bu ərazilərin əksəriyyəti Rusiya tərəfindən ilhaq olunub.
Həmçinin bax:
Tarix terminləri lüğəti1. Kiyev Rus dövlətində feodal pərakəndəliyi dövründə bütün knyazlıqların başçılarına verilən titul.
Monqol işğalı dövründə (XIII–XV əsrlər) B.K. titulu əvvəlcə monqol imperatoru, sonra isə Qızıl Orda xanı tərəfindən verilib. Mərkəzləşdirilmiş Rus dövləti yarandıqdan sonra yalnız Moskva knyazı B.K. adlanıb. 1547-ci ildən B.K. – çar, 1721-ci ildən isə imperator titulu ilə əvəzlənib.
2. XVIII əsrdən çarın birbaşa varislərinə verilən titul.
3. XIV–XVI əsrlərdə Litva hökmdarlarının titulu.
Tarix terminləri lüğəti