Reklam
Reklam

Tarix terminləri lüğəti

cəngavər şərəfi

Orta əsrlərdə cəngavərlərin riayət etməli olduqları əxlaq normaları sistemi.

Bu normalara görə, cəngavər xristian dininin düşmənlərinə qarşı barışmaz olmalı, zəifləri müdafiə etməli, qadınlara xüsusi hörmətlə yanaşmalı, bir çox digər tələblərə mütləq şəkildə əməl etməlidir.

Həmçinin bax:

Tarix terminləri lüğəti

cəngavər ordenləri

Qərbi Avropada XII–XV əsrlərdə cəngavərlərin təşkilatları.

İlk C.O. səlib yürüşləri dövründə zəbt edilmiş ərazilərin müdafiəsi və genişləndirilməsi üçün katolik kilsəsinin rəhbərliyi altında yaradılıb. Lakin C.O.-nin fərqli məqsədləri də olub – bütpərəstlərə, quldurlara, qarətçilərə, hər hansı kral, yaxud senyorun düşmənlərinə qarşı mübarizə və s. Çoxsaylı ordenlərin ömrü, müəyyən istisnalarla (məs.: ioanitlər, tampliyerlər, Tevton, Santyaqo, Alkantara ordenləri), uzun olmayıb. Qızıl və gümüşdən hazırlanıb qiymətli daşlarla bəzədilmiş xüsusi fərqlənmə nişanlarının sinədə gəzdirilməsi ənənəsinin əsasını da məhz C.O. qoyub. Həmin nişanları bir müddət sonra orden adlandırmağa başlayıblar.

Həmçinin bax:

Tarix terminləri lüğəti

cəngavərlik

Orta əsrlərdə Qərbi və Mərkəzi Avropa ölkələrində dünyəvi feodallardan ibarət imtiyazlı sosial təbəqə.

C. daxilində münasibətlər, əsasən, vassallıq prinsipləri əsasında qurulub. Vassal-cəngavər öz hesabına senyorunun qoşununda könüllü hərbi xidmət göstərib. O, mütləq qaydada döyüş atı və qiymətli ağır yaraqlara (qılınc, qalxan, zirehli geyim) malik olub. C.-in çiçəklənmə dövrü XII–XIV əsrlərə təsadüf edir. XV–XVI əsrlərdə nizami qoşunların yaranması və odlu silahların kəşfi ilə əlaqədar C. əhəmiyyətini itirib.

Həmçinin bax:

Tarix terminləri lüğəti