holl. fregat, fr. fregate
Yelkənli hərbi donanmalar dönəmində üçdorlu gəmi növü.
Terminin mənşəyi naməlumdur. Yelkənli xətti gəmilərdən ölçülərinin kiçikliyi və silahlarının azlığı ilə fərqlənən, ancaq daha yüksək sürətə malik olan F.-lardan, əsasən, kəşfiyyat, müşahidə məqsədilə istifadə edilib. XIX əsrin ortalarında buxarla işləyən F.-lar meydana gəlib. Müasir dövrdə isə ABŞ hərbi-dəniz donanmasında idarə olunan raketlərlə silahlanmış gəmilər F. adlanır. Onlardan düşmənin sualtı qayıqlarını aşkarlayıb məhv etmək, həmçinin təyyarədaşıyan gəmiləri hava və raket hücumundan müdafiə etmək üçün istifadə olunur.
Tarix terminləri lüğətiital. fresco – təzə
1. Yaş suvaq üzərində boyakarlıq texnikası.
2. Suvağı qurumamış divar və ya tavan üzərində sulu boyalarla çəkilmiş şəkil.
Suvaq quruduqdan sonra onun üzərində kalsium-karbonatdan ibarət şəffaf təbəqə əmələ gəlir ki, bu da F.-nın uzunömürlülüyünü təmin edir. F.-ların yaranma tarixi dəqiq məlum deyil, onlara hələ e.ə. II minillikdə Egey mədəniyyətində rast gəlinir. Bu texnika antik və erkən orta əsrlər dönəmində geniş yayılsa da, İntibah dövründə ən yüksək inkişaf mərhələsinə çatıb.
Tarix terminləri lüğətiər. feyz – fayda, xeyir, nemət
1906–1907-ci illərdə Bakıda Ə.Hüseynzadənin (1864–1940) redaktəsi ilə nəşr olunan “Füyuzat” jurnalı ətrafında qruplaşmış maarifçi-ziyalılar.
Azərbaycan cəmiyyətinin bütün sahələrində köklü islahatlar tərəfdarı olan F. türkçülüyün təbliğində, bütövlükdə xalqın milli oyanışında, mədəniyyət və elmin yayılmasında müstəsna xidmətlər göstəriblər. Onların əsas şüarı “türkləşmək, islamlaşmaq və avropalaşmaq” olub.
Tarix terminləri lüğətialm. führer – rəhbər, lider, öndər
1934–1945-ci illərdə Almaniyanın dövlət başçısı və nasional-sosialist fəhlə partiyasının liderinin rəsmi titulu.
Bu termin həmin titulu daşımış A.Hitlerlə assosiasiya olunur. F. titulunu Hitler 1934-cü il avqustun 9-da Veymar Respublikasının prezidenti Hindenburqun ölümündən sonra alıb. Beləliklə, o, prezident və kansler səlahiyyətlərini öz əlində cəmləşdirib. F. termini italyan faşistlərinin lideri B.Mussolininin duçe və general F.Frankonun kaudilyo titulları ilə eyni anlama malikdir. Müasir dövrdə bir çox hallarda oxlokratiya liderləri ironiya ilə F. adlandırılır.
Tarix terminləri lüğətiing. foot – daban
İngilis ölçü sistemində uzunluq vahidi.
Tarixən elə alınıb ki, müxtəlif ölkələrdə istifadə olunan F.-lar bir-birindən fərqlənib. 1958-ci ildə ingilisdilli ölkələr işlətdikləri uzunluq vahidlərini unifikasiya etmək qərarına gəlib. Bunun nəticəsində 0,3048 m-ə bərabər “beynəlxalq F.” yaranıb.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. pondus – çəki, ağırlıq, çəki daşı
Tarixən bir çox Avropa ölkələrində geniş yayılmış kütlə vahidi.
Feodal pərakəndəliyi dövründə bəzi dövlətlərdə hər ərazinin hakimi F.-un ölçüsünü özü müəyyən etmək hüququna malik olub. Bu səbəbdən XVIII əsrdə dünyada 100-dən artıq müxtəlif F.-dan istifadə edilib. İndi də müxtəlif ölkələrdə fərqli F.-lar işlədilir. Ən geniş yayılmışı ingilis F.-u (1 F. = 0,45359237 kq) sayılır. Amerika F.-u ona çox yaxındır – 0,453592292 kq; məs.: Avstriya F.-u isə 0,456001 kq təşkil edir.
Tarix terminləri lüğətilat. fundamentum – bünövrə, əsas
Müəyyən təlimin, doktrinanın başlanğıc prinsip və dəyərlərinə qayıdış, habelə sözsüz tabelilik tələb edən ifrat konservativ fəlsəfi cərəyan, yaxud ictimai, ideoloji hərəkat.
Termin ilk dəfə XX əsrin əvvəllərində ABŞ-ın protestant icmasında baş qaldırmış hərəkata aid edilib. F. əksər hallarda dünyada gedən qloballaşma və sekulyarlaşma proseslərinə reaksiya kimi yaranır və bu səbəbdən də çox vaxt dini formalar alır. Dini F.-in başlıca məqsədi cəmiyyətdə dini strukturların hegemon rolunun bərpasıdır. Onun ideoloji bazasını isə müqəddəs dini kitablarda yazılanlara qeyd-şərtsiz əməl olunması, onların tənqidinin və ya liberal dəyərlər baxımından şərhinin qəbuledilməzliyi ideyası təşkil edir. Müasir dünyada F. meyilləri xristianlıq, iudaizm, hinduizm və digər dinlərdə özünü göstərsə də, islam F.-i problemi daha tez-tez gündəmə gəlir. Bu, müsəlman ölkələrində bir sıra modernizasiya cəhdlərinin ardıcıl şəkildə uğursuzluğa düçar olması ilə izah edilir. İslam F.-i iddia edir ki, bir çox müsəlman ölkələrinin acınacaqlı vəziyyətinə müsəlmanların öz həqiqi etiqadlarından uzaqlaşıb Qərbin materialist ideologiyalarına uyması səbəb olub.
Tarix terminləri lüğətifr. fronde – hərfi mənası: sapand
1648–1653-cü illərdə Fransada C.Mazarini hökumətinin timsalında absolyutizmin güclənməsinə qarşı ictimai hərəkat.
Hərəkat iki mərhələyə bölünüb: “parlament F.-sı” (1648–1649) və “şahzadələr F.-sı”. Belə ki, ilkin dövrdə F.-nın əsas hərəkətverici qüvvəsi parlament və burjuaziya, sonra isə zadəgan əsilzadələr olub. Lakin hər iki halda Fransanın birinci naziri C.Mazarini hərəkatın öncüllərini müxtəlif üsullarla öz tərəfinə çəkməyə, son nəticədə onun yatırılmasına və ölkədə absolyutizmin möhkəmlənməsinə nail olub. Şəxsi maraqların hərəkatdakı böyük rolu, onun liderlərinin ölkənin xarici düşmənləri ilə əlaqə saxlaması və s. neqativ hallar F.-nın kütlələr tərəfindən birmənalı qarşılanmamasına əsas yaradıb. Təsadüfi deyil ki, narazılığını yalnız sözdə ifadə etməklə kifayətlənərək vəziyyəti dəyişmək üçün heç bir addım atmayan şəxsləri, ilk növbədə, prinsipsiz və şəxsi maraqlar güdən müxalifət nümayəndələrini müasir dövrdə F.-çı adlandırırlar.
Tarix terminləri lüğətiing. freehold < free – azad + hold – malikolma, saxlama
Orta əsrlərdə İngiltərədə irsi və ya ömürlük feodal asılılığı forması.
Cəngavər, kənd, şəhər, kilsə F.-ları mövcud olub; məs.: cəngavərlər feodala ödənişsiz hərbi xidmət göstərib, kəndlilər ona torpaq rentası ödəyiblər. Bununla yanaşı, belə asılılıqda olan kəndlilərə şəxsi azadlıq, vəsiyyətetmə, kral məhkəməsində müdafiə hüquqları verilib.
Həmçinin bax:
Tarix terminləri lüğəti