yun. idéa – ideya, obraz + grápho – yazıram, təsvir edirəm
Ayrı-ayrı səsləri və hecaları deyil, bütöv sözləri və morfemləri işarələrlə əks etdirən yazı növü.
İ.Y. ən qədim yazı növlərindən sayılır. Qədim Misir, şumer və digər yazı sistemləri də xeyli dərəcədə ideoqrafik xarakter daşıyıb. Özünün ən yüksək inkişaf səviyyəsinə o, Çin heroqliflərində çatıb. İ.Y. son dərəcə mürəkkəb olduğundan əksər xalqlarda bu sistem sonradan daha sadə heca və fonetik yazı ilə əvəzlənib.
Həmçinin bax:
Tarix terminləri lüğətiər. – xaric etmə, çıxarma
Orta əsrlərdə bəzi Yaxın Şərq ölkələrində, həmçinin Azərbaycanda mövcud olmuş vergi.
Azərbaycanda monqol işğalı dövründən tətbiq edilən İ. ordunun ehtiyaclarını, vəzifəli şəxslərin səfər xərclərini ödəmək və s. üçün toplanıb. Sonralar İ. əyanların, məmurların və onları müşayiət edən şəxslərin xeyrinə yığılan fövqəladə vergiyə çevrilib. Ağqoyunlu hökmdarı Gödək Əhməd İ.-ı ləğv edib (1497), lakin onun ölümündən sonra bu vergi növü yenidən bərpa olunub.
Tarix terminləri lüğətiRusiyada Fevral burjua inqilabından sonra 1917-ci ilin mart-iyul aylarında Müvəqqəti hökumətin və inqilabi-demokratik diktaturanın – Əsgər, Fəhlə və Kəndli Deputatları Sovetləri hakimiyyətinin özünəməxsus ziddiyyətli çulğalaşması.
İyulun 9(22)-da Sovetlər tərəfindən Müvəqqəti hökumətin qeyri-məhdud səlahiyyətlərinin tanınması ilə İ. dövrü sona yetib.
Tarix terminləri lüğətiYalnız ölkənin iki aparıcı partiyasının seçkiləri udmaq və hakimiyyətə gəlmək üçün real şansa malik olduğu siyasi sistem.
Belə sistemdə seçkilərdə üstünlük əldə etmək şərti ilə iki partiya növbəli şəkildə hakimiyyətdə bir-birini əvəzləyir. ABŞ-ın siyasi idarəçilik forması İ.S.-in təcrübədə tətbiqinin klassik nümunəsi sayılır. Bu ölkədə prezident postuna iki partiyanın – respublikaçıların, yaxud demokratların nümayəndələri yiyələnirlər. Uzun müddət Böyük Britaniyada da mühafizəkar və leyborist partiyalarından ibarət İ.S. mövcud olub. Lakin son dövrlərdə həmin sistem faktik olaraq dağılıb.
Tarix terminləri lüğətiesk. igdlu – ev
Kanada eskimoslarının qar və buz parçalarından quraşdırılmış günbəzvarı qış evi.
Hündürlüyü 2 m, diametri 3-4 m olan İ.-nun döşəməsi və divarları heyvan dəriləri ilə örtülür. Evin içərisinə işıq divarlardan, bəzi hallarda isə nazik göl buzundan, yaxud suiti bağırsağından düzəldilmiş pəncərədən düşür. Eskimoslar bir-bir ilə buz tunellərlə birləşdirilmiş çoxsaylı İ.-lardan ibarət bütöv qəsəbə inşa edə bilirlər.
Tarix terminləri lüğətiər. – torpaq payı
Orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində dövlət tərəfindən şərti olaraq feodallara verilən torpaq mülkiyyəti.
VII əsrin sonlarında yaranmış bu mülkiyyət forması VIII–X əsrlərdə Abbasilər xilafəti dövründə daha geniş yayılıb. Dövlət fondundan istifadəsiz torpaqlar İ. şəklində ayrı-ayrı şəxslərə hədiyyə edilib. İ. sahiblərinin onlara verilmiş torpaqlar üzərində vərəsəlik hüququ olub. Beləliklə, ilk vaxtlar dövlətə məxsus bu sahələr mərkəzi hakimiyyətin zəifləməsi ilə tədricən feodalların şəxsi mülkiyyətinə çevrilib. IX əsrdən xəlifə tərəfindən əmirlərin canişinliyinə verilən vilayətlər də İ. adlandırılmağa başlayıb. Əmir həmin ərazidən tamamilə və ya qismən öz xeyrinə vergi toplamaq hüququna malik olub.
Həmçinin bax:
Tarix terminləri lüğətiİqtisadi vəziyyətin kəskin surətdə pisləşməsi.
İstehsalın əhəmiyyətli dərəcədə azalması, mövcud iqtisadi əlaqələrin pozulması, müəssisələrin müflisləşməsi, işsizliyin artması, əhalinin real gəlirlərinin və həyat səviyyəsinin aşağı düşməsi belə böhranın əsas əlamətləri sayılır.
Tarix terminləri lüğətiyun. eikón – təsvir, obraz
Xristianlıqda (əsasən, katolisizm və pravoslavlıqda) Bibliya, yaxud kilsə tarixindəki şəxs və hadisələrin əks olunduğu müqəddəs təsvir.
Katolisizmdə heykəltəraşlıq təsvirləri, pravoslavlıqda isə ağac üzərində təsvirlər daha geniş yayılıb. Xristianlığın ilkin dönəmlərində İ.-lar olmayıb, onlar təqribən II əsrdən etibarən yaradılmağa başlayıb. Bir çox kilsə xadimləri və dini qruplar İ.-ları bütpərəstlik əlaməti hesab edərək belə təsvirlərə qarşı çıxıblar. Həqiqətən, bəzi hallarda İ. kultu faktik olaraq bütpərəstliyə çevrilib. Bununla belə, katolik və pravoslav kilsələri İ.-ların müxtəlif magik xüsusiyyətlərə malik olduqlarını iddia edirlər.
Tarix terminləri lüğətitürk. – el
Türkiyə Cümhuriyyəti rəsmən elan olunduqdan sonra (29 oktyabr, 1923) bu ölkənin inzibati-ərazi bölgüsü sistemində əsas vahid.
Vilayətə bərabər tutulan İ., öz növbəsində, daha kiçik inzibati-ərazi vahidlərinə – ilçələrə bölünür. 2016-cı ilin əvvəlinə olan məlumata görə, Türkiyədə 81 İ., 957 ilçə olub. İ.-də yerli idarəçiliyi ölkə prezidentinin təyin etdiyi vali həyata keçirir.
Tarix terminləri lüğətiər. – birləşdirmə, qovuşdurma
Hər hansı dövlətin ərazisinin, yaxud onun bir hissəsinin qeyri-qanuni yolla (zorakılıqla, qəsb edilməklə) digər dövlətə birləşdirilməsi.
Beynəlxalq hüquqa görə, İ. təcavüzün formalarından biri hesab olunur və buna görə beynəlxalq-hüquqi məsuliyyət nəzərdə tutulur. İ. işğaldan fərqlənir. Belə ki, işğal ərazinin hüquqi mənsubluğunun avtomatik olaraq dəyişdirilməsi ilə nəticələnmir. Dağlıq Qarabağ və onun ətrafındakı Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunsa da, növbəti onilliklərdə qonşu dövlət həmin torpaqları İ. etməkdən (rəsmi surətdə öz ərazisinə birləşdirməkdən) çəkinib. Rusiya isə 2014-cü ildə Krımı İ. edib, yəni hüquqi cəhətdən öz ərazisinə qatıb.
Tarix terminləri lüğəti