isp. caballeros – cənablar
İspaniyada zadəgan nümayəndələri; erkən Rekonkista dövründə müharibədə iştirak etmək üçün öz hesabına at və silah alan süvari döyüşçülər.
Sonralar bu termin korteslər və digər rəsmi qurumların sənədlərində hidalqo ilə eyni mənada işlənib.
Tarix terminləri lüğətiyun. kabballah – rəvayət
İudaizmdə dualar, xüsusi rituallar və magiyanın köməyi ilə insanın ilahi-kosmik prosesə fəal müdaxilə edə biləcəyinə inama əsaslanan mistik təlim.
Kökləri qədim dövrlərə gedib çıxan K. XII əsrdə formalaşıb, XVI əsrdə isə geniş yayılıb. İlahi mahiyyətin dərinliklərinə nüfuz etməyə çalışan K. həmçinin rəqəmlərin müxtəlif kombinasiyalarına və yəhudi əlifbasının hərflərinə gizli məna daşıyan mistik kod və şifrlər kimi baxır. K. xristianlıq və islamda da geniş yayılıb.
Tarix terminləri lüğətifr. cadet – kiçik, balaca
1. Feodal Fransasında və Prussiyada əsgər rütbəli gənc zadəgan, habelə feodal əyanının hərbi xidmətə çağırılmış övladı.
2. Çar Rusiyasında və bir sıra digər dövlətlərdə imtiyazlı kadet korpusunun yetirməsi.
3. Avstriya-Macarıstan ordusunda 1914-cü ilədək hərbi rütbə.
4. XX əsrin sonlarında bir çox xarici dövlətlərdə (ABŞ, Fransa və s.) hərbi təhsil müəssisəsinin kursantı.
Tarix terminləri lüğətiOrta təhsil verən, eyni zamanda gəncləri hərbi karyeraya hazırlamaq məqsədi güdən qapalı tipli ibtidai hərbi məktəb.
K.K.-nun məzunları, bir qayda olaraq, orta və ali hərbi məktəblərə imtahansız qəbul ediliblər. İlk K.K.-ları 1653-cü ildə Prussiyada zadəgan övladlarını hərbi xidmətə hazırlamaq məqsədilə yaradılıb, daha sonra belə təhsil müəssisələri Fransa, Rusiya və Polşada açılıb. Tədricən digər silklərin nümayəndələrinə də K.K.-na daxil olmaq hüququ verilib, bununla belə, həmin təhsil müəssisələrinin kursantları həmişə, əsasən, zadəgan övladlarından ibarət olub. 1917-ci ildə Rusiyada 29 K.K. fəaliyyət göstərib, 1918-ci ildə isə onların hamısı ləğv edilib.
Həmçinin bax:
Tarix terminləri lüğətiRusiyada 1905-ci ildə yaradılmış iri mərkəzçi konstitusiyaçı-demokratlar partiyasının üzvləri.
Partiya bəzən “Xalq azadlığı” da (“Народная свобода”) adlanıb. K.-in özəyini liberal ruhlu torpaq sahibləri, orta şəhər burjuaziyası və ziyalıların nümayəndələri təşkil ediblər. Rusiyada konstitusiyalı monarxiyanın və demokratik azadlıqların bərqərar olunması, mülkədar torpaqlarının əvəzi ödənilməklə alınması, “fəhlə məsələsi”nin qanunvericilik yolu ilə həllini tapması kimi müddəalar K.-in siyasi proqramının əsasında dayanıb. 1917-ci il Fevral inqilabından sonra bu partiya Rusiyanın aparıcı siyasi qüvvəsinə çevrilib, Müvəqqəti hökumətdə əsas postları məhz onun üzvləri tutublar. 1917-ci ilin oktyabr çevrilişindən sonra K. bolşeviklərə qarşı mübarizənin önündə gediblər. 1905-ci ildə Bakı quberniyasından I Dövlət Dumasına seçilmiş Ə.Topçubaşov da Dumada K. fraksiyasının sol qanadına mənsub olub.
Tarix terminləri lüğətiyun. Kadoúsioi; lat. Cadusii
Qədim dövrdə Xəzər dənizinin cənub-qərbində məskunlaşmış tayfalar qrupu.
Tədqiqatçılar K.-in Kür və Araz çaylarının aşağı axarından cənub-şərqdə, indiki Cənubi Azərbaycan ərazisindəki Qarasu və Qızılüzən çayları vadisində yaşadıqlarını göstərirlər. Bu tayfalar barədə ilk dəfə e.ə. VI əsrin sonu – V əsrin əvvəlinə aid qədim yunan qaynaqlarında məlumat verilir. Antik müəlliflər (Ksenofont, Strabon və b.) K.-in mübarizlik və döyüşkənliyini qeyd edir, onların qonşuları ilə (farslarla, midiyalılarla, albanlarla) daim müharibə apardıqlarını bildirirlər. Bununla belə, qəribə olsa da, qədim İran qaynaqlarında K. haqqında heç bir məlumata rast gəlinmir. Onların etnik mənşəyi də mübahisəlidir. Bəzi alimlər K.-i Qafqaz Albaniyası tayfalarından olan gellərlə eyniləşdirir.
Tarix terminləri lüğətiyun. kathédra – kürsü, stul, oturacaq
1. Qədim Yunanıstan və Romada natiqlərin və filosofların çıxış etdikləri yer.
2. Xristian kilsələrində moizə oxumaq üçün xüsusi uca yer, xitabət kürsüsü.
3. Xristian məbədlərində yepiskopun fəxri kürsüsü.
Məcazi mənada, K. yepiskop hakimiyyətinin simvolu sayılır.
Tarix terminləri lüğətiər. – dinsiz, başqa dindən olan
Küfr etmiş insan.
İslam təliminə görə, tək Allahın varlığına inanmamaq, Məhəmməd peyğəmbərin elçilik missiyasını şübhə altına almaq, axirət və qiyaməti, eləcə də cənnət və cəhənnəmin mövcudluğunu inkar etmək küfr sayılır. Adətən, müsəlman olmayanları K. adlandırıblar. Lakin xristian və iudeylərə həm də “əhli Kitab” deyilir, bu isə onların formal cəhətdən birmənalı olaraq K. sırasına aid edilmədiyini göstərir.
Tarix terminləri lüğətiər. kafir – dinsiz, başqa dindən olan
Əfqanıstanla Pakistan arasındakı sərhəd ərazidə yerləşən Nuristan tarixi vilayətinin əhalisinə XIX əsrin sonlarınadək qonşu müsəlman xalqları tərəfindən verilmiş ad.
Nuristanlılar politeist (bir neçə Allaha pərəstiş edən) olduqları üçün belə adlandırılıblar. Hazırda bütün Nuristan əhalisi islamı qəbul edib.
Həmçinin bax:
Tarix terminləri lüğətiQumaşdan hazırlanan astarsız və yaxasız üst kişi geyimi.
Böyük Sovet Ensiklopediyasında bu sözün türk-fars mənşəli olduğu göstərilir. K.-lar uzun (topuğa kimi) və ya qısa (dizə kimi) tikilib, qabağı düymə və ya lentlərlə bağlanıb. Belə üst geyimləri türk xalqları arasında geniş yayılıb və tatarlardan ruslara keçib. Osmanlı dövlətində sultan önəmli xidmətlər göstərmiş şəxsləri mükafatlandırmaq üçün onlara qızıl saplar və müxtəlif tikmələrlə bəzədilən K. hədiyyə edib.
Tarix terminləri lüğətifr. cagoulards < cagoule – baxmaq üçün göz yeri olan baş örtüyü
XX əsrin 30-cu illərinin ortalarında Fransada faşistyönlü gizli təşkilatın üzvləri.
Bu qurumun tam adı “İnqilabi fəaliyyət gizli təşkilatı” (Organisation secrète d’action révolutionnaire, OSAR) olub, onun üzvləri isə yığıncaqlarda və andiçmə mərasimlərində xüsusi başlıq-maska geydikləri üçün belə adlandırılıblar. O, 1935-ci ilin yanvarında yaranıb və Fransada sol-kommunist hərəkatına qarşı mübarizəni əsas məqsəd elan edib. 1937-ci ilin noyabrında K.-ın Üçüncü respublikaya qarşı silahlı qiyam cəhdi iflasa uğradıqdan sonra onların liderləri həbs olunub. Nəticədə K.-ın fəaliyyəti xeyli zəifləyib. II Dünya müharibəsi dövründə (1939–1945) təşkilatın keçmiş üzvlərinin əksəriyyəti alman işğalçıları, habelə Fransada oyuncaq Vişi hökumətinin nümayəndələri ilə əməkdaşlıq ediblər.
Tarix terminləri lüğəti