lat. clericalis – kilsə
Cəmiyyətin ictimai, siyasi və mədəni həyatında kilsənin və ruhanilərin aparıcı rolunun təmin edilməsinə yönəlmiş siyasi cərəyan.
K.-in öncül qüvvələri ruhanilər və kilsə ilə sıx bağlı şəxslərdən ibarətdir. Bununla belə, K. tərəfdarları məqsədlərinə nail olmaq üçün kilsə aparatı ilə yanaşı, müxtəlif partiyaların, eləcə də kilsənin bilavasitə iştirakı ilə yaradılmış qurumların (həmkarlar təşkilatları, qadın cəmiyyətləri və s.) dəstəyindən yararlanırlar. K. xristian aləmində yaranıb, lakin hazırda islam, iudaizm və digər dinlərin nümayəndələri də cəmiyyətdə öz mövqelərini möhkəmlətmək məqsədilə onun əsas prinsiplərindən fəal şəkildə bəhrələnirlər.
Tarix terminləri lüğətiyun. kleruchiai < kleros – püşkə əsasən düşmüş pay, pay torpağı + écho – sahiblik
1. Asılı və ya müttəfiq dövlətlərin ərazisində qədim yunan hərbi-əkinçilik məskənləri.
Belə məskənləri daha çox afinalılar formalaşdırıblar. I Afina dəniz ittifaqı (e.ə. 478/77–404-cü illər) dövründə Lesbos, Skiros, İmbros, Lemnos və Samos adalarında xeyli K. mövcud olub. Onlar torpaqsız vətəndaşları torpaqla təmin etmək məqsədilə yaradılsa da, eyni zamanda müttəfiqlər üzərində hərbi-siyasi nəzarət funksiyasını həyata keçiriblər. Bu səbəbdən K.-ın mövcudluğu müttəfiqlərdə narazılıq doğurub. II Afina dəniz ittifaqı yaradılana (e.ə. 378–377-ci illər) qədər afinalılar K.-dan imtina etməli olublar.
2. Ellinizm dövründə Misirdə hərbi xidmətlə bağlı torpaq sahibliyi forması.
Tarix terminləri lüğətilat. cliens, clientis – sözə qulaq asan, himayə edilən
Qədim Romada əyan və ya varlı patronun himayə etdiyi, bir çox cəhətdən hamisindən asılı olan azad adam.
Bu sosial asılılıq forması e.ə. VI–III əsrlərdə quldarlıq quruluşunun erkən dönəmlərində xüsusilə geniş yayılıb. Varlı patrisilərin çoxlu K.-ləri (kliyentelası) olub.
Tarix terminləri lüğətipol. kniaź, çex. knize, ser.-xor. kněz
Slavyanlarda və bəzi digər xalqlarda feodal monarxiya dövlətinin, yaxud hər hansı digər siyasi sistemin (məsələn, udel knyazlığının) başçısı; zadəgan titulu.
Öncə K. tayfa, hərbi drujina rəhbəri olub. Tədricən K. hakimiyyəti hərbi demokratiya orqanından erkən feodal dövləti orqanına çevrilib. Məhz erkən feodal dövlətinin formalaşması prosesində tayfa knyazlıqları vahid K. hakimiyyəti altında birləşib. Nəticədə əvvəllər seçkili olan bu hakimiyyət hər hansı bir nəslin əlində cəmləşib (Rusiyada Rüriklər, Polşada Pyastılar, Çexiyada Prjemısloviçlər və s.). XVIII əsrədək Rusiyada K. rütbəsi irsi olub. XVIII əsrin əvvəlindən isə çar xüsusi xidmətlərinə görə yüksəkrütbəli əyanlara da eyni titulu verməyə başlayıb.
Tarix terminləri lüğətiKnyazın hakimiyyəti altında olan dövlət və ya ərazi.
Kiyev Rus dövlətində ilk K.-lar X–XI əsrlərdə yaranıb. Feodal pərakəndəliyi dövründə iri K.-ların ayrı-ayrı udellərə bölünməsi nəticəsində onların sayı xeyli artıb. Lakin XIV–XVI əsrlərdə Rusiyada mərkəzləşdirilmiş hakimiyyətin formalaşması ilə əlaqədar K.-ın əksəriyyəti öz siyasi muxtariyyətini itirərək vahid dövlətin tərkibinə qatılıb. Bir sıra digər dövlətlərdə də K.-lar olub; məs.: Almaniyada onlar Almaniya imperiyası yaradılanadək (1871-ci il) mövcudluğunu saxlayıb. 1879–1908-ci illərdə Bolqarıstan K. adlanıb. Lixtenşteyn, Monako və Andorra kimi müasir dövlətlər də K. sayılır.
Tarix terminləri lüğətilat. coalitio – birləşmə, qovuşma
Müəyyən məqsədə çatmaq üçün dövlətlərin, siyasi partiyaların, təşkilatların və ayrı-ayrı şəxslərin yaratdıqları könüllü birlik.
Digər birlik formalarından fərqli olaraq K. üzvləri yaratdıqları təsisatın məqsədləri ilə bilavasitə əlaqədar olmayan məsələlərdə tam hərəkət sərbəstliyini saxlayırlar. Ümumi məqsədə çatdıqdan sonra K. dağıla bilər. İki və ya bir neçə dövlət hər hansı başqa dövlətə, habelə dövlətlər qrupuna qarşı hərbi-siyasi K. da yarada bilər; məs.: antihitler K.-sı. Siyasi partiyalar arasında isə iki cür belə birlik forması olur: seçkiqabağı K. və parlament K.-sı. Seçkiqabağı K. seçkilərdə vahid siyahı ilə çıxış etmək üçün yaradılır. Parlament K.-sı isə heç bir partiyanın parlamentdə mütləq əksəriyyət əldə etmədiyi təqdirdə formalaşır. Bu zaman bir neçə partiya birləşərək koalision hökumət təşkil edir. Digər yönümlü qurumlar da K.-ya girə bilər; məs.: ABŞ-ın xristian fundamentalist təşkilatlarının birliyi olan xristian K.-sı.
Tarix terminləri lüğətiÇoxpartiyalı parlament idarəçiliyi sistemində bir neçə siyasi təşkilat tərəfindən yaradılmış hökumət.
Adətən, parlamentdəki qüvvələr nisbəti heç bir partiyaya təklikdə hökumət formalaşdırmaq imkanı vermədiyi hallarda mütləq çoxluğu əldə etmək məqsədilə koalisiya yaradılır. Fövqəladə hallarda (iqtisadi böhran, müharibə və s.) da K.H. qurula bilər. K.H.-lər daha çox Skandinaviya ölkələri, Almaniya, İtaliya, İsrail, müəyyən dövrlərdə Türkiyə üçün xarakterik olub. 1918–1920-ci illərdə AXC-nin beş hökumətinin hamısı K.H. mahiyyəti daşıyıb.
Tarix terminləri lüğətiAğac gövdəsindən yonulmuş təknəvarı su nəqliyyat vasitəsi, ibtidai qayıq.
K.-ı kəsilmiş iri ağac gövdəsinin bir tərəfini yandırmaq, sonra həmin yeri balta, kərki və s. alətlərlə yonub dərinləşdirmək, alt hissəsini isə hamarlamaqla düzəldiblər. Çəp və avarla hərəkətə gətirilən K., adətən, 2-4 adamlıq olub. Azərbaycanda eni 70-80 sm, hündürlüyü 26-30 sm-ə çatan, yonma üsulu ilə hazırlanmış K.-lardan daha çox istifadə edilib. Onların ən böyüyünün uzunluğu 7-8 m, ən kiçiyinin uzunluğu 3-4 m olub. Belə ibtidai qayıqlarda, əsasən, Kür çayının aşağı axarında bir sahildən digərinə insan, yük, heyvan keçirilib.
Tarix terminləri lüğətifr. collaboration – əməkdaşlıq
Beynəlxalq hüquqda: şüurlu, könüllü və məqsədli şəkildə öz dövlətinin maraqlarına zidd olaraq düşmənlə əməkdaşlıq.
Çox vaxt bu termin məhdud mənada «işğalçılarla əməkdaşlıq» anlamında işlədilir; məs.: II Dünya müharibəsi dövründə (1939–1945) öz ölkəsinə xəyanət edərək alman nasistləri ilə əməkdaşlıq yolu tutmuş şəxslər «kollaborasionist» adlandırılır. Dünya ölkələrinin əksəriyyətinin cinayət hüququnda K. dövlətə xəyanət kimi qiymətləndirilir.
Tarix terminləri lüğətilat. collegium < con – birgə, birlikdə + lego – oxuma, seçmə
1. Qədim Romada insanların birgə dini ibadət məqsədilə yaratdıqları və ya eyni peşədən olan şəxslərin formalaşdırdıqları ittifaq.
Belə K.-ların üzvləri bir-birinə qohum qədər yaxın olublar.
2. Öz səlahiyyətlərinə aid məsələləri birgə həll etmək hüququna malik şəxslər qrupu, kollektiv orqan.
3. Rusiyada I Pyotrun yaratdığı və ayrı-ayrı sahələrə rəhbərliyi həyata keçirən dövlət idarələri.
İmperatora və senata tabe olan K.-lar 1802-ci ildə nazirliklərin yaradılması ilə əlaqədar ləğv edilib.
Tarix terminləri lüğətiBolşeviklərin fərdi kəndli təsərrüfatlarını kollektiv təsərrüfatlarda (kolxozlarda) birləşdirməsi prosesi.
Bu proses 1928–1937-ci illərdə baş versə də, onun əsas mərhələsi 1930–1933-cü illəri əhatə edir. Zorakı vasitələrlə, məcburi qaydada həyata keçirilən K. kənd əhalisinə qarşı kütləvi repressiyalarla müşayiət olunub. SSRİ-də K.-nin gedişində 2 milyondan çox kəndli deportasiya edilib, 6 milyon isə aclıqdan tələf olub. Bəzi tədqiqatçılar K.-ni əhaliyə qarşı genosid (soyqırımı) kimi qiymətləndirirlər. İqtisadi səmərəlilik baxımından uğursuz layihə olan kollektiv təsərrüfatlar sonrakı illər ərzində özünü doğrultmayıb. SSRİ-nin süqutu ilə bu təsərrüfatlar da dağılıb.
Tarix terminləri lüğətilat. colonus – əkinçi, kəndli
Roma imperiyasının tənəzzülü dönəmində (III–IV əsrlər) kiçik torpaq icarədarı olan yarıasılı kəndli.
Belə kəndlilər formal hüquq baxımından azad sayılıblar, reallıqda isə onlar iri mülkiyyətçinin torpağına təhkim edilmiş icarədarlar olublar. K.-lar torpaq sahibinə natura və ya pul şəklində vergi ödəyiblər, habelə onun xeyrinə müxtəlif mükəlləfiyyətlər yerinə yetiriblər. K.-lar Qərbi Roma imperiyasında daha geniş yayılıblar. IV–V əsrlərdə onlar qullarla azad adamlar arasında orta mövqeyə malik sosial təbəqəyə çevriliblər və orta əsr təhkimli kəndlilərinin sələfləri rolunu oynayıblar.
Tarix terminləri lüğətilat. colonia – məskən, məskunlaşma
1. Qədim yunanların və romalıların öz ölkələrinin hüdudlarından kənarda, yad ərazilərdə saldığı məskən.
2. Başqa dövlətin tabeliliyi altında olan ölkə, yaxud ərazi.
K. siyasi və iqtisadi müstəqilliyə malik olmur, orada xüsusi idarəçilik rejimi hökm sürür.
3. Bir dövlətin vətəndaşlarının digər ölkədə birgə yaşadığı məskən.
Tarix terminləri lüğəti