Reklam
Reklam

Tarix terminləri lüğəti

kleruxiyalar

yun. kleruchiai < kleros – püşkə əsasən düşmüş pay, pay torpağı + écho – sahiblik

1. Asılı və ya müttəfiq dövlətlərin ərazisində qədim yunan hərbi-əkinçilik məskənləri.

Belə məskənləri daha çox afinalılar formalaşdırıblar. I Afina dəniz ittifaqı (e.ə. 478/77–404-cü illər) dövründə Lesbos, Skiros, İmbros, Lemnos və Samos adalarında xeyli K. mövcud olub. Onlar torpaqsız vətəndaşları torpaqla təmin etmək məqsədilə yaradılsa da, eyni zamanda müttəfiqlər üzərində hərbi-siyasi nəzarət funksiyasını həyata keçiriblər. Bu səbəbdən K.-ın mövcudluğu müttəfiqlərdə narazılıq doğurub. II Afina dəniz ittifaqı yaradılana (e.ə. 378–377-ci illər) qədər afinalılar K.-dan imtina etməli olublar.

2. Ellinizm dövründə Misirdə hərbi xidmətlə bağlı torpaq sahibliyi forması.

Tarix terminləri lüğəti