1917-ci il Fevral inqilabından sonra Azərbaycan şəhərlərində yaradılmış və milli hakimiyyətin rüşeymi olan təşkilatlar.
İlk vaxtlar – Azərbaycanda siyasi partiyaların hələ zəif olduğu bir şəraitdə M.M.K. milli hərəkatın koordinasiya mərkəzi rolunu oynayıb. Həmin təşkilatların ən nüfuzlusu Bakı Milli Komitəsi (rəsmi adı: Bakı müsəlman ictimai təşkilatları komitəsi) olub. Məhz bu komitənin təşkilatçılığı ilə 1917-ci ilin 15–20 aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirilib və Azərbaycan milli hərəkatının siyasi proqramı qəbul edilib. Həmin proqramda Rusiya imperiyasının türk-müsəlman xalqları arasında ilk dəfə olaraq milli-ərazi muxtariyyəti tələbi irəli sürülüb.
Tarix terminləri lüğətiRusiyada bolşeviklərin oktyabr çevrilişindən (1917) sonra Cənubi Qafqazda ali dövlət hakimiyyət orqanı olan Zaqafqaziya Seymində (1918, 23 fevral – 26 may) Azərbaycan partiyalarını təmsil edən deputatlar qrupu.
M.F. 44 deputatdan ibarət olub. Burada “Müsavat” və ona qoşulmuş bitərəflər – 30, müsəlman sosialist bloku – 7, Rusiyada müsəlmanlıq partiyası (“İttihad”) – 3, menşevik-hümmətçilər – 4 deputatla təmsil ediliblər. Fraksiyanın faktiki lideri M.Ə.Rəsulzadə olub.
Tarix terminləri lüğətiər. müsavat – bərabərlik
XX əsrin əvvəlində Azərbaycan milli hərəkatına başçılıq etmiş və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında aparıcı rol oynamış “Müsavat” partiyasının ideologiyası.
Bu partiyanın 1936-cı il proqramında M. – “böyük türk kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cümhuriyyət və istiqlal ideallarına sadiq Azərbaycan vətənsevərliyi” kimi dəyərləndirilir. M.-ın banisi M.Ə.Rəsulzadəyə (1884–1955) görə, Azərbaycanın müstəqilliyinə can atan hər hansı partiyanın adı “Müsavat” olmaya bilər, lakin onun ideologiyası mahiyyətcə mütləq M. olacaq.
Tarix terminləri lüğətiər. müstəmləkə – əsarətə alınmış ölkə
İnkişaf etmiş dövlətlər tərəfindən daha zəif inkişafa malik ölkələrin siyasi, iqtisadi və mənəvi cəhətdən əsarətə alınması.
XV əsrdə meydana gələn M. XX əsrin əvvəlində, demək olar ki, bütün Afrika ölkələrinin, eləcə də Asiya və Latın Amerikasının əksər hissəsinin müstəmləkə və yarımmüstəmləkəyə çevrilməsi ilə nəticələnib. II Dünya müharibəsindən (1939–1945) sonra milli azadlıq hərəkatının güclənməsi ilə klassik anlamda M.-ə son qoyulub.
Tarix terminləri lüğətiər. – şənləndirən
1. Orta əsrlərdə Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda məclisləri şənləndirən, ifaçılıq sənətinin bir neçə sahəsinə (xanəndə, rəqqas və s.) yiyələnmiş şəxs.
Keçmişdə toylarda qız paltarında oynayan oğlanlara da M. deyilib.
2. Məcazi mənada: yüngüllük edən, yerini bilməyən şəxs.
Tarix terminləri lüğətiSovet konstitusiyasında SSRİ-nin yaradıcısı sayılan 15 respublikadan hər biri.
SSRİ-də digər dövlət təsisatlarından (muxtar respublika, muxtar vilayət və s.) fərqli olaraq M.R.-lar bu ölkənin tərkibindən çıxmaq hüququnu saxlayıb. Uzun müddət formal xarakter daşıyan həmin hüquqdan M.R.-lar XX əsrin 90-cı illərinin başlanğıcında istifadə edib və müstəqil dövlətlərə çevrilib.
Tarix terminləri lüğəti