1917-ci il Fevral inqilabından sonra Azərbaycan şəhərlərində yaradılmış və milli hakimiyyətin rüşeymi olan təşkilatlar.
İlk vaxtlar – Azərbaycanda siyasi partiyaların hələ zəif olduğu bir şəraitdə M.M.K. milli hərəkatın koordinasiya mərkəzi rolunu oynayıb. Həmin təşkilatların ən nüfuzlusu Bakı Milli Komitəsi (rəsmi adı: Bakı müsəlman ictimai təşkilatları komitəsi) olub. Məhz bu komitənin təşkilatçılığı ilə 1917-ci ilin 15–20 aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirilib və Azərbaycan milli hərəkatının siyasi proqramı qəbul edilib. Həmin proqramda Rusiya imperiyasının türk-müsəlman xalqları arasında ilk dəfə olaraq milli-ərazi muxtariyyəti tələbi irəli sürülüb.
Tarix terminləri lüğəti