lat. nota – işarə, qeyd, mülahizə
Bir ölkənin hökumətinin digər ölkənin hökumətinə rəsmi diplomatik müraciəti.
N. iki cür olur: verbal və şəxsi. Diplomatik praktikada verbal (lat. verbalis – şifahi) N.-ya daha tez-tez rast gəlinir. Bu zaman müzakirə mövzusu olan məsələ yazılı formada açıqlanır. Verbal N. üçüncü şəxsin adından yazılır, xüsusi blankda çap olunur və imzasız təqdim edilir. Lakin verbal N.-ya xarici işlər idarəsinin və ya diplomatik nümayəndəliyin möhürü vurulur, həmçinin ünvan göstərilir. O, şifahi bəyanata bərabər tutulur. Şəxsi N. isə, adətən, mühüm və prinsipial əhəmiyyətli məsələlərə həsr edilir. Şəxsi N. birinci şəxsin (onu imzalayanın) adından yazılır, möhürsüz xüsusi blankda çap olunur və burada da ünvan göstərilir. Hər bir halda N. bu və ya digər problemə dair dövlətin rəsmi mövqeyini əks etdirir. Diplomatik praktikada N.-lar mübadiləsi beynəlxalq sazişlərin bağlanmasının bir forması sayılır. N., bir qayda olaraq, fərdi diplomatik aktdır, bununla belə, müasir təcrübədə kollektiv N.-lara da təsadüf edilir.
Tarix terminləri lüğətifr. notables < lat. notabilis – mühüm, görkəmli
XIV–XVIII əsrlərdə Fransada xüsusi yığıncaqların – notabllar məclisinin (assemblée des notables) üzvləri.
Məclis kral tərəfindən dövlət işlərini, əsasən, maliyyə və inzibati məsələləri müzakirə etmək üçün çağırılıb. Baş Ştatların deputatlarından fərqli olaraq N. seçilməyib, onları zadəganlar, ruhanilər və şəhərlərin ali dairələrinin ən görkəmli nümayəndələri sırasından kral təyin edib. N. məclisləri qeyri-müntəzəm çağırılıb və məşvərətçi xarakter daşıyıb. Belə məclislər kral hakimiyyətinin əlində itaətkar və “sözəbaxan” qurumlar olub. N.-ın son məclisi 1788-ci ildə baş tutub.
Tarix terminləri lüğətifars. növbarə – ilk meyvə, nübar
Nişanlı oğlanların qız evinə göndərdikləri meyvə sovqatı.
Adətən, müxtəlif meyvələrin nübarından ibarət olan N. bir və ya bir neçə xonçada aparılır. Qız evi N.-dan qohumlarına və qonşularına da pay ayırır. Sonra N. gətirilən qablara şirniyyat qoyub oğlan evinə qaytarırlar. Bu adətə Azərbaycanda bir çox hallarda indi də əməl olunur.
Tarix terminləri lüğətimonq. noen – ağa, knyaz
Monqolustanda dünyəvi feodal.
Öncə (XI əsr – XII əsrin I yarısı) qədim aristokratik nəsillərin başçıları olan N.-lar sonradan (XII əsrin II yarısından) feodallaşmış əyanların nümayəndələrinə çevriliblər. XIII–XIV əsrlərdə Monqol imperiyası dövründə N.-lar feodal sinfini təşkil ediblər. Sonrakı feodal pərakəndəliyi (XIV–XVII əsrlər) dönəmində isə onlar mərkəzi xan hakimiyyətindən asılı olmayan müstəqil feodal hakimlərinə çevriliblər. Mancur hökmranlığı zamanı (XVII əsr – XX əsrin əvvəli) N.-lar hər cür siyasi müstəqillikdən məhrum ediliblər. 1911–1919-cu illərdə N.-lar öz hakimiyyətlərini bərpa etsələr də, 20-ci illərin əvvəlində Monqolustanda kommunist rejiminin qurulması ilə onların mövcudluğuna son qoyulub.
Tarix terminləri lüğətimonq. nöxör – dost, yoldaş
XI–XII əsrlərdə Monqolustanda feodal münasibətlərinin təşəkkülü dövründə feodallaşan əyanların xidmətində olan silahlı döyüşçülər.
N. müharibə zamanı döyüşçü, dinc dövrdə isə mühafizəçi, keşikçi funksiyalarını yerinə yetiriblər. XIII əsrin başlanğıcından onlar monqol xanlarının şəxsi qvardiyasını təşkil ediblər. XIV əsrdən başlayaraq Ön və Orta Asiyada, o cümlədən Azərbaycanda N. termini “ev qulluqçusu”, “ev xidmətçisi” anlamında işlədilir.
Tarix terminləri lüğətilat. nucleus – nüvə
Daş əmək aləti.
Belə alətləri hazırlamaq üçün dəvəgözü, çaydaşı, çaxmaqdaşı və s. daş növlərindən qəlpə qopararaq yararlı formaya salıblar. Arxeoloji ədəbiyyatda onlara N. və ya nüvə deyilir. Paleolitin orta mərhələsi üçün disk-tısbağaşəkilli, Üst Paleolit, Mezolit, Neolit və Eneolit dövrləri üçün isə karandaşvarı, prizma və piramida formalı N.-lar səciyyəvi olub.
Tarix terminləri lüğətilat. numisma, yun. nomisma – sikkə
Sikkələrin zərbi, habelə sikkələr, pul külçələri və digər abidələr (məs.: sikkə möhürləri, sənədləri) əsasında pul dövriyyəsinin tarixini öyrənən köməkçi tarix fənni.
N. elm kimi XVI əsrdə meydana gəlib. N.-ya ənənəvi olaraq kağız pul nişanlarının (bonistika), medal və jetonların (medalyer sənəti), eləcə də orden və döş nişanlarının (faleristika) tarixini öyrənən sahələr də daxil edilir. Lakin N.-nı sikkələrdən kolleksiya toplanması kimi bir məşğuliyyət növü ilə eyniləşdirmək olmaz, çünki kolleksiyaçını yalnız sikkənin nadirliyi və bədii dəyəri, numizmatı isə onun elmi əhəmiyyəti maraqlandırır.
Tarix terminləri lüğətiər. nüsxə – yazılı mətnin surəti, əlyazması + fars. bənd – bağ, bağlama
1. Keçmişdə Şərq ölkələrində, o cümlədən Azərbaycanda kitab cildləməklə məşğul olan sənətkar.
Mətbəə-çap işlərinin inkişafı ilə əlaqədar N. peşəsi aradan çıxıb.
2. Keçmişdə xalq təbabətində dərman nüsxəsi (resept) yazan həkim.
Tarix terminləri lüğətilat. nuntius – müjdəçi
Roma papasının rəsmi diplomatik münasibətlər saxladığı dövlətlərdə daimi nümayəndəsi.
N. “fövqəladə və səlahiyyətli səfir” diplomatik rütbəsinə uyğun gəlir. Bu diplomatik nümayəndəlik institutu XVI əsrin I yarısından etibarən formalaşmağa başlayıb.
Tarix terminləri lüğəti