fr. rente < lat. reddita – geri alınmış, qaytarılmış
Kapitaldan, torpaqdan, əmlakdan müntəzəm qaydada götürülən və sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan gəlir növü.
Torpaq sahibləri torpaqlarını, bina sahibləri binalarını başqalarına istifadəyə verərək R. əldə edirlər. Bir çox ölkələrdə dövlət istiqrazları üzrə ödənilən faizlər də R. adlanır.
See also:
Tarix terminləri lüğətilat. reparatio – bərpaetmə
Təcavüzkar dövlətin təcavüzə məruz qalmış dövlətə (dövlətlərə) dəymiş zərəri pul və ya maddi formada ödəməsini nəzərdə tutan maddi-hüquqi məsuliyyət.
R.-nın həcmi və xarakteri vurulmuş maddi ziyana uyğun olaraq müəyyənləşdirilir. R. hüququ ilk dəfə Versal sülh müqaviləsində (1919) əsaslandırılıb. Krım konfransının (1943) qərarına görə, nasist Almaniyası və onun müttəfiqləri II Dünya müharibəsi (1939–1945) gedişində vurduqları ziyana görə belə təzminat ödəməli olublar.
See also:
Tarix terminləri lüğətilat. repressio – əzmək, susdurmaq < reprimi – əzirəm, susdururam
Dövlət orqanları tərəfindən həyata keçirilən kütləvi cəza tədbirləri, cəzalandırma.
Totalitar dövlətlər üçün xarakterik olan R., əsasən, mövcud siyasi rejimin qorunub saxlanması məqsədi güdür. SSRİ-də XX əsrin 30-cu illərinin II yarısı kütləvi R.-lar dövrünə nümunədir.
Tarix terminləri lüğətilat. rescriptum < rescribo – yazılı cavab verirəm
1. Qədim Romada hər hansı məsələnin həlli ilə əlaqədar imperatora ünvanlanmış müraciətlərə onun qanun qüvvəsinə malik yazılı cavabı.
2. Monarxiya dövlətlərində monarxın öz təbəələrinə ünvanladığı məktub, vəzifəli şəxslərə yazılı sərəncam.
R.-də hər hansı vəzifəli şəxsə tapşırıqlar verilir, xidməti fəaliyyətinə görə ona təşəkkür elan edilir və s.
Tarix terminləri lüğətilat. respublicus < res – məsələ, iş + publicus – ictimai, ümumxalq
Dövlətin bütün ali hakimiyyət orqanlarının seçildiyi, yaxud ümummilli nümayəndəli qurumlar (parlament) tərəfindən formalaşdırıldığı idarəçilik forması.
R. antik dövrdə monarxiyanın antipodu kimi meydana gəlib. Onun iki əsas tipi var: prezidentli R.; parlamentli R. Prezidentli R.-da hökumət başçısının səlahiyyətləri seçkili dövlət rəhbərinin əlində çəmləşir. Parlamentli R. isə ölkənin idarəetmə sistemində qanunvericilik orqanının üstünlüyü prinsipinə əsaslanır. Bu tip idarəçilik sistemində hökumətin, digər dövlət hakimiyyəti institutlarının formalaşdırılması, o cümlədən prezidentin seçilməsi, habelə onların fəaliyyətinə nəzarət funksiyası parlamentə məxsus olur. Parlamentli R.-da hökumət parlamentdə əksəriyyəti təşkil edən hakim partiya və ya koalisiya nümayəndələrindən formalaşdırılır.
See also:
Tarix terminləri lüğətiBöyük Fransa inqilabı dövründə Konventin 1793-cü il 5 oktyabr dekreti ilə tətbiq olunmuş təqvim.
Ona “inqilabi təqvim” də deyilir. R.T. xristian təqvimini ləğv edərək yeni era müəyyənləşdirib. Yeni eranın başlanğıc nöqtəsi kimi Fransada respublika elan olduğu gün götürülüb (22 sentyabr, 1792). R.T.-ndə il hər biri 30 gündən ibarət 12 aya, hər ay isə 3 dekadaya bölünüb. Yerdə qalan 5 (uzun ildə 6) gün isə sankülotların şərəfinə “sankulotid” adlandırılıb. İlin fəsillərindən asılı olaraq aylara yeni adlar verilib: payız (vandemyer, brümer, frimer), qış (nivoz, plüvioz, vantoz), yaz (jerminal, floreal, prerial) və yay (messidor, termidor, fruktidor). R.T. 1806-cı il yanvarın 1-dən Napoleon Bonapart tərəfindən ləğv edilib.
Tarix terminləri lüğətilat. restauratio – bərpa
1. Nəyinsə (əsasən, memarlıq abidələrinin, əlyazmaların, sənət əsərlərinin, səsyazmaların, fotosənədlərin) ilkin görkəmdə, yaxud ona yaxın formada bərpa edilməsi.
2. Devrilmiş siyasi rejimin, sülalənin hakimiyyətinin, habelə əvvəllər mövcud olmuş hər hansı vəziyyətin bərpası.
See also:
Tarix terminləri lüğətiXVIII əsrin sonunda Böyük Fransa inqilabının gedişində devrilmiş Burbonlar sülaləsinin Fransada yeni hakimiyyət dövrü.
Birinci R.D. (1814–1815) və ikinci R.D.-nü (1815–1830) fərqləndirirlər. Onları bir-birindən məşhur “Yüz gün” ayırır. 1830-cu ilin İyul inqilabı R.D.-nə son qoyub.
See also:
Tarix terminləri lüğətilat. re – təkrarlanma, bərpaolunma bildirən sözönü + valor – dəyər
Pul vahidinin dəyərinin yüksəlməsi.
R. pul vahidinin qızıl tərkibinin qanunvericiliklə artırılması, yaxud əsginasların qızıla və ya xarici valyutalara nisbətən məzənnəsinin yüksəldilməsi yolu ilə həyata keçirilir. Öz məqsədi və iqtisadiyyata təsir mexanizminə görə devalvasiyanın əksi olan R. dövlətin xarici borcunun azalmasına və idxalat mallarının ucuzlaşmasına gətirib çıxarır, eyni zamanda ixracat üçün əlverişsiz şərait yaradır.
Tarix terminləri lüğətifr. revanchisme < revanche – qisas, intiqam
Hərbi, yaxud siyasi məğlubiyyətin nəticələrini aradan qaldırmağa, onun əvəzini çıxmağa yönəldilmiş fəaliyyət; bu məqsədə xidmət edən siyasət.
R. terminindən ilk dəfə XIX əsrin 70-ci illərində Fransada Almaniyanın ələ keçirdiyi Elzas-Lotaringiya vilayətini geri qaytarmaq cəhdlərini ifadə etmək üçün istifadə olunub.
See also:
Tarix terminləri lüğətialm. reich < lat. regnum – imperiya, krallıq
Keçmişdə alman dövləti, imperiya.
I R. kral I Otto tərəfindən yaradılmış “Müqəddəs Roma imperiyası” (962–1806), II R. isə kral I Vilhelmin elan etdiyi Alman imperiyası (1871–1918) hesab olunur. Lakin, adətən, bu termin məhz Hitler Almaniyasına – nasional-sosialistlərin hakimiyyətdə olduğu (1933–1945) III R.-ə aid edilir.
See also:
Tarix terminləri lüğəti