Reklam
Reklam

Tarix terminləri lüğəti

revalvasiya

lat. re – təkrarlanma, bərpaolunma bildirən sözönü + valor – dəyər

Pul vahidinin dəyərinin yüksəlməsi.

R. pul vahidinin qızıl tərkibinin qanunvericiliklə artırılması, yaxud əsginasların qızıla və ya xarici valyutalara nisbətən məzənnəsinin yüksəldilməsi yolu ilə həyata keçirilir. Öz məqsədi və iqtisadiyyata təsir mexanizminə görə devalvasiyanın əksi olan R. dövlətin xarici borcunun azalmasına və idxalat mallarının ucuzlaşmasına gətirib çıxarır, eyni zamanda ixracat üçün əlverişsiz şərait yaradır.

Tarix terminləri lüğəti