XVI əsrdə Reformasiya gedişində İsveçrə və Almaniyanın bir hissəsində formalaşmış protestant təlimi.
Bu təlimin banisi isveçrəli filosof U.Svinqli (1484–1531) olduğu üçün o belə adlandırılıb. Ən radikal protestantlıq cərəyanlarından biri hesab olunan S. XVI əsrdə kalvinizmlə birləşib.
Tarix terminləri lüğətisanskr. svasti – salamlamaq, uğur diləmək, rifah
Ucları düzbucaq şəklində qatlanmış xaç nişanı.
S. ən qədim və geniş yayılmış qrafik simvollardan biri sayılır. E.ə. VIII minillikdən başlayaraq S.-ya Avropa və Asiyanın bir çox qədim mədəniyyətlərində, o cümlədən Azərbaycanda təsadüf olunur. Günəşin, həyatın, rifah və səadətin simvolu olan S. dünyanın bir çox xalqlarında gündəlik məişət əşyaları, paltarlar, sikkələr, silahlar, bayraq və gerblərin üzərini bəzəyib. Lakin XX əsrdə S.-dan nasist Almaniyasının bayrağında mərkəzi element kimi istifadə edilməsi ona neqativ münasibət formalaşdırıb.
Tarix terminləri lüğətigür. Svanebi
Gürcülərin etnoqrafik qrupu.
Gürcüstanın şimal-qərbində dağlıq ərazidə məskunlaşmış S. özlərini “luşnu” (tək halda – “muşvan”) adlandırırlar. Bu etnoqrafik qrup gürcü dilindən fərqlənən və kartvel dil ailəsinin şimal qrupuna daxil olan svan dilində danışır. XX əsrin 30-cu illərinədək, məsələn, 1926-cı ildə əhalinin siyahıyaalınmasında S. ayrıca xalq kimi qeydə götürülüblər. Lakin sonradan onları gürcülərin tərkibinə daxil ediblər. S.-ın soyadları “ani” sonluğu ilə bitir. “Svan qüllələri” adlanan gözətçi məntəqələri və müdafiə qurğuları svan memarlığının ən məşhur abidələridir. S.-da sənətkarlığın müxtəlif sahələri, ilk növbədə, metalişləmə yaxşı inkişaf edib, arıçılıq əsas məşğuliyyət sahələrindən biri olub.
Tarix terminləri lüğətiər. sünnə – adət, nümunə, qayda
İslamda iki ən böyük (şiəliklə yanaşı) cərəyandan biri.
İslamın ortodoksal qolu olan S. ardıcılları dünya müsəlmanlarının təqribən 85–90%-ni təşkil edirlər. S. VII–VIII əsrlərdə xilafət daxilində gedən dini-siyasi proseslər nəticəsində meydana gəlib, IX əsrdə isə tam formalaşıb. Onun tərəfdarları Quranla yanaşı, sünnənin də müqəddəsliyini, habelə ilk dörd xəlifənin qanuniliyini qəbul edirlər, müsəlman icmasının başçısı (imam-xəlifə) məsələsinin həllində “bütün icmanın razılığını” əsas götürürlər. Şiəlikdə isə yalnız Əli və onun varislərinin imamlığı qanuni hesab olunur. Məhz bu səbəbdən şiələr ilk üç xəlifənin (Əbu Bəkr, Ömər və Osman) hakimiyyətinin qanuniliyini qəbul etmirlər. S.-də 4 əsas məzhəb var: hənbəlilik, hənəfilik, şafiilik və malikilik. XVIII–XIX əsrlərdə S.-də vəhhabilik cərəyanı da meydana gəlib. Məkkə və Mədinə sünnilərin müqəddəs şəhərləri sayılır.
Tarix terminləri lüğətiər. – adət, nümunə, qayda
Məhəmməd peyğəmbər və onun kəlamları haqqındakı hədislərdən ibarət “müqəddəs rəvayətlər” məcmusu.
Məhəmməd peyğəmbərin davranışını, deyimlərini və bəyəndiklərini əks etdirən S. VII–IX əsrlərdə formalaşıb. O, Quranı izah edir və tamamlayır. S. Məhəmməd peyğəmbərin həyatını bütün müsəlman icması üçün nümunə, habelə müsəlmanların gündəlik həyatda qarşılaşdıqları problemlərin həlli üçün maddi mənbə sayır. Bu mənada S. Məhəmməd peyğəmbərin ölümündən sonra müsəlman icmasının bir çox problemlərini çözməyə imkan verib. S. islamdakı bütün təriqətlər tərəfindən qəbul edilir. Lakin sünnilərdən fərqli olaraq şiələr onun Əlinin rəqibləri ilə bağlı olan hədislərini qəbul etmirlər. Ümumiyyətlə, S.-nin Qurana “nisbəti” məsələsi müsəlman icmasında həmişə böyük mübahisələr doğurub.
Tarix terminləri lüğətiər. – hərfi mənası: üçdə bir
Ərəb yazısında bədii xətt növü; ərəb əlifbasındakı 6 klassik xətt növündən biri.
Bu xətdə hər hərfin üçdə bir hissəsi əyri, qalan hissəsi isə düz cizgidən ibarət olur. Məhz buna görə o belə adlanır. S.-ü X əsrdə ərəb xəttatı Əbu Əli Məhəmməd ibn Müğlə yaradıb. XIV əsrədək bütün əlyazmalarda, sonralar isə ən çox dini kitabların mətnində, Quran sərlövhələrində S.-dən istifadə edilib.
Tarix terminləri lüğətiər. – soy, nəsil, xanədan
Monarxiya dövlətlərində bir nəsildən və ya ailədən olub bir-birini taxtda irsən əvəz edən monarxlar.
S., bir qayda olaraq, banisinin, yaxud ən görkəmli nümayəndəsinin adı ilə tanınır. Bir sıra hallarda isə S.-yə nəslin əsasını qoyan şəxsin adı verilir.
Tarix terminləri lüğətifr. souverainete – ali hakimiyyət
Dövlət hakimiyyətinin öz daxili və xarici siyasətinin bütün sahələri və formalarında müstəqilliyi və aliliyi.
Suveren dövlət istənilən qərarın qəbulu zamanı heç bir başqa yüksək hakimiyyətdən asılı olmur. S. termini ilk dəfə XVI əsrdə fransız alimi J.Boden tərəfindən işlədilib.
Tarix terminləri lüğəti