E.ə. I minilliyin ortalarında Zərəfşan çayı hövzəsində yerləşən Soğd əyalətində məskunlaşmış xalq.
Bu xalq hind-Avropa dil ailəsinin Şərqi İran yarımqrupuna daxil olan soğdi dilində danışıb. S.-in dilində yazılı mətnlər e.ə. I əsrdən eramızın IX əsrinədək olan dövrü əhatələyir. Müasir yaqnob dili soğdi dilinin davamı sayılır. S. özbəklərin və taciklərin əcdadlarından biri hesab olunurlar.
Tarix terminləri lüğətilat. solidus – möhkəm, bərk
Roma qızıl sikkəsi.
309-cu ildə imperator Konstantinin dövründə Roma funtunun 1/72-nə bərabər çəkidə (4,55 q) kəsilib. Daha sonra S. german xalqları tərəfindən mənimsənilib və erkən orta əsrlərdə Qərbi Avropada qızıl sikkələr üçün nümunə rolunu oynayıb. S. adı bir qədər dəyişdirilmiş şəkildə Qərbi Avropa ölkələrinin sikkələrinə də keçib (fransızca – su, italyanca – soldo və s.).
Tarix terminləri lüğətiər. sufi – yun əba geyən < suf – yun
İslam dinində mistik-asketik cərəyan.
S. tərəfdarları sufi adlandırılır. Bu dini cərəyan VIII əsrdə müasir Suriya və İraq ərazisində yaranıb, sonradan isə Afrikanın şimal-qərbindən tutmuş Çin sərhədinə və İndoneziyaya kimi yayılıb. IX–X əsrlərdən başlayaraq Azərbaycanda da S. tərəfdarları olub. İdealist metafizikanın (irfanın) xüsusi tərki-dünyalıq praktikası ilə birləşdirilməsi, müridin mistik məhəbbət yolu ilə Allahı dərk etməyə və tədricən ona qovuşmağa yaxınlaşması, mürid Allaha qovuşanadək isə onu mistik yolla bu məqsədə doğru aparan ustadın (mürşidin) mühüm rolu S.-in ən səciyyəvi cəhətləri sayılır. Sufilər xüsusi rəqslər və ya duaların sonsuz təkrarı ilə intuitiv idraka, “nurlanmaya”, ekstaza cəhd ediblər.
Tarix terminləri lüğətilat. sub – altında, da, də + ethnos – xalq
Daha böyük etnosun (xalqın) tərkibi hissəsi olan, lakin bir sıra mədəni xüsusiyyətləri və dili (dialekti) ilə ondan fərqlənən, bu fərqi dərk edən, kompakt şəkildə məskunlaşmış etnik birlik.
S.Q. endoetnonimə malik olur; məs.: qutsullar ukraynalıların, kazaklar isə rusların tərkibində S.Q. sayılır.
Həmçinin bax:
Tarix terminləri lüğətiyun. strategos < stratos – qoşun + ago – arxamca aparıram
E.ə. VI əsrin sonundan e.ə. I əsrin ortalarınadək qədim yunan polislərində geniş hərbi və siyasi səlahiyyətlərə malik sərkərdə.
Afinada 10 S.-dən ibarət kollegiya mövcud olub. S.-lər xalq yığıncaqlarında 1 il müddətinə seçiliblər və bəzən ümumyunan hərbi-siyasi ittifaqlarına (məs.: Axeylər ittifaqına) başçılıq ediblər.
Tarix terminləri lüğətimonq. – bəxşiş, hədiyyə, güzəşt
Orta əsrlərdə hərbi xidmət müqabilində feodal əyanlara bağışlanan torpaq sahəsi, mülk.
S.-ı irsən ötürmək mümkün olub, lakin buna yalnız varis də orduda xidmət edən zaman icazə verilib. Belə mülkiyyət forması XIII–XV əsrlərdə Qızıl Ordada, XIV–XIX əsrlərdə Orta Asiya, Azərbaycan, İran və İraqda, XVI–XIX əsrlərdə isə Hindistanın şimal-qərbində geniş yayılıb. S. sahibi iqta sahibi kimi vergilərdən azad olub və bütün mükəlləfiyyətləri öz xeyrinə toplayıb. Lakin iqta sahibindən fərqli olaraq S. sahibinə təkcə vergi deyil, həm də inzibati-məhkəmə immuniteti verilib. Bəzən yüzlərlə kənd, hətta bütöv vilayətlər S. kimi feodallara bağışlanıb. Sonuncu halda S. sahibinin artıq öz vassallarına torpaq paylamaq imkanı olub. XV əsrdən başlayaraq ali rütbəli ruhanilərə, inzibati vəzifələrdə çalışanlara da S. paylanması praktikası geniş yayılıb.
Tarix terminləri lüğətiSSRİ-də İosif Stalinin (1879–1953) hakimiyyəti dövründə mövcud olmuş repressiv siyasi sistem; Stalin və tərəfdarları tərəfindən həyata keçirilən ideologiya və siyasət.
S.-in əsasında bütün hakimiyyət səlahiyyətlərini öz əlində cəmləmiş rəhbərin despotizmi durur. Dövlət və cəmiyyətin idarə olunmasında avtoritar metodların hökmranlığı, kommunist partiyası və dövlət orqanlarının faktiki çulğalaşması, siyasi rəhbərlik üzərində nəzarətin yoxluğu, cəmiyyət üzərində isə sərt ideoloji nəzarət, vətəndaşların elementar hüquq və azadlıqlardan məhrum olunması, güc strukturlarının özbaşınalığı və s. S.-in ən səciyyəvi cəhətləri sayılır. XX əsrin 20-ci illərinin sonunda formalaşan S. 50-ci illərin ortalarına kimi davam edib və milyonlarla insanın məhvinə səbəb olub.
Tarix terminləri lüğətilat. status quo – mövcud durum
Beynəlxalq hüquqda mövcud olan, yaxud müəyyən anda yaranmış faktiki və ya hüquqi vəziyyəti ifadə etmək üçün işlədilən termin.
“S.-K.-nun saxlanması” mövcud durumun dəyişməz qalmasını, “S.-K.-nun bərpası” isə nə vaxtsa mövcud olmuş duruma qayıdılmasını nəzərdə tutur.
Tarix terminləri lüğətilat. statutum < statuo – qərara alıram
1. Ayrı-ayrı milli, yaxud beynəlxalq qurumların təşkili və fəaliyyəti qaydalarını müəyyənləşdirən əsasnamə, nizamnamə.
2. Orta əsrlərdə şəhərlərin və şəhərdaxili birliklərin (sexlər, tacir gildiyaları və s.) hüquqi vəziyyətini təsbit edən nizamnamə.
3. Nəyinsə əsasnaməsi; məs.: ordenin təsviri və onun təltifolunma qaydalarını əks etdirən orden S.-u.
4. Böyük Britaniya parlamenti və ABŞ Konqresinin bəzi qanunvericilik aktları; məs.: 1931-ci il Vestminster S.-u.
Tarix terminləri lüğətiər. – hökmdar, hakim, padşah
1. Bir çox müsəlman ölkələrində ali hökmdarın titulu.
Bu titul Türkiyədə 1922-ci ilədək, Mərakeşdə isə 1957-ci ilədək mövcud olub. XIII əsr – XVI əsrin əvvəllərində, eləcə də 1914–1922-ci illərdə Misir hökmdarları S. adlanıb. Qərbi Afrikada iri feodallar və Cənubi Ərəbistanda tayfa başçıları da eyni titulu daşıyıblar. Hazırda Bruney və Oman hökmdarları S. adlanırlar.
2. XVI–XIX əsrlərdə İran və Azərbaycanda rütbəcə xandan aşağıda duran və kiçik hakimliklərə başçılıq edən feodallar; məs.: Ərəş S.-ı, İlisu S.-ı.
Tarix terminləri lüğəti