yun. theos – Allah
Geniş mənada: Allaha və ya Allahlara inam; məhdud mənada: Allahı təkcə kainatın yaradıcısı deyil, həm də orada baş verən bütün maddi və mənəvi proseslərin idarəedicisi kimi qəbul edən dini-fəlsəfi təlim.
T. insanın ilahi qüvvə ilə daimi ünsiyyətdə olması ideyasına əsaslanır. Allahın təbiətdən kənarda yerləşdiyini iddia etməklə T. panteizmdən, dünyadakı bütün hadisələrdə onun iştirakını qəbul etməklə isə deizmdən fərqlənir. T. təlimi iudaizm, xristianlıq və islam dininin əsasında durur.
Həmçinin bax:
Tarix terminləri lüğətiyun. theokratia < theos – Allah + kratos – hakimiyyət, güc
Siyasi və dini hakimiyyətin ruhanilərə və ya kilsəyə məxsus olduğu dövlət quruluşu.
Bu termin ilk dəfə yəhudi əsilli Qədim Roma tarixçisi İosif Flavius (37–100) tərəfindən işlədilib. Adətən, teokratik dövlətdə ali hakimiyyət kilsənin başçısına və ya dini rəhbərə (o həmçinin dövlət başçısı sayılır) məxsus olur. Qədim Şərq despotiyaları (Misir, Babilistan, İudey çarlığı), orta əsrlərdə isə Ərəb xilafəti (632–1258) və Avropada Papa vilayəti (754–1870) T.-ya misal sayıla bilər. Müasir dövrdə T. tarixi anaxronizmə çevrilib. XXI əsrə yalnız Vatikan və müəyyən mənada bəzi Şərq ölkələri teokratik dövlətlər kimi daxil olub.
Həmçinin bax:
Tarix terminləri lüğətiyun. theologia < theos – Allah + logos – təlim
İlahiyyat; müəyyən dini təlimdə Allahın mahiyyəti və hərəkətləri haqqında ehkamların məcmusu.
Bu termin, adətən, iudaizmə, xristianlığa və islama aid edilərək işlədilir. İslamda ehkamlar sistemi IX–XII əsrlərdə meydana gəlib.
Həmçinin bax:
Tarix terminləri lüğətiyun. theosophia < theos – Allah + sophia – müdriklik
1. Geniş mənada: xüsusi “ilahi sirləri” açmaq iddiasında olan mistik dini təlim.
2. Məhdud mənada: XVI–XVIII əsrlərdə rəsmi xristian ənənələri çərçivəsindən kənara çıxmış bir sıra mistik təlimləri ifadə edən termin.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. thermos – isti, qaynar
Qədim Romada ictimai hamam.
T. eyni zamanda əyləncə və idman müəssisəsi kimi də fəaliyyət göstərib. O, müxtəlif tikililərdən ibarət mürəkkəb kompleks olub. Simmetrik planlı əsas binada frigidari, tepidari və kaldari (soyuq, ilıq, isti hamamlar), onların ətrafında isə vestibül, soyunub-geyinmə otaqları, yuyunmaq, masaj və buxarda tərləmək üçün zallar yerləşib. T.-də həmçinin idman hərəkətləri üçün zal da olub.
Tarix terminləri lüğəti1794-cü ildə əks-inqilabi Termidor çevrilişinin iştirakçıları.
Çevrilişdən sonra demokratik islahatları ləğv edən və əks-inqilabi terrora başlayan T. Konventdə çoxluğu ələ keçiriblər, sonradan isə direktoriyada mühüm rol oynayıblar. T. sağ və sol qanaddan ibarət olublar. Robespyerin və onun silahdaşlarının edamından sonra “sağlar” tədricən “sollar”ı hakimiyyətdən kənarlaşdırıblar. 1795-ci il jerminal üsyanından sonra isə “sollar”ın qruplaşması tamamilə darmadağın edilib.
Tarix terminləri lüğətiyun. terror – qorxu, dəhşət
Siyasi rəqibləri qorxutmaq, basqı altında saxlamaq, onları müəyyən addımlar atmağa məcbur etmək məqsədilə həyata keçirilən zorakı hərəkətlər (təqib, girov götürülməsi, qətl, partlayış və s.).
T. fərdi və qrup (məs.: ekstremist siyasi qruplaşmaların hərəkətləri) xarakteri daşıya bilər. Diktaturaların və totalitar rejimlərin öz toxunulmazlığını təmin etmək məqsədilə siyasi rəqiblərinə qarşı həyata keçirdiyi repressiyalar isə dövlət T.-i kimi qiymətləndirilir. Dövlət T.-inə bolşeviklərin tətbiq etdikləri qırmızı terroru misal göstərmək olar.
Tarix terminləri lüğətilat. Ordo domus Sanctae Mariae Teutonicorum
XII əsrin sonunda səlib yürüşləri dövründə formalaşmış katolik ruhani-cəngavər ordeni.
Ona “alman ordeni”, “səlibçilər ordeni” də deyirlər. 1198-ci ildə papa III İnnokenti tərəfindən müstəqil təşkilat kimi təsdiq olunmuş T.O.-nin əsasını zadəgan mənşəli alman cəngavərləri təşkil edib. Onun başında ömürlük seçilən qrossmeyster (böyük magistr) durub. Ağ bürüncəyin üzərində qara xaç T.O.-nin fərqləndirici nişanı olub. XIII əsrin başlanğıcında daha çox Şərqi Avropada fəaliyyət göstərən T.O. burada Visla və Neman çayları arasındakı geniş əraziləri zəbt edərək qüdrətli hərbi-teokratik dövlətin əsasını qoyub. Yalnız 1410-cu ildə Polşa–Litva qoşunlarının Qrünvald döyüşündə T.O.-nə qalib gəlməsi ekspansiyanın qarşısını alıb. Bundan sonra T.O.-nin tənəzzül dövrü başlanıb. 1809-cu ildə o, Napoleon tərəfindən ləğv edilib. T.O.-nin fəaliyyəti 1834-cü ildə Avstriyada bərpa olunsa da, onun məhdud saylı üzvləri təşkilatın siyasi nüfuzunu qaytara bilməyiblər.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. Teutoni
Qədim german tayfaları.
Onlar öncə Yutlandiya yarımadasının qərb sahillərində və Elba çayının aşağı axarında məskunlaşıblar. E.ə II əsrin sonunda Yutlandiya yarımadasından cənuba doğru hərəkət edən T. Qalliyada kimbrlərlə birləşiblər. Bunun ardınca onlar kimbrlər və digər german tayfaları ilə birgə Şimali İtaliyaya yürüş ediblər. E.ə. 102-ci ildə Roma qoşunları tərəfindən ağır məğlubiyyətə uğradıldıqdan sonra isə T.-ların adına tarixi qaynaqlarda daha rast gəlinmir. Yalnız bəzi hallarda T. termini ümumilikdə german tayfaları anlamında işlədilir.
Tarix terminləri lüğətifars. təbər – balta + zin – yəhər
Keçmişdə Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda soyuq silah növü.
T.-i süvarilər yəhərə bağlayıb və əlbəyaxa döyüş zamanı istifadə ediblər. XVI–XVII əsrlərdə bu silah Avropada da geniş yayılıb. Lakin Şərq ölkələrindən fərqli olaraq Avropa ordularında T.-lə yalnız piyada döyüşçülər silahlanıblar.
Tarix terminləri lüğətiər. – həddi keçmə
Bir və ya bir neçə dövlətin digər dövlətə (dövlətlərə) silahlı hücumu.
Adətən, T. hücuma məruz qalmış dövlətin (dövlətlərin) ərazisini ələ keçirmək, yaxud onu (onları) siyasi cəhətdən özünə tabe etmək məqsədilə həyata keçirilir. Müasir beynəlxalq hüquq T.-ə görə ciddi məsuliyyət nəzərdə tutsa da, bir çox hallarda təcavüzkar dövlət cəzasız qalır.
Tarix terminləri lüğəti