İslamın sünnilik cərəyanının XVIII əsrin sonlarında Ərəbistan yarımadasının mərkəzi hissəsində formalaşmış qolu.
Bu təlim onun yaradıcısı Məhəmməd ibn Əbdül Vahabın (1703–1787) adı ilə tanınıb. Təlimin əsasında vahid Allaha inam durur. V. tərəfdarlarının fikrincə, müsəlmanlar yalnız bütün varidatın yaradıcısı olan Allaha sitayiş etməli olduqları halda, düzgün yoldan sapıblar. İslamın erkən dövr “paklığına” qayıdışı əsas məqsəd hesab edən V. sonradan müsəlman dininə gətirilmiş “yeniliklərin” (müxtəlif müqəddəslərə pərəstiş, dərvişlik və s.) əleyhinə çıxaraq onları küfr hesab edib, islamaqədərki inanclara qarşı amansız mübarizə aparıb, cihada xüsusi əhəmiyyət verib. Siyasi baxımdan V. Ərəbistan yarımadasındakı tayfaların və xırda hakimliklərin vahid dövlətdə birləşdirilməsinə səy göstərib. XIX əsrin başlanğıcına yaxın vəhhabilər bu məqsədlərinə nail olublar: demək olar ki, bütün Ərəbistan yarımadasının ərazisi vahid dövlətdə birləşdirilib. Onun bir müddət sonra süqut etməsinə baxmayaraq, 1932-ci ildə V. ideyalarının daşıyıcısı olan Səud sülaləsi Səudiyyə Ərəbistanı dövlətinin əsasını qoyub. Hazırda V. Səudiyyə Ərəbistanında dövlət dini sayılır. Son dövrlər bu ölkənin siyasi və maliyyə dəstəyi ilə V. dünyanın bir çox bölgələrində, o cümlədən postsovet məkanında da yayılıb.
Tarix terminləri lüğətiXVIII–XIX əsrlərdə Avropa elmində tətbiq olunan bölgü sistemində bəşəriyyət tarixinin keçdiyi üç dövrün (vəhşilik, barbarlıq, mədəniyyət) ilkin mərhələsini bildirmək üçün qəbul edilmiş termin.
Bu bölgünü XVIII əsrin 60-cı illərində şotland filosofu A.Fergüson irəli sürüb, Amerika etnoqrafı və tarixçisi L.Morqan isə onu daha da inkişaf etdirib. Morqanın fikrincə, V. insanın yaranışından dulusçuluğun meydana çıxmasına qədər olan dövrü əhatə edib. Dulusçuluğun meydana gəlməsi ilə V. barbarlıqla əvəzlənib. Hazırda tədqiqatçılar bu köhnəlmiş təsnifatdan istifadə etmirlər: müasir elmdə ibtidai icma tarixinin yeni bölgü sistemi qəbul olunub.
Həmçinin bax:
Tarix terminləri lüğətiər. – inanılmış
1. Orta əsrlərdə bir sıra Şərq ölkələrində dövlət başçısının bilavasitə nümayəndəsi kimi maliyyə və iqtisadi işlərə başçılıq edən şəxs.
2. Səfəvilər dövlətində şahın dünyəvi və dini işlərdə tamhüquqlu müavini.
Səfəvilər dönəmində V. dövlətdə ikinci şəxs sayılıb.
3. Əyalət başçılarının saraydakı daimi nümayəndəsi.
Tarix terminləri lüğətiər. – hərfi mənası: saxlama, tutma
Geniş anlamda: müsəlmanlar tərəfindən fəth olunan və xərac alınan bütün torpaqların məcmusu; məhdud mənada: dini məqsədlə, yaxud xeyriyyə üçün dövlətin, habelə ayrı-ayrı şəxslərin könüllü olaraq, qeyd-şərtsiz bağışladıqları daşınar və daşınmaz əmlak.
V. xilafət dövründə VII–VIII əsrlərdə yaranıb, orta əsrlərdə isə müsəlman ölkələrində geniş yayılaraq din xadimlərinin nüfuzunun iqtisadi əsasını təşkil edib. V.-lərdən əldə edilən gəlir onların əvvəlki sahiblərinin arzusuna uyğun olaraq məscid, mədrəsə, müalicə müəssisələrinin ehtiyaclarına və s.-yə xərclənib. V. torpaqlarını satmaq və bağışlamaq yasaq olunub. V.-i yalnız icarəyə vermək mümkün olub, onu xüsusi şəxs – mütəvəlli idarə edib. Azərbaycanda VII əsrdən XX əsrin əvvəllərinədək mövcud olan V. bir sıra müsəlman ölkələrində (məs.: Səudiyyə Ərəbistanında) indi də qalır.
Tarix terminləri lüğətiər. vəli – sahib, himayədar + əhd – öhdəsinə götürmə, boynuna alma
Monarxiya dövlətlərində hakimiyyətin ali sülalənin bir nümayəndəsindən digərinə varislik yolu ilə ötürülməsi qaydası.
V.-in bir neçə forması var. Məsələn, Salik sistemində (İsveç) hakim sülalənin qadın nümayəndələri heç bir halda vəliəhd ola bilməzlər. Kastil sistemində (Böyük Britaniya) qadınlar V. hüququndan tamamilə məhrum edilməsələr də, kişilərə üstünlük verilir. Avstriya sistemində qadınlar yalnız hakim sülalənin kişi nümayəndələrinin yoxluğu şəraitində taxt-taca sahib ola bilərlər. Bir sıra ərəb ölkələrində isə V.-in xüsusi forması olan “klan” sistemindən istifadə edilir; məs.: Səudiyyə Ərəbistanı, Qatar, Küveytdə vəliəhd hakim ailənin toplantısında seçilir.
Həmçinin bax:
Tarix terminləri lüğətiXovsuz xalça növü.
V. Azərbaycanda Qazax və Qarabağ bölgələrində daha geniş yayılıb, toxunma xüsusiyyətləri və bədii tərtibatına görə palaz, kilim, digər xovsuz xalça növlərindən fərqlənib. Belə ki, mürəkkəb sarıma üsulu ilə toxunduğundan onun üzərinə rəngarəng naxışlar salmaq mümkün olub. Yüngül V.-lərdən pərdə, yük üzü, eləcə də dəyə və çadırların daxili tərtibatında dekorativ bəzək elementi kimi istifadə edilib. Ehtimala görə, V. termini orta əsrlərdə geniş yayılmış yüksəkkeyfiyyətli “perni” (“bərni”) ipək parçasının adından yaranıb.
Tarix terminləri lüğətiMüasir anlamda: demokratik cəmiyyət çərçivəsində siyasi, sosial, iqtisadi və mədəni sahələrdə dövlətdən tam müstəqil şəkildə inkişaf edən münasibətlərin məcmusu.
V.C. müxtəlif anlamlarda işlənən termindir. Onun müəllifi Aristotel müəyyən siyasi quruluş forması ilə aralarında əlaqə olan azad və bərabərhüquqlu vətəndaşların toplumunu məhz belə adlandırıb. V.C. yalnız geniş, demokratik hüquq və azadlıqların mövcud olduğu dövlətlərdə fəaliyyət göstərə bilər. Onun başlıca ünsürləri – müxtəlif ictimai institutlar (partiyalar, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, kooperativlər və s.) vətəndaşlarla dövlət arasında vasitəçilik edərək dövlətin şəxsiyyət üzərində hökmranlığına mane olur. İctimai münasibətlərin tam dövlətləşdirilməsi isə demokratiyanın məhdudlaşdırılmasına və son nəticədə totalitarizmə gətirib çıxarır.
Tarix terminləri lüğətiər. – köməkçi
Bir çox müsəlman dövlətində nazirlərin, ali əyanların titulu və vəzifəsi.
Onun Sasanilər dönəmində yarandığı ehtimal olunur. Xilafət dövründə V. əvvəllər xəlifənin dəftərxanasını idarə edib, sonralar isə dövlət şurasının rəhbərinə çevrilib. Xilafətin süqutundan sonra da bütün müsəlman dövlətlərində V. vəzifəsi olub. V. inzibati-maliyyə işlərinə başçılıq edib, bəzən hərbi və maliyyə məsələləri də onun səlahiyyətində olub. Osmanlı imperiyasında bir çox saray əyanlarına və əyalət canişinlərinə belə titul verilib. Onların arasında baş V.-in (vəziri-əzəm, sədr-əzəm) hökumətə rəhbərlik etməklə yanaşı, sultanın adından fərmanlar vermək və sülh müqavilələri imzalamaq hüququ olub. 1922-ci ildə Türkiyədə sultanlığın ləğvindən sonra həmin vəzifə də aradan qaldırılıb. Səfəvilər və Qacarlar dövlətində isə baş V. etimad-üd-dövlə adlanıb. XIX əsrin əvvəllərinədək Azərbaycanda ayrı-ayrı feodal dövlətlərində də V. vəzifəsi mövcud olub. Müasir dövrdə V. məfhumu “nazir” sözü ilə əvəzlənib.
Həmçinin bax:
Tarix terminləri lüğəti