türk. boncuk – muncuq
XV–XVII əsrlərdə türk paşalarının hakimiyyət rəmzi, osmanlılarda ştandartı əvəz edən uzun dəstək.
Muncuqlarla bəzədilmiş bu dəstəyin at tükündən saçaqları, iki gümüş qotazı, 2,5 m-ə qədər hündürlüyü, kürəşəkilli və ya sivri ucu olurdu. Sonralar Polşa və Ukrayna getmanları, rus kazak dəstələrinin atamanları da B.-dan hakimiyyət simvolu kimi istifadə ediblər.
Tarix terminləri lüğətifars. – məclis, dövlət idarəsi
1. Bir sıra müsəlman ölkələrində fərqli funksiyalar (dəftərxana, vergi-maliyyə, məhkəmə, dövlət şurası və s.) yerinə yetirən dövlət orqanları.
2. Xəlifə Ömərin hakimiyyəti illərindən (634–644) başlayaraq ərəb istilalarının ilk dövründə dövlət gəlirinin qeydə alındığı, müvafiq siyahıların saxlandığı yer.
3. Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi.
4. Osmanlı imperiyasında böyük vəzirdən, müftidən və b. vəkillərdən ibarət dövlət şurası.
5. Moldova və Valaxiya knyazlıqlarında dövlət şurası, ali məsləhətçi və icraedici orqan.
6. Azərbaycanda orta əsrlərdə dövlət idarəçiliyinin, habelə iqtisadiyyatın müəyyən sahələrinə rəhbərliyi öz əlində cəmləşdirən qurumların adı.
Misal: xanlıqlar dövründə daxili və xarici siyasət məsələləri ilə məşğul olan D.-lar fəaliyyət göstərib, onlara divanbəyi başçılıq edib.
Tarix terminləri lüğətiOrta əsrlərdə Şərq ölkələrində, o cümlədən Azərbaycanda torpaq üzərində dövlət mülkiyyəti forması.
Dövlətin ixtiyarında olan belə torpaqlardan toplanan vergi birbaşa xəzinəyə daxil olaraq ordunun, idarəetmə orqanlarının və s.-nin saxlanmasına xərclənib. Azərbaycanda D.T. XII–XVI əsrlərdə xüsusilə geniş yayılıb. İqta torpaq mülkiyyəti çox vaxt D.T.-nın hesabına genişlənib.
Həmçinin bax:
Tarix terminləri lüğətifars. – məclis, dövlət idarəsi
Ərəb əlifbası ilə yazılan, əsas xüsusiyyəti hərflərin əyri cizgilərlə birləşdirilməsi olan xətt növü.
D. xətti Türkiyədə yaranıb, orta əsrlərdə dövlət idarələrində (divanlarda) ondan geniş istifadə edilib və adı da buradan götürülüb. Osmanlı dövlətində maliyyə sənədləri, hökm, əmr və fərmanlar həmin xətlə yazılıb.
Tarix terminləri lüğətilat. doctrina – təlim, elm, təhsil
Siyasi, ideoloji, fəlsəfi, dini və ya hərbi təlim, konsepsiya; əsas nəzəri və ya siyasi prinsip, yaxud prinsiplərin məcmusu.
Müvafiq olaraq D.-ların hərbi D., xarici siyasət D.-sı, dini D., ideoloji D. və s. növləri var. Məsələn, 1823-cü ildə ABŞ prezidenti C.Monro tərəfindən irəli sürülmüş, “Amerika amerikalılar üçündür” prinsipini rəhbər tutan “Monro D.”-sı xarici siyasət sahəsinə aid olub və ABŞ-a qarşı iri Avropa dövlətlərinin təcavüzünün qarşısını almaq məqsədi güdüb.
Tarix terminləri lüğətifr. domaine < lat. dominium – mülk, sahiblik
Orta əsrlərdə Avropada monarxa və ya feodala məxsus mülk, iri torpaq sahələri.
Orta əsrlərdə Qərbi və Mərkəzi Avropa ölkələrində krala məxsus irsi torpaq sahələri kral D.-i adlanırdı. Ölkənin müxtəlif regionlarına səpələnmiş krala məxsus mülklər, qalalar, şəhərlər, meşə və otlaqlar da D.-ə daxil olub. D.-dən əldə edilən gəlirlər kral və onun yaxın ətrafını saxlamaq üçün tələb olunan vəsaitin əsas hissəsini təşkil edib. İri feodalların torpaq sahələrinin D.-ə birləşdirilməsi kral hakimiyyətinin möhkəmləndirilməsinin və feodal pərakəndəliyinin aradan qaldırılmasının əsas vasitələrindən biri olub. Hersoq, qraf və digər iri feodalların da öz D.-ləri olub. Feodalizm dövründə feodal mülkünün bir hissəsi isə senyorial D. adlanırdı. Burada feodal asılı kəndlilərin və torpaqsız işçilərin əməyindən istifadə etməklə müstəqil şəkildə təsərrüfatla məşğul olub. Əkin sahələri, çəmənliklər, bağlar, tikililər, canlı və cansız inventar da D.-ə daxil olub.
Tarix terminləri lüğətiing. dominion – mülk, hakimiyyət
Böyük Britaniya imperiyasının tərkibində ingilis kralını dövlət başçısı kimi tanıyan və özünüidarə hüququ olan ölkə.
İngilis monarxını D.-da general-qubernator təmsil edir. İlk D.-lar Kanada (1867), Avstraliya İttifaqı (1901), Yeni Zelandiya (1907) və İrlandiya (1921) olub. 1947-ci ildə Britaniya birliyi yarandıqdan sonra həmin termin “Birlik üzvü” anlayışı ilə əvəzlənib. Britaniya birliyinə daxil olan bəzi ölkələr (Kanada, Yeni Zelandiya və s.) XXI əsrdə də ənənəyə sadiq qalaraq ingilis kraliçasını dövlət başçısı kimi tanıyır. Lakin bu, formal xarakter daşıyır, çünki onlar müstəqil dövlət statusu daşıyır.
Tarix terminləri lüğətiyun. dorièis
Axeylər, ioniyalılar, eollarla (aiollarla) yanaşı, dörd əsas qədim yunan tayfasından biri.
D. (yaxud dorlar) öncə Şimali və Mərkəzi Yunanıstanda məskunlaşıblar, e.ə. XII əsrdə isə Peloponnesin cənub-qərb rayonlarına, daha sonra Krit, Rodos və Egey dənizindəki digər adalara köçüblər. Onlar Mikena mədəniyyətinə aid axey şəhər-dövlətlərini ələ keçiriblər, habelə Lakonika vilayətini tutaraq orada Sparta şəhərinin əsasını qoyublar. Sparta D.-in ən məşhur polisinə (şəhər-dövlətinə) çevrilib. E.ə. VIII–VI əsrlərdə D. Siciliya, Cənubi İtaliya, Qara dəniz sahilləri və Kiçik Asiyada da çoxsaylı koloniyalar yaradıblar.
Tarix terminləri lüğətialm. Bundesrat – hərfi mənası: federal şura
1. Almaniya Federativ Respublikasının tərkibinə daxil olan ayrı-ayrı vilayətlərin (torpaqların) hökumət nümayəndələrindən təşkil edilmiş dövlət orqanı.
AFR Konstitusiyasına görə, B. federal səviyyədə vilayətlərin (torpaqların) nümayəndəliyi statusunu daşıyır. Lakin B.-ın bəzən “parlamentin yüksək palatası” adlandırılması düzgün deyil, çünki Almaniyada qanunvericilik prosesində iki ayrı-ayrı qurum iştirak edir: B. və seçkili orqan olan bundestaq (parlament). Almaniya parlamentinin (bundestaqın) bir palatası var.
2. 1871–1918-ci illərdə Almaniya parlamentinin yuxarı palatası, federasiyanın tərkibinə daxil olan alman dövlətlərinin imperiya şurası.
3. 1920–1934-cü illərdə Avstriya Respublikasında ayrı-ayrı vilayətlərin landtaqlarının nümayəndələrindən seçilmiş yüksək palata.
Tarix terminləri lüğətiKrım və Potsdam konfranslarının qərarlarına görə, müttəfiqlərin II Dünya müharibəsindən (1939–1945) sonra Almaniya ilə bağlı həyata keçirməli olduqları siyasət.
Bu siyasətin dörd vacib komponenti olub:
1) denasifikasiya – alman cəmiyyəti, mədəniyyəti, mətbuatı, hüquq sistemi və siyasətinin nasional-sosializm ideologiyasının hər cür təsirindən “təmizlənməsi”;
2) demilitarizasiya – alman ordusunun buraxılması, silah ehtiyatlarının ləğvi və Almaniyanın hərbi-sənaye kompleksinin demontajı;
3) demokratikləşdirmə – Almaniyanın siyasi həyatının demokratik əsaslarla qurulması, demokratik siyasi partiyaların fəaliyyətinə icazə verilməsi, söz, mətbuat və vicdan azadlığının bərqərar edilməsi;
4) desentralizasiya – Almaniyanın federallaşması, mühüm siyasi qərarların qəbulu səlahiyyətlərinin orta (federal torpaqlara) və aşağı (şəhər, qəsəbə, kənd) səviyyəyə verilməsi.
Tarix terminləri lüğətiMüəyyən sərhədlər daxilində cəmiyyətin təşkil və idarə olunması üçün yaradılmış siyasi institutlar sistemi.
Bu sistemin minilliklərlə yaşı olsa da, terminin hamı tərəfindən qəbul edilmiş tərifi yoxdur. D.-in mənşəyi də mübahisəli olaraq qalır. Lakin əksər mütəxəssislərin fikrincə, D. – hakimiyyəti bütün ölkə ərazisinə və əhalisinə şamil edilən, hamı üçün məcburi qanunlar verən, suverenliyə, idarəetmə və cəbr aparatına malik olan xüsusi təsisatdır. D.-in 4 əsas əlaməti var:
1) ərazi və sərhədlərin mövcudluğu;
2) əhali;
3) kütləvi hakimiyyət;
4) suverenlik.
Quruluşuna görə unitar, federasiya və konfederasiya formasında D.-lər olur. İdarəetmə formalarına görə isə onlar monarxiya və respublikaya ayrılır.
Həmçinin bax:
Tarix terminləri lüğəti