fars. – cəmiyyət, yığıncaq, məclis
İranda şəhər və ya əyalətlərdə yerli özünüidarə orqanı.
İlk Ə. inqilabi-demokratik təşkilat kimi Məşrutə inqilabının (1905–1911) gedişində – 1906-cı ilin sentyabrında Təbrizdə yaranıb. Demokratik Ə.-lər 1918–1921-ci illərdə də fəaliyyət göstərib. II Dünya müharibəsi zamanı Cənubi Azərbaycanda milli azadlıq hərəkatının qələbəsindən sonra əyalət, vilayət və şəhərlərdə Ə.-lər yaradılıb.
Tarix terminləri lüğətiƏrəblərin müsəlman İspaniyasına verdikləri ad.
Ə. sözünün etimologiyası dəqiq məlum deyil: onun ərəb, bərbər, alman mənşəli olması barədə müxtəlif fərziyyələr var. VIII əsrin əvvəllərində Pireney yarımadasının çox hissəsini ələ keçirən ərəblər bu ərazini Ə. adlandırıblar. Rekonkista gedişində, XIII əsrdə İspaniyanın çox hissəsi xristianlar tərəfindən geri alındıqdan sonra yarımadanın yalnız ərəblərin nəzarətində qalmış cənub bölgəsinə – Qranada əmirliyinin ərazisinə Ə. deyilib. 1492-ci ildə bu əmirlik də İspaniya krallığına qatılsa da, həmin vilayət indiyədək Ə. (Andalusiya) adını daşıyır.
Tarix terminləri lüğətiərəbcə
Maddi və mənəvi mədəniyyətin, ictimai və ailə həyatının şüurlu şəkildə nəsildən nəslə ötürülən, cəmiyyət, ayrı-ayrı sosial qruplar tərəfindən uzun müddət qorunub saxlanılan təzahürləri.
Müəyyən ictimai təsisatlar, əxlaq və davranış normaları, ideyalar, adətlər, mərasimlər və s. Ə. formasını ala bilər. Ə. ictimai həyatın ən müxtəlif sahələrinə (siyasət, iqtisadiyyat, hüquq və s.) xas olsa da, din, mədəniyyət, incəsənət, ədəbiyyət, xüsusilə də məişətdə daha böyük əhəmiyyət daşıyır.
Tarix terminləri lüğətiər. – yardımçılar, köməkçilər
Məhəmməd peyğəmbərin 622-ci ildə Məkkədən Mədinəyə hicrətindən sonra islam dinini qəbul edərək peyğəmbərə və digər mühacirlərə hər cür yardım göstərmiş, onlara ev və torpaq paylamış mədinəlilərə verilən ad.
Ə.-lar, əsasən, həzrəc və evs tayfalarının nümayəndələri olublar. İlk müsəlmanlar arasında onlar mühacirlərdən sonra ən hörmətli şəxslər sayılıblar. Hərbi qənimətlərin bölünməsi zamanı peyğəmbər mühacirlərdən sonra ikinci ən böyük payı Ə.-lara ayırıb. Ə.-lar hədislərin əsas daşıyıcıları hesab edilirlər.
Tarix terminləri lüğətiDənizlərin bir dövlətin yurisdiksiyası altında olan və bu dövlətin ərazisi sayılan hissəsi.
Ə.S., habelə onların səthi, dibi və üzərindəki hava məkanı dövlətin suverenitetində olur. 1994-cü ildə qüvvəyə minmiş “Dəniz hüququ üzrə beynəlxalq konvensiya”ya görə, Ə.S.-nın sərhədi sahil xəttindən (ən böyük su çəkilməsi nöqtəsindən) maksimum 12 dəniz mili (22,2 km) qədər aralı keçə bilər. Lakin bəzi dövlətlərin daxili qanunvericiliyi ilə Ə.S. üçün fərqli məsafə müəyyənləşdirilib (məs.: Farer adaları – 3 dəniz mili). Adətən, bir dövlətin gəmiləri digər dövlətin Ə.S.-ndan beynəlxalq konvensiyanın şərtlərinə əməl etməklə sərbəst keçmək hüququna malikdir.
Tarix terminləri lüğətiSovet hakimiyyətinin ilk illərində (1919–1921) kənd təsərrüfatı məhsulları tədarükünün yerinə yetirilməsi məqsədilə dövlət tərəfindən tətbiq edilən xüsusi tədbirlər sistemi.
Hərbi kommunizm siyasətinin elementlərindən biri olan Ə.S. şəxsi ehtiyaclar üçün müəyyən olunmuş normadan artıq bütün kənd təsərrüfatı məhsullarının məcburi qaydada aşağı qiymətlərlə dövlətə satılmasını nəzərdə tutub. Ə.S. Azərbaycanda da tətbiq olunub və bütövlükdə kənd təsərrüfatının acınacaqlı vəziyyətə düşməsinə gətirib çıxarıb. 1921-ci ildə yeni iqtisadi siyasətə keçidlə əlaqədar Ə.S. ərzaq vergisi ilə əvəzlənib.
Tarix terminləri lüğətiSovet hakimiyyəti dönəmində (1921–1923) kəndli təsərrüfatlarından alınan ərzaq sapalağını əvəzləmiş natural vergi.
Ə.V.-nin miqdarı yaz səpininə kimi hər bir kənd təsərrüfatı məhsulu üçün ayrılıqda, yerli şərait və kəndli təsərrüfatlarının rifahı nəzərə alınmaqla müəyyənləşdirilib. Ən yüksək vergi qolçomaq, ən aşağı isə yoxsul kəndli təsərrüfatlarından toplanıb. Azərbaycanda kəndlilər ağır vəziyyətdə olduqlarına görə Ə.V.-nin tətbiqinə 1922-ci ildən başlanıb. 1924-cü ildə o, eləcə də kəndlilərdən alınan digər rüsumlar ləğv edilərək pul formasında vahid kənd təsərrüfatı vergisi ilə əvəzlənib.
Tarix terminləri lüğətiər. – axtarıb tapma, qaranlıqda axtarma
Orta əsrlərdə Yaxın Şərqin bir sıra ölkələrində, o cümlədən Azərbaycanda bazarları mühafizə edən xüsusi keşikçi dəstəsi.
Ə.-in başlıca vəzifəsi gecələr bazarı mühafizə etmək olub. Ə. dəstəsinin saxlanması üçün bazarlarda ticarət və sənətkarlıqla məşğul olanlardan xüsusi vergi toplanıb.
Tarix terminləri lüğətiər. – siniflər
Orta əsrlərdə Yaxın Şərqin bir sıra ölkələrində, eləcə də Azərbaycanda sənətkarları birləşdirən sex təşkilatı.
Təşkilatın üzvləri də Ə. adlanıb. Ə.-lar haqqında ilk məlumatlara IX əsrə aid mənbələrdə rast gəlinir. Azərbaycanda dəmirçi, papaqçı, başmaqçı, dərzi və s. peşə sahiblərini birləşdirən Ə.-lar geniş yayılıb. Hər belə təşkilatın öz bayrağı olub. Ə.-ın rəhbəri üç ildən bir (nadir hallarda beş ildən bir) sənətkarlar tərəfindən seçilən ustabaşı sayılıb. Bu təşkilatların yazılı nizamnaməsi olmasa da, xüsusi idarəçilik qaydaları, yığıncaq şurası və məhkəməsi olub. XIX əsrin II yarısından Ə.-lar Azərbaycanda aradan qalxıb. Türkiyədə isə sənətkar və xırda tacirlər müasir dövrdə də Ə. adlandırılır.
Tarix terminləri lüğətiYüz ilə bərabər zaman ölçüsü.
10 əsr bir minilliyi əmələ gətirir. Daha məhdud mənada isə Ə. istənilən 100 illik zaman intervalını deyil, konkret başlanğıc nöqtədən hesablanan eyni müddəti əhatə edir. Başlanğıc nöqtə istifadə olunan təqvim əsasında müəyyənləşdirilir. Müasir dünyada ən geniş tətbiq edilən Qriqorian təqvimində başlanğıc hesablama nöqtəsi 1-ci il yanvarın 1-i hesab olunur və müvafiq qaydada I əsr – 100-cü ilin dekabr ayının 31-də bitir. Bir sıra müsəlman ölkələrində bu gün də istifadə olunan hicri təqviminə görə isə illərin başlanğıc hesablama nöqtəsi 622-ci il iyulun 16-sı sayılır.
Tarix terminləri lüğətiər. əttar – ətir və dava-dərman satan
Çeşidli bitki və otlardan müxtəlif ətirlər, həmçinin xəstəliklərin müalicəsi üçün təbii dərmanlar hazırlanması ilə məşğul olan sənət növü.
Müasir anlamda əttarlar farmakologiya və kosmetologiya ilə məşğul olublar. Ə. sənəti orta əsrlərdə Azərbaycanda geniş yayılıb. XVI əsrin ortalarında Azərbaycana səfər etmiş ingilis diplomatı və səyyahı E.Cenkinson yerli əttarların hazırladıqları müxtəlif növ dava-dərman vasitələrinin, eləcə də ətriyyatların Avropa saraylarında geniş işləndiyini və şöhrət tapdığını göstərir. XIX əsrdə Azərbaycana gəlmiş məşhur yazıçı A.Düma da yerli Ə. nümunələrinə yüksək qiymət verib.
Tarix terminləri lüğəti