Reklam
Reklam

Tarix terminləri lüğəti

əsəs

ər. – axtarıb tapma, qaranlıqda axtarma

Orta əsrlərdə Yaxın Şərqin bir sıra ölkələrində, o cümlədən Azərbaycanda bazarları mühafizə edən xüsusi keşikçi dəstəsi.

Ə.-in başlıca vəzifəsi gecələr bazarı mühafizə etmək olub. Ə. dəstəsinin saxlanması üçün bazarlarda ticarət və sənətkarlıqla məşğul olanlardan xüsusi vergi toplanıb.

Tarix terminləri lüğəti