ər. – müavin, varis
Məhəmməd peyğəmbərin vəfatından (632) sonra müsəlman icmasının dini və dünyəvi rəhbəri, eləcə də teokratik müsəlman dövlətinin (xilafətin) başçısı.
X. öncə Allahın yerdə elçisi olan Məhəmməd peyğəmbərin müavini, Əməvilər dövründən isə Allahın özünün yer üzündə nümayəndəsi hesab edilib. Lakin IX əsrdən başlayaraq X.-lər tədricən müsəlman icmasının əsas hissəsi üzərində dünyəvi hakimiyyəti itirərək sırf dini rəhbərlərə çevriliblər. Abbasilər xilafətinin süqutundan (1258) sonra isə bir çox müsəlman dövlətlərinin hökmdarları X. titulu qəbul edərək həm də bütün müsəlmanlar üzərində dini hakimiyyət iddiasında oluqlarını nümayiş etdiriblər. XVI əsrin əvvəlində Misirin fəthindən sonra X. titulunu dünya müsəlmanlarının dini rəhbəri kimi Osmanlı sultanları daşımağa başlayıblar. 1924-cü ildə Atatürk tərəfindən X.-lik ləğv edilib. Müsəlman dünyasında yeni X. seçməyə dəfələrlə cəhd göstərilsə də, bu, baş tutmayıb.
Tarix terminləri lüğətiər. – beşlik, beş vahiddən ibarət olan
1. Azərbaycanda tarixi mahal.
X., əsasən, Qarabağın dağlıq rayonlarını əhatə edib. Səfəvilər dövlətinin inzibati ərazi vahidlərindən biri olan Gəncə (Qarabağ) bəylərbəyiliyinin tabeliyindəki beş məliklik (Dizaq, Vərəndə, Çiləbörd, Gülüstan, Xaçın) ümumilikdə belə adlandırılıb.
2. İranın Fars vilayətinin şərqində yaşayan tayfa qrupu.
Bu qrup beş tayfadan ibarət olub. Onun əsasını isə oturaq həyat tərzinə keçmiş və əkinçiliklə məşğul olan türkdilli nəfər, baharlı və inanlı tayfaları təşkil edib. XIX əsrin ortalarında feodal hakimləri tərəfindən süni surətdə yaradılmış X. az sonra faktik olaraq parçalanıb.
Tarix terminləri lüğətiər. – mal
Orta əsrlərdə müsəlman ölkələrində dövlət tərəfindən əhalidən tutulan əsas torpaq vergisi.
X. termini ilk öncə fəth edilmiş qeyri-müsəlman əhalidən alınan hər cür vergi və qənimət anlamında işlədilərək cizyənin sinonimi olub. Sonralar islamı qəbul edənlərin sayı kəskin surətdə artdıqda dövlət gəlirlərinin azalması təhlükəsi yaranıb və X. dini mənsubiyyətindən asılı olmayaraq bütün torpaq sahibləri və icarədarlardan toplanmağa başlanıb. Onun iki forması olub: natura şəklində alınan müqasəma (torpağın keyfiyyəti və suvarma üsulundan asılı olaraq məhsulun 1/4, 1/3, yaxud 1/2 hissəsi) və əkin sahəsinin ölçülərinə görə pulla toplanan misah. Misah da, öz növbəsində, iki cür olub: əkin sahəsinin hər vahidi üzrə qabaqcadan müəyyən olunmuş tarif dərəcəsinə görə yığılan misah və becərilən bitkinin növünü, məhsuldarlığını, digər amilləri nəzərə almaqla hesablanan misah. XV əsrdən etibarən X. termini tədricən istifadədən çıxıb, onun ifadə etdiyi vergi növü isə malcəhət adlanmağa başlayıb.
Həmçinin bax:
Tarix terminləri lüğətiər. xəttat – gözəl xətti olan adam
Aydın, yaraşıqlı və ifadəli yazmaq sənəti; təsviri incəsənət sahələrindən biri.
Elm X.-a “işarələrin ekspressiv, harmonik və incə zövqlə tərtibatı sənəti” kimi baxır. Müsəlman Şərqində X.-ın sənət kimi formalaşması və sistemləşdirilməsi X–XII əsrlərdə baş verib. İlk öncə 6 klassik xətt növü (“klassik altılıq”) yaranıb: süls, nəsx, mühəqqəq, reyhani, toqi və rüqə. Sonralar X.-ın Şərqdə inkişafı ilə əlaqədar yeni xətt növləri (Türkiyədə divani, İranda şikəstə, Azərbaycanda nəstəliq və s.) meydana gəlib. Şərqdə böyük populyarlığa malik X.-la hətta hökmdarlar da məşğul olublar (I Şah İsmayıl, I Şah Təhmasib və b.).
Tarix terminləri lüğətiing. linear script ifadəsinin hərfi tərcüməsi
E.ə. XVIII əsrdə Krit adasında yaranmış yazı sistemi.
X.Y. e.ə. III minilliyin sonu – II minilliyin əvvəlində həmin ərazidə geniş yayılmış Krit heroqliflərinin təkmilləşdirilməsi və sadələşdirilməsi nəticəsində meydana gəlib. Əsasən, kargüzarlıqda istifadə olunan X.Y. iki inkişaf mərhələsi keçib. Birinci mərhələ – A yazısı e.ə. XVIII–XV, ikinci mərhələ – B yazısı isə e.ə. XV–XIV əsrləri əhatə edib.
Tarix terminləri lüğətilat. Chazari
Hunların yürüşündən (IV əsr) az sonra Şərqi Avropada tarixi səhnəyə çıxmış türk xalqı.
X.-in endoetnonimi olan “xəzər” sözünün etimologiyası dəqiq müəyyənləşməyib. Bu terminin “köçəri”, “minlik”, “əzmək” anlamı verməsi haqda müxtəlif rəylər var. X.-in mənşəyi də müəmmalı olaraq qalır. Onların uyğurlar, onoqurlar, sabirlər və digər türk xalqlarından törəməsi barədə entimallar irəli sürülür. İlk öncə Qərbi Xəzəryanı çöllərdə, Sulak çayı (Şimali Dağıstan) ilə Volqanın aşağı axarları arasındakı ərazidə məskunlaşmış X. VII əsrədək bir-birini əvəzləyən müxtəlif türk imperiyalarının tərkibində asılı vəziyyətdə olublar. VII əsrin ortalarında Qərbi Türk xaqanlığının süqutundan sonra isə onlar ön plana çıxaraq qüdrətli Xəzər xaqanlığının (650–969) əsasını qoyublar. Xəzər xaqanlığı Volqaboyundan və Qazaxıstanın şimal-qərbindən tutmuş Dnepr çayına kimi (Krım da daxil olmaqla) geniş əraziləri əhatə edib. Şərqi slavyan tayfalarının əksəriyyəti həmin dövrdə X.-dən asılı vəziyyətə düşüb. IX əsrin əvvəlində X. iudaizmi qəbul ediblər. X.-in dili türk dillərinin bulqar qrupuna mənsub olub. Hazırda bu, ölü dildir. Xəzər xaqanlığının süqutundan sonra X. digər türk xalqları ilə qaynayıb-qarışıblar.
Tarix terminləri lüğətiər. – qiymətli əşyaların saxlandığı yer
1. Hökmdar saraylarında, məscid və monastırlarda pul, qızıl, daş-qaş və digər maddi dəyərlərin saxlandığı yer.
2. Dövlətin maliyyə resurslarının (pul, sərvət və s. qiymətli vəsaitlərin) məcmusu.
3. Köhnə Şərq hamamlarında isti su saxlanan yer, hovuz.
4. Odlu silahlarda patron qoyulan yer.
Tarix terminləri lüğətiSüni suvarma ilə becərilən əkin sahəsi.
Azərbaycanın bəzi bölgələrində (Quba, Xaçmaz, Şirvan) çəltik əkini sahəsi X. adlanıb. Abşeronda isə, əsasən, suvarılaraq becərilən bostan sahələrinə X. deyilib. Bəzi türk xalqlarında kır (X.) daha geniş mənada – düzənlik, tarla, zəmi anlamında işlənir.
Tarix terminləri lüğətiQədim türk tayfası.
Tarixi mənbələrdə onun «harmandalu», «xarmandalu», «xərbəndəlu» kimi də adı çəkilir. XVI əsr mənbələrində X.-ın qızılbaşların tərkibinə daxil olan böyük bayat tayfasına mənsubiyyəti və Səfəvilər dövlətinin həyatında mühüm rol oynaması haqqında məlumatlar var. X.-ın bir hissəsinin XVII–XVIII əsrlərdə Azərbaycanın hüdudlarından kənara – Anadolu və İraqa köçmələri ehtimal edilir. Fətəli xanın hakimiyyəti dövründə (1758–1789) Ərdəbildən Quba xanlığına köçüb Müşkür və Şabran mahallarında məskunlaşmış 8 türk tayfasının arasında X. da olub. Masallı və Biləsuvar rayonları ərazisindəki Xırmandalı kəndlərinin adının bu tayfa ilə əlaqədar olması güman edilir.
Həmçinin bax:
Tarix terminləri lüğətiTorpağın müxtəlif şum alətləri ilə (xış, cüt, kotan və s.) becərilməsində ev heyvanlarının dartı qüvvəsindən istifadəyə əsaslanan əkinçilik növü.
Erkən Tunc dövründə (e.ə. IV minilliyin sonu – III minilliyin əvvəli) meydana gəlmiş X.Ə. əl əməyinə əsaslanan toxa əkinçiliyini əvəzləməklə məhsuldarlığın kəskin artması ilə nəticələnib. X.Ə. dünyanın əksər bölgələri üçün səciyyəvi olub. Yalnız Amerika, Afrikanın tropik hissəsi və Okeaniyada avropalılarla ünsiyyətə qədər X.Ə. olmayıb.
Tarix terminləri lüğətiər. xəlifə – müavin, varis
Müsəlmanlarda islamın dəyişməz prinsiplərinə əsaslanan teokratik dövlət-hüquq sistemi, habelə xəlifələrin başçılıq etdikləri müsəlman dövlətlərinin tarixi ədəbiyyatda adı.
VII əsrin əvvəllərində Qərbi Ərəbistanda Məhəmməd peyğəmbərin təşkil etdiyi müsəlman icması (ümmət) X.-in özəyi olub. Sonralar ərəb istilaları nəticəsində X. Pireney yarımadasından tutmuş Hindistan sərhədlərinə qədər uzanan böyük bir imperiyaya çevrilib. Əməvilər (661–750) və Abbasilər (750–1258) zamanı X. özünün ən qüdrətli dövrünü yaşayıb. 1258-ci ildə Hülakülərin hücumu ilə Abbasilər X.-i ayrı-ayrı dövlətlərə parçalanıb. Türklər 1517-ci ildə Misiri tutduqdan sonra Abbasilərin Qahirədəki sonuncu nümayəndəsi xəlifə titulunu Osmanlı sultanına verməyə məcbur olub. 1924-cü ilin martında Türkiyədə X. rəsmən ləğv edilib.
Tarix terminləri lüğətiçin. qìdān
Orta əsrlərdə indiki Daxili Monqolustan, Monqolustan və Mancuriya ərazisində məskunlaşmış monqol tayfaları.
İlk dəfə onların adı IV əsr qaynaqlarında çəkilir. X. (hitaylar) 907–1125-ci illərdə Yapon dənizindən Şimali Türküstana kimi uzanan Lyao dövlətinin yaradıcıları olublar. Həmin dövlətin süqutundan sonra X.-ın bir hissəsi (qaraxitaylar, qarahitaylar) Orta Asiyaya köçüb.
Tarix terminləri lüğəti