Reklam
Reklam

Tarix terminləri lüğəti

xır

Süni suvarma ilə becərilən əkin sahəsi.

Azərbaycanın bəzi bölgələrində (Quba, Xaçmaz, Şirvan) çəltik əkini sahəsi X. adlanıb. Abşeronda isə, əsasən, suvarılaraq becərilən bostan sahələrinə X. deyilib. Bəzi türk xalqlarında kır (X.) daha geniş mənada – düzənlik, tarla, zəmi anlamında işlənir.

Tarix terminləri lüğəti