fr. Jacquerie
1358-ci ildə Fransada kəndli üsyanı.
Zadəganlar o zaman kəndliləri təhqiramiz şəkildə “sadəlövh Jak” (Jacques Bonhomme) adlandırıblar. Üsyanın adı buradan götürülüb. Fransa tarixində ən böyük kəndli üsyanı sayılan J.Ü.-nın əsas səbəbləri Yüzillik müharibə nəticəsində ölkədə hökm sürən iqtisadi tənəzzül və dağıntılar, vergi yükünün kəskin artması, eləcə də əhalinin təxminən yarısının həyatına son qoymuş dəhşətli vəba epidemiyası olub. Üsyanın başlanmasına isə kral əsgərlərinin Paris ətrafındakı kəndlərdə törətdiyi kütləvi qarətlər təkan verib. Gilyom Kalın başçılıq etdiyi J.Ü. amansızlıqla yatırılıb, 20 minə yaxın üsyançı edam edilib.
Tarix terminləri lüğətifr. gendarmerie < gens – insanlar + armes – silah
Polisin tərkibində hərbiləşdirilmiş xüsusi birləşmə.
İlk öncə XIII–XVII əsrlərdə fransız krallarının ağır silahlı atlı cəngavərlərdən ibarət qvardiyası belə adlanıb. Müasir anlamda isə termin XVIII əsrin sonlarından, 1791-ci ildə Fransanın inqilabi hökuməti orduda və ölkənin daxilində mühafizə funksiyasını yerinə yetirən jandarm korpusu yaratdığı vaxtdan işlədilir. Hazırda hərbi polis funksiyası daşıyan J.-lar Fransa, Argentina, Türkiyə və s. ölkələrdə var. Rusiyada 1827–1917-ci illərdə mövcud olmuş J. isə çarizmin siyasi rəqiblərinə qarşı cəza aparatı kimi fəaliyyət göstərib.
Tarix terminləri lüğətimac. zseller – hərfi mənası: sakin
Feodal Macarıstanında təhkimli kəndli kateqoriyası.
Onlara inkvilinlər də deyilib. J.-in bir qismi əkib-becərdikləri torpaq sahəsinin təxminən 1/8-i həcmində paya malik olub. Əksər hallarda isə ümumiyyətlə torpaqsız J. mülkədarın təsərrüfatında biyar yerinə yetiriblər və 1848-ci ildə Macarıstanda təhkimçilik hüququnun ləğvinə kimi mövcud olublar. Sonralar Macarıstanda kənd təsərrüfatında çalışan muzdlu fəhlələri də J. adlandırıblar.
Tarix terminləri lüğətiKonventin əks-inqilabi siyasətinə qarşı parislilərin xalq üsyanı.
Bu üsyan respublikanın üçüncü ilində, jerminal ayının 12-də (1795, 1 aprel) baş verdiyi üçün belə adlanır. Üsyançılar yakobin konstitusiyasının (1793) tətbiqini, həbs edilmiş demokratların azad olunmasını, ərzaq möhtəkirliyinə son qoyulmasını tələb ediblər. J.Ü. bir gündən sonra yatırılıb.
Tarix terminləri lüğətiBöyük Fransa inqilabı dövründə mötədil respublikaçılardan ibarət siyasi qruplaşma.
J.-in əsasını ticarət-sənaye və kənd təsərrüfatı burjuaziyasının nümayəndələri təşkil edib, liderlərinin əksəriyyəti (J.Brisso, P.Vernyo, J.Kondorse və d.) Jironda departamentindən (mərkəzi – Bordo şəhəri) olduğu üçün sonralar tarixçilər onları belə adlandırıb. J. 1792-ci ilin avqustunda yakobinçilərlə birlikdə monarxiyanı devirərək hakimiyyətə gəliblər. Lakin az sonra onların arasında ciddi fikir ayrılıqları yaranıb və 1793-cü il 31 may – 2 iyun xalq üsyanı nəticəsində J. hakimiyyətdən getməli olublar. 1793-cü ilin yayında yakobin hökumətinə qarşı qiyam qaldırmaq cəhdləri iflasa uğradıqdan sonra J.-lərin bir hissəsi həbs olunaraq edam edilib. 1794-cü il Termidor çevrilişindən sonra bəraət alan J. ən qatı əks-inqilabi qüvvələrdən birinə çevriliblər.
Tarix terminləri lüğətiQədim Litva tayfası.
Sonralar Litva xalqının tərkibinə daxil olmuş J. özlərini “jemayçyay”, yaşadıqları ərazini isə “Jemaytiya” adlandırıblar, XIII–XIV əsrlərdə Tevton ordeninə qarşı mübarizə aparsalar da, son nəticədə məğlubiyyətə uğrayıblar. Tevton ordeni Qrünvald döyüşündə (1410) darmadağın edildikdən sonra J. birdəfəlik 1422-ci ildə Böyük Litva knyazlığının tərkibinə daxil olublar, lakin XX əsrin əvvəllərinədək öz adət-ənənələri ilə Litvanın qalan əhalisindən fərqləniblər.
Tarix terminləri lüğətiErkən orta əsrlərdə Qərbi Mancuriya, Monqolustan və Türküstan çöllərində məskunlaşmış köçəri tayfalar ittifaqı.
Tayfanın adı bir neçə variantda mövcuddur: juan-juanlar, joujanlar, jujular. J. etnonimi ilk dəfə III əsr Çin mənbələrində qeydə alınıb. Onların dövlətinin ən qüdrətli dövrü 402–411-ci illər hesab olunur. VI əsrin ortalarında J. türklərə məğlub olduqdan sonra bu dövlət Mərkəzi Asiyanın siyasi xəritəsindən silinib. J.-ın bir hissəsi türklər tərəfindən assimilyasiya olunub, digər hissəsi isə Qərbə doğru hərəkət edərək IX əsrədək Dunay çayının orta axarındakı ərazilərdə yaşayıb. Bu tayfaların etnik mənsubiyyət məsələsi mübahisəli olaraq qalır. Bəziləri J.-ı monqollar, digərləri isə hunlarla əlaqələndirir. Əksər tədqiqatçılar isə VI əsrin ortalarında Mərkəzi Asiyada yoxa çıxmış J.-la elə həmin dövrdə Avropada peyda olmuş avarları eyniləşdirirlər.
Tarix terminləri lüğətirum. junimiştii < junimea – gənclik
1871–1907-ci illərdə Rumıniyada mühafizəkar siyasi qruplaşma.
Termin 1863-cü ildən fəaliyyət göstərən “Junimea” ədəbi birliyinin adından yaranıb: J.-ın liderləri (T.Mayoresku, P.Karp və başqaları) həmin cəmiyyətin üzvü olublar. Qruplaşmanın əsasını iri feodal torpaq sahibləri təşkil etsələr də, Rumıniyanın kənd təsərrüfatının kapitalizm yolu ilə inkişafında onun müəyyən xidmətləri olub. 1907-ci ildə J. Rumıniya mühafizəkarlar partiyası ilə birləşiblər.
Tarix terminləri lüğətiqazax. jüz – ittifaq, çox vaxt omonimiyaya görə səhvən “yüz” kimi tərcümə olunur
Qazaxların tarixən formalaşmış tayfa birlikləri.
Şərq qaynaqlarında J. haqqında ilk məlumatlara XVII əsrin ortalarında rast gəlinir. Lakin J.-ların yaranma vaxtı və səbəbləri, eləcə də daxili strukturu barədə tədqiqatçılar bu günə kimi yekdil fikrə gələ bilməyiblər. Qazax tarixçisi Ç.Vəlixanovun fikrincə, Qızıl Ordanın süqutu dövründə qazaxlar geniş otlaq sahələrini əldə saxlamaq məqsədilə bü tip böyük tayfa ittifaqları yaradıblar. Rus şərqşünası V.Bartold J.-un yaranmasını coğrafi amillərlə əlaqələndirir. Qazax türkoloqu S.Amanjolov isə J.-ların hələ X–XII əsrlərdə meydana gəldiyini göstərir. Cəmi 3 J. – Böyük J., Orta J. və Kiçik J. mövcud olub.
Həmçinin bax:
Tarix terminləri lüğətiisp. caballeros – cənablar
İspaniyada zadəgan nümayəndələri; erkən Rekonkista dövründə müharibədə iştirak etmək üçün öz hesabına at və silah alan süvari döyüşçülər.
Sonralar bu termin korteslər və digər rəsmi qurumların sənədlərində hidalqo ilə eyni mənada işlənib.
Tarix terminləri lüğətiyun. kabballah – rəvayət
İudaizmdə dualar, xüsusi rituallar və magiyanın köməyi ilə insanın ilahi-kosmik prosesə fəal müdaxilə edə biləcəyinə inama əsaslanan mistik təlim.
Kökləri qədim dövrlərə gedib çıxan K. XII əsrdə formalaşıb, XVI əsrdə isə geniş yayılıb. İlahi mahiyyətin dərinliklərinə nüfuz etməyə çalışan K. həmçinin rəqəmlərin müxtəlif kombinasiyalarına və yəhudi əlifbasının hərflərinə gizli məna daşıyan mistik kod və şifrlər kimi baxır. K. xristianlıq və islamda da geniş yayılıb.
Tarix terminləri lüğətifr. cadet – kiçik, balaca
1. Feodal Fransasında və Prussiyada əsgər rütbəli gənc zadəgan, habelə feodal əyanının hərbi xidmətə çağırılmış övladı.
2. Çar Rusiyasında və bir sıra digər dövlətlərdə imtiyazlı kadet korpusunun yetirməsi.
3. Avstriya-Macarıstan ordusunda 1914-cü ilədək hərbi rütbə.
4. XX əsrin sonlarında bir çox xarici dövlətlərdə (ABŞ, Fransa və s.) hərbi təhsil müəssisəsinin kursantı.
Tarix terminləri lüğəti