Balıqlarda müvazinət orqanı.
Ü.Q. tənəffüsə də kömək edir. Ü.Q. bir çox balıqlarda kisəşəkilli olub hidrostatik orqandır. Ü.Q. balığın suyun müxtəif dərinliklərə enib-qalxmasını təmin edir: sıxıldıqda balığın xüsusi çəkisi artır və balıq suyun dərin qatlarına enir; genişləndikdə isə balığın xüsusi çəkisi artdığına görə balıq suyun üst qatlarına qalxır.
Biologiya terminlərinin izahlı lüğətilat. vitis
Üzümkimilər fəsiləsinə aid bitki cinsi.
Gövdəsi 30-40 m uzanan lianlardır (dırmaşan gövdəli). Giləmeyvələri şirindir. Ü. tənəklərdə bitir. Ü. şirəsində çoxlu miqdarda qlükoza və fruktoza var. Ü.-mün çoxlu sayda növləri, o cümlədən tumsuz kişmiş növü də məlumdur. Azərbaycanda 3 növü – becərilən Ü. cır Ü. və meşə Ü.-ü yayılmışdır. Ü. üzüm tənəyi də adlandırılır.
Biologiya terminlərinin izahlı lüğətiTərkibində üzvi birləşmələr formasında qidalı maddələr olan bitki və heyvan mənşəli gübrələr.
Ü.G.-in müntəzəm verilməsi torpağın fiziki-kimyəvi və kimyəvi xassələrini, onun su və hava rejimini yaxşılaşdırır, faydalı mikroorqanizmlərin (azotfiksə edən bakteriyalar, ammonifikatorlar və s.) həyat fəaliyyətini aktivləşdirir.
Biologiya terminlərinin izahlı lüğətiHumin gübrələri.
Tərkibində üzvi maddə və ya kimyəvi, yaxud adsorbsiyalı mineral birləşmələr olan gübrələr. Ü.M.G.-in tərkibi və adı müxtəlif olur – huymofos, humofoska, torflu ammonyaklı gübrələr, torflu-minerallı-ammonyaklı gübrələr və s.
Biologiya terminlərinin izahlı lüğəti