yun. a – inkaredici hissəcik, bios – həyat, genezis – yaranma, əmələgəlmə
1. Təkamül nəticəsində canlının cansızdan yaranması prosesidir. □ Həyatın əmələ gəlməsi haqqında Oparin nəzəriyyəsi bu prosesi əks etdirir.
2. Canlı təbiətə xas olan üzvi maddələrin fermentlərinin iştirakı olmadan üzvi maddələrin kimyəvi yolla əmələ gəlməsi. □ İnsulin hormonunun süni yolla sintezi.
Biologiya terminlərinin izahlı lüğəti1. Dəyişilmiş mühit şəraitinə oqranizmlərdə yaranmış uyğunlaşma.
Proses nəticəsində canlı yaşama optimumu seçə bilir. A. orqanizmlərin mühitə uyğunlaşmasının nisbiliyinin göstəricidir.
2. A. müəyyən bir dada qarşı oyanma nəticəsində beynə verilən impulsların qeyd olunmasının itməsi (0,1 san). □ Həddən artıq şor yaxud, turş qidanın təsirilə baş ola bilər.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiyun. “adenozin” – dəmir
Adenozindifosfat turşusu.
Reaksiyalarda ATF-dən əmələ gəlir, hüceyrədə enerji daşıyıcısı rolunu oynayır, bütün energetik mübadilələrdə iştirak edir. ADF-də makroergik rabitə enerjisi 40 kc-dur. Ortofosfat turşusu ilə birləşməsi nəticəsində yüksək enerjili ATF-ə çevrilir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiBuğumayaqlılar tipi, cücülər sinfi nümayəndəsi.
Müxtəlif böyüklükdə olur. Ən böyüyü 6 sm., ən kiçiyi isə 1-3 sm-dir. Qanadları torşəkillidir. Yaşıl, bozumtul, açıq-qəhvəyi və s. Rənglərdə olur. Bədəni uzunsov, başı sərbəstdir. Hər tərəfə fırlana bilir. Ön ayaqları tutucu, ağzı gəmiricidir. Yırtıcıdır. Milçək, ağcaqanad, çəyirtkə, şala, kiçik kəpənək, arı və minicilərlə qidalanır.
Biologiya terminlərinin izahlı lüğətilat. “ad+renalis” – böyrək
Böyrəküstü vəzin beyin qatında yaranan hormon.
Maddələr mübadiləsini tənzim edir. Qana ifraz olunması ürəyin ritmik yığılmalarını artırır. Qaraciyərdə qlikogen ehtiyatı şəklində saxlanılan şəkəri normal şəkərə (qlükoza) hidroliz etdirib porsiyalarla qana ötürür (0,08-0,12% şəkər normasında). İnsan qorxduqda, həyəcanlandıqda və müxtəlif ekstremal anlarda ürək döyüntülərinin anidən artmasının səbəbi qana adrenalinin sürətlə ifraz olunmasıdır.
Biologiya terminlərinin izahlı lüğətiBöyrəküstü vəzin cinsi yetişkənlikdə iştiraketmə müddəti.
Bu dövr böyrəküstü vəzin az effektli androgenlərinin sintezinin və sekresiyasının çoxalması ilə xarakterizə olunur. Bu dövr insanda ikinci cinsi əlamətlərin əmələ gəlməsi dövrüdür (oğlanlarda səsin gurlaşması, bığ və saqqalın çıxması; qızlarda səsin incəlməsi, süd vəzilərinin böyüməsi və qasıq nahiyədə tük örtüyünün sıxlaşması).
Biologiya terminlərinin izahlı lüğətilat. “adventikus” – təsadüfən
Embrional toxumanın böyümə nöqtəsindən deyil, bitkilərin nisbətən köhnəlmiş hissələrindən əmələ gələn və qeyri-adi yerlərdə inkişaf edən orqanlar.
Məsələn: köklərdə, yarpaqlarda, budaqların düyünarasında olan əlavə tumurcuqlar; gövdə və yarpaqlarda olan əlavə köklər).
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiyun. “aer” – hava və “ponos” – iş
Köklərini mütəmadi olaraq qida məhlulu ilə çiləməklə bitkilərin rütubətli şəraitdə torpaqsız becərilməsi.
Prinsipcə hidroponika ilə uyğun bir prosesdir. Elmi-tədqiqat müəssisələrində bu proses su kulturası şəraitində (akvarium formasında) aparılır.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiMəməlilər sinfi, yırtıcılar dəstəsi, ayılar fəsiləsi nümayəndəsi.
Ən böyük yırtıcı. Onun uzunluğu 3 m-ə, çəkisi isə 800 kq-a çatır. Yerdən belinə qədər 160 sm-ə qədər olur. Üzən və bitişik buzlar üzərində məskunlaşır. Ağ ayının yemi nerpa, şimal dovşanı, morj və s. məməli heyvanlardır. Balalarını südlə bəsləyir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəti