lat. castanea
İkiləpəlilər sinfinin fıstıqkimilər fəsiləsindən ağac cinsi.
Hündürlüyü 30-35 m-ə çatan uzunömürlü ağaclardır. Dünyada 14 növü yayılmışdır. zərbaycan florasında 1 növü – adi Ş. yayılmışdır. Əsasən, Balakən, Zaqatala, Oğuz, Qəbələ və Böyük Qafqaz dağlarının Cənub yamaclarında yerləşən bölgələrin meşələrində 1000 m-dək yüksəkliklərdə bitir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətilat. persica
İkiləpəlilər sinfinin gülçiçəklilər fəsiləsindən bitki cinsi.
Hündürlüyü 8 m-ə çatan ağaclardır. Vətəni Cənub-Şərqi Asiya və Çindir. 5 növü məlumdur: adi Ş., qansun Ş.-sı, davud Ş.-sı, potanin Ş.-sı və qəribə Ş. Azərbaycanda Ş.-nın bir sıra növ və sortları (“Qazağı”, “Qacari”, “Fədai”, “Gərdi”, “Nektarin” və s.) becərilir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiQuşlar sinfinə aid olan ailə.
Ş.-ə Antarktida və bəzi adalar istisna olmaqla, hər yerə yayılmış 60-a yaxın növ daxildir. Əksər növlərin dimdiyinin üzəri əlavə dişciklərlə təchiz olunmuşdur. Qanadları uzun və ensizdir. Bu onların çox hündürdə uçmasına dəlalət edir. Ş.-in bir qismi kiçik məməlilərlə, digər qismi havada quşları tutmaqla, üçüncüsü ilan və kərtənkələ tutmaqla, dördüncüsü kütlə içərisindən böyük ölçülü həşəratları tutmaqla, beşincisi bütün hər bir şeylə qidalanırlar. Yuvalarını ağaclarda qurmurlar. Çoxalma üçün özgə yuvalarını zəbt edir, həmçinin qayalıqda, torpaqda və insanların yaratdıqları tikililərdə yuva qururlar.
Biologiya terminlərinin izahlı lüğəti