yun. “phyllodos” – yarpaqşəkilli
Saplağın enliləşərək yarpağaoxşar forma alması.
yun. phyllophor
Qırmızı yosun cinsi.
19 növü əhatə edir. Əsasən soyuq və mülayim dənizlərdə yayılmışdır.
yun. “phile” – nəsil, cins, qəbilə; “genesis” – mənşə
Orqanizmlərin tarixi inkişaf prosesi.
Termin kimi ilk dəfə 1866-cı ildə alman alimi Ernest Hekkel tərəfindən işlədilmişdir.
yun. “phyllon” – yarpaq; “klados” – zoğ, budaq
Yarpaq funksiyası daşıyan şəklini dəyişmiş zoğlar.
lat. phylloxeridae
Bərabərqanadlı xortumlular dəstəsinin mənənələr yarımdəstəsinin fəsiləsi.
Nümayəndələrinin bədəninin uzunluğu 0,5-1 mm-dək olur. Dünyada 60 növü əhatə edən 12 cinsi məlumdur. Azərbaycanda isə 1 növü – tənək F.-ı yayılmışdır.
lat. monstera
Danaayağı fəsiləsindən bitki növü.
Təbii halda tropik ot bitkisidir. Çox zaman ev şəraitində dibçək bitkisi kimi becərilir.
lat. phyllomedusa
Quyruqsuzlar dəstəsinin ağac qurbağaları fəsiləsindən suda-quruda yaşayan heyvan cinsi.
Bədəninin uzunluğu 6 sm-dir. 30 növü əhatə edir. Vətəni mərkəzi və cənubi Amerikadır.
Parazit həlqəvi qurd olan filyarilərin insan və heyvanlarda törətdiyi qurd xəstəliyi.
Əsasən uçan həşərat vasitəsi ilə yayılır. Azərbaycanda təsadüf olunmur.
Həmçinin bax:
lat. filariidae
Həlqəvi qurdlar tipinin fəsiləsi.
380 növü əhatə edən 80 cinsi vardır. Uzunluğu 45 sm-ə çatır. Afrika tropiklərində yayılmışdır. İnsan və heyvanlarda parazitlik edərək filyariatoz xəstəliyini yayır.
Lentşəkilli qurdların sürfə mərhələsində (sistiserk) insan və məməli heyvanlarda əmələ gətirdiyi xəstəlik.
lat. lobeliaceae
Asterid yarımsinfinin zəngçiçəklilər sırasından ikiləpəli bitki fəsiləsi.
lat. numididae
Toyuqkimilər dəstəsindən quş fəsiləsi.
7 növü və 4 cinsi əhatə edir. Bədəninin uzunluğu 30-70 sm, çəkisi 1.8-2,0 kq olur.
lat. grassularia
Daşdələnçiçəklilər sırasının rus alçasıkimilər fəsiləsindən ikiləpəli bitki cinsi.
Kollardır. Dünyada 50-dən çox növü vardır. Azərbaycanda isə 1 növü – rus alçası becərilir.
yun. “phyton” – bitki; “phagos” – yeyən
Yalnız bitkilərlə qidalanan heyvanlar.
yun. “phyton” – bitki; “phainomena” – hadisə; “logos” – elm
Təbiətin mövsüm dəyişikliklərinin bitkilərə təsiri haqqında elm.