Xordalılar tipinin kəlləsizlər yarımtipinə aid olan sinif.
N. sadə quruluşa malik olan kiçik, balığaoxşar dəniz heyvanlarıdır. Bədəninin hər iki ucu sivri neştər kimi olduğu üçün belə adlanır. N. haqqında ilk dəfə 1774-cü ildə görkəmli zooloq Pallas tərəfindən məlumat verilmişdir. N. mikroskopik orqanizmlərlə qidalanır. Başı yoxdur. Bədənin ön tərəfində yerləşən 100 cüt qəlsəmi sahilə yaxın yerlərdə qumun içərisinə sancılmaqla passiv həyat tərzi keçirir.
Biologiya terminlərinin izahlı lüğəti