lat. nemertini
Heyvanlar aləminin tipi.
Yastı qurdlara daha çox oxşasa da, quruluş xüsusiyyətlərinə görə təkamül nöqteyi-nəzərdən onlardan yuxarıda dayanırlar. Uzunluğu bir neçə millimetrdən 2 m-ə qədər olur. 1000-dək növü, 110 cinsdə birləşmişdir. Yalnız 1 sinfi əhatə edir. Əsasən okean və dənizlərdə sərbəst, parazit və simbioz həyat keçirirlər. Xəzər dənizində 1 növü aşkar edilmişdir.
Biologiya terminlərinin izahlı lüğəti