Cücülər sinfinin torqanadlılar dəstəsinə aid olan növ.
Bədəni və qanadları yaşıl, gözləri qızıl rəngindədir. Qanadları tül kimi kiçik tor şəklindədir. Yumurtasını yarpaq üzərində nazik sütuncuqların ucuna yapışdırır. Sürfəsi yırtıcıdır. Mənənə, tor gənəcikləri və kiçik tırtıllarla qidalanır.
Biologiya terminlərinin izahlı lüğətilat. phoenicopteri
Quşlar sinfinin dəstələrindən biri.
Bədəninin uzunluğu 100-120 sm-ə, çəkisi 3,1-4,3 kq-a çatan su quşlarıdır. Cənub-Qərbi Avropa, Asiya, Afrika, Mərkəzi və Cənubi Amerikada yaşayan 6 növü məlumdur. 1 fəsiləni və 3 cinsi əhatə edir. Azərbaycanda Qızılağac körfəzində bir növü (Avropa qızılqazı).
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiYavaş böyüyən uzunömürlü dekorativ bitki.
Şux yarpaqları 15-25 sm uzunluğunda olur və sıra ilə düzülür. Yarpaqların əsasları bir-birinə çox yaxın yerləşir və bir-birinin üzərini örtür. Buna görədə onlar ilk baxışda sanki bir yuvada yerləşmiş kimi görünürlər. Q.-ın sürünən gövdələri torpağın üstündə yerləşir. Bitkinin torpağı həmişə nəm olmalıdır. Q.-ı həddindən artıq sulamaq olmaz. Ümumiyyətlə bitki uzun müddət sulu qalmamalıdır. Sulamaq üçün ən uyğun vaxt səhərdir. Bitkinin tərkibində olan bioloji maddələr bir çox infeksiyalarla mübarizə aparmağa qadirdir və ən əsas imuniteti gücləndirə bilir. Q. bir neçə müalicəvi xüsusiyyətə malikdir: həzmi, qan dövranını və tənəffüsü normallaşdırır. İnsanlar soyuqdəymə zamanı dəmləməsindən istifadə edir.
Biologiya terminlərinin izahlı lüğətiHeyvani nişasta.
Qanda olan qlükozanın artığının mürəkkəb karbohidrata çevrilib qaraciyərdə ehtiyat halında saxlanması ilə yaranır. Orqanizmin hüceyrələrinə lazım olduqda fermentlərin təsirilə Q. qlükozaya çevrilir, qana daxil olur və enerji mənbəyi kimi istifadə olunur.
Biologiya terminlərinin izahlı lüğətiMəməlilər sinfinin yırtıcılar dəstəsinin ayılar fəsiləsindən növ.
Ən böyük ayıdır. Alyaska və Kamçatkada yaşayırlar. Çəkisi 300 kq-dan çoxdur. Avropa Q.A.-nın uzunluğu adətən 1,2-2 m, yerdən kürəyinə qədər olan hündürlüyü 1 m-dir. Q.A. hər şey yesə də, yeminin 3/4 hissəsini giləmeyvə, qoz, kök, çiyələk və otların zoğu təşkil edir.
Biologiya terminlərinin izahlı lüğəti