Məməlilər sinfinə cütdırnaqlılar dəstəsindən növ.
Erkəklərinin bədəninin uzunluğu 3 m-ə, yerdən yalına qədər 2,3 m-ə, quyruğunun uzunluğu 12-13 sm-ə, kütləsi 360-600 kq-a qədərdir. Dişiləri kiçik olur. S.-lar müxtəlif meşələrdə, düzən çaylarının və göllərin sahilindəki söyüdlüklərdə, meşə tundrada məskunlaşmışlar.
Biologiya terminlərinin izahlı lüğətiQuşlar sinfinin sərçəkimilər dəstəsindən növ.
S. böyük quş olmayıb uzunluğu 230 mm, çəkisi 75 qramdır. Dimdiyi iti və uzundur. Azacıq əyridir. Quyruğu qısadır. Adi S. Avropada Cənub-qərbi Sibirdə, Orta və Ön Asiyada, həmçinin Şimali Afrikada yayılmışdır. Müxtəlif yerlərdə yuva qururlar. Sığırçınlar adətən yerdə qidalanırlar.
Biologiya terminlərinin izahlı lüğətiToyuqkimilərə aid olan növ.
Toyuqkimilərin ən böyüklərindən biri olub, hind quşu boydadır. Erkəklərinin çəkisi 3,5-6,5 kq-a, dişilərinin çəkisi isə 1,7-2,3 kq-a qədərdir. Çox yöndəmsiz və qorxaq quşdur. Yerişi cəlddir. Yem axtararkən tez-tez yerdə qaçır. Uçuşu ağır və səs-küylüdür. Meşə üzərində uçur. S.X.-nun yayılma oblastı Skandinaviya yarımadası, Britaniya adaları və Pirineydən Baykal gölü və Lena çayı sahillərindəki iynəyarpaqlı və enliyarpaqlı meşələrdir. S.X. qiymətli ov quşudur.
Biologiya terminlərinin izahlı lüğəti