yun. “autos” – özü, “trofia” – qida, qidalanma
Yaşamaları üçün gərəkli olan enerjini özləri hazırlayan orqanizmlər.
Əksəriyyət yaşıl bitkilər fotosintez prosesi sayəsində günəş enerjisi, xlorofil, günəş enerjisi və sudan istifadə edərək qeyri-üzvi maddələrdən üzvi maddələr hazırlamaqla A. qidalanır. Bakteriyaların bir çoxu isə üzvi və qeyri-üzvi maddələrin rabitə enerjisindən istifadə edərək A. qidalanır.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiyun. “automatos” – özü fəaliyyət göstərən
Onurğalı heyvanların və insanın sinir sisteminin bir hissəsi.
Əsasən tənəffüs, həzm, ifrazat, qan dövranının fəaliyyətini, orqanizmdə maddələr mübadiləsini və bütün toxumaların finksional vəziyyətini təmin edir. A.S.S.-nin 2 şöbəsi var: simpatik və parasimpatik.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiİki (və ya üç) sahibli parazitin cinsi yetkinliyə çatdığı və cinsi üsulla çoxaldığı orqanizm.
Məsələn, öküz soliterinin A.S.-i insan, aralıq sahibi qaramaldır; liqulanın (qayış qurdu) A.S.-i qağayı, birinci aralıq sahibi ibtidai xərçənglər, ikinci aralıq sahibi isə balıqlardır.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətimola
Bitişikçənəlilər dəstəsindən balıq.
Gövdəsi yanlardan çox basıqdır, quyruğu yoxdur. Bel və anal üzgəcləri çox uzun, arxa üzgəci qısadır. Yetkin A.B.-ın uzunluğu 20 m-dən çox, çəkisi isə 1000 kq-a qədər olur. Kütləvi kürüləyən balıqdır. Subtropik qurşaq dənizlərində yaşayır. Xırda balıq, xərçəng və molyuskalarla qidalanır.
Biologiya terminlərinin izahlı lüğətidaubentonia madagascariensis
Yarımmeymunlar (lemurlar) yarımdəstəsindən məməli heyvan.
Madaqaskar adasının şərq hissəsindəki sıx meşələrdə yaşayır. Boyu 40 sm, quyruğu 60 sm-dir. Xəzi tünd qonur, qulaqları və gözləri iri, dal ayaqları qabaq ayaqlarından uzundur. 18 dişi olur. Meyvə və həşaratla qidalanır. Bir bala doğur.
Biologiya terminlərinin izahlı lüğətiagrimonia
Gülçiçəklilər fəsiləsindən çoxillik bitki cinsi.
10 növü məlumdur. Şimal yarımkürəsində çox bitir. Qafqazda 3, Azərbaycanda 1 növü var. Gövdəsi 50-150 sm hündürlükdə, tüklü, yarpaqları tək lələkvaridir. Çiçəkləri ikicinsli, sünbülvari salxımda toplanmışdır. Ləçəkləri sarıdır. Yarpaqlarında 5%-ə qədər aşı maddəsi var.
Biologiya terminlərinin izahlı lüğətiursidae
Yırtıcı məməli heyvanlar dəstəsinin bir fəsiləsi.
Uzunluğu 3 m-ə qədər, çəkisi 700 kq-a qədər olur. Başı uzunsov, qulaqları və gözləri kiçik, quyruğu qısadır. Pəncəsi iri, beş barmaqlı yastıdabandır. Əksər növləri meşələrdə yaşayır. Növündən asılı olaraq bitki, meyvə, həşərat, suiti və s. yeyir. 1-5 bala doğur, 50 ilə qədər yaşayır.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətizelkova
Qarağackimilər fəsiləsindən yarpağını tökən bitki cinsi.
Hündürlüyü 40 m-ə qədər, qabığı hamar və tünd bozdur. Yarpaqları növbəli , çiçəkləri xırda ikicinsiyyətlidir. Meyvəsi fındıqcıqdır. A. relikt bitkidir. Azərbaycanda 1 növü bitir. Tezböyüyən dekorativ bitkidir.
Biologiya terminlərinin izahlı lüğətiamygdalus
Gülçiçəklilər fəsiləsindən ağac cinsi.
Təqribən 40 növü var. Mil kökləri torpağın dərin qatlarına gedir. Yarpaqları növbə ilə düzülür, çiçəkləri ağ, yaxud çəhrayı, beşləçəklidir. Çarpaz tozlanır. Meyvəsinin ləpəsində amiqdalin qlükozidi, quru ləpəsində 6% su, 21% azotlu və 13% azotsuz maddə, 54% yağ, 4% sellüloza, 2% kül var. Göz calağı ilə çoxaldılması daha geniş yayılmışdır. Çalaqaltı olaraq şaftalı, gavalı və alçadan istifadə edilir. Meyvəsi yeyilir.
Biologiya terminlərinin izahlı lüğəti