Orqanizmlərin tərkibində bioloji əhəmiyyətli çox rastlanan kimyəvi elementlər.
B.E.-dən 4-ü – oksigen, karbon, hidrogen və azot 98% təşkil edir. 8 element – kalium, natrium, kalsium, maqnezium, fosfor, kükürd, xlor və dəmir 1,9% təşkil edir. Elementlərin dövri sistemində olan və canlı orqanizmlərdə yerdə qalan digər elementlərin yayılması ümumilikdə 0,1% təşkil edir.
Biologiya terminlərinin izahlı lüğətiyun. “bios” – canlı, “geo” – yer, “senos” – birlik, “loqos” – elm
Canlıların yaşadığı mühitlə birlikdə yaratdığı təbii qruplaşmasını kompleks öyrənən elm sahəsi.
Banisi V.N.Sukaçovdur. B.-nın əsas vəzifəsi biogeosenozu təşkil edən komponentlərin quruluşunu, xassələrini, funksiyalarını tədqiq etmək; ekosistemdə baş verən dəyişiklikləri, kənar və daxili enerji axınını, maddələr mübadiləsinin intensivliyini və bioloji məhsuldarlığı öyrənməkdir.
Biologiya terminlərinin izahlı lüğətiHeyvan səslərini və onların səs vasitəsilə bir-biri ilə əlaqəsini öyrənən biologiya sahəsi.
B. heyvanların ekologiya və etologiyası, səs siqnalları verən və alan orqanların morfologiya və fiziologiyası, eləcə də akustika ilə sıx əlaqədardır. B.-dan həmçinin heyvanları məhv etmək istəmədikdə, onlara süni səslə təsir edilir.
Biologiya terminlərinin izahlı lüğətiyun. “bios” – həyat və “loqos” – elm, təlim
Canlı təbiət haqqında elmlər kompleksi.
Müasir dövrdə B.-nın botanika, zoologiya, insan və heyvan fiziologiyası, sitologiya, histologiya, mikrobiologiya, genetika, embriologiya və s. elm sahələrinə ayrılır.
B. elminin digər təbiət və texniki elmlərlə sintezindən yaranan elmlər – bionika (texnika), biofizika, biokimya, biogeologiya və s. XXI əsrdə elmi-texniki tərəqqi ilə əlaqədar çox inkişaf etmişdir. B. yer üzərində mövcud olan və məhv olmuş külli miqdarda növ müxtəlifliyi, onların quruluşu və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsini öyrənən müxtəlif sahələrə bölünür. Biologiya həyata xas olan ümumi və fərdi qanunauyğunluqları müəyyən edir. Biologiyanın çoxlu sahələrinin olmasına baxmayaraq qanunauyğunluqlar əsasən ümumi biologiya tərəfindən tədqiq edilir. Ümumi biologiya özündə – yer üzərində həyatın əmələ gəlməsi haqqında nəzəriyyəni, hüceyrə haqqında nəzəriyyəni (sitologiya), toxuma biologiyasını (histologiya), molekulyar biologiyanı, insan haqqında nəzəriyyəni, ekologiyanı, genetikanı, biosfer haqqında nəzəriyyəni, təkamül nəzəriyyəsini (Darvinizm) və orqanizmlərin fərdi inkişafını (ontogenez) birləşdirir. B. terminini elmə ilk dəfə 1802-ci ildə bir-birindən asılı olmadan J.B.Lamark və Q.R.Treviranus daxil etmişlər. Lakin T.Roze (1797) və K.Burduxun (1800) əsərlərində biologiya terminindən istifadə edilmişdir. Ümumilikdə B. canlıları 4 böyük qrupda – bitkilər (500 mindən çox növ), heyvanlar (2 milyondan çox növ), göbələklər (100 min növ) və bakteriyalar olmaqla öyrənir.
Biologiya terminlərinin izahlı lüğətiCanlılarda vaxtı müəyyənetmə mexanizmi.
İnsanda günü sirkat tsikli, quşlarda miqrasiyalar B.S. funksiyası ilə idarə olunur. B.S.-ın mahiyyəti vaxtı ölçən cihaz olmadan günün təqribən hansı saatları olduğunu müəyyən etmək qabiliyyətidir. B.S. dövri proseslərlə əlaqədardır.
Biologiya terminlərinin izahlı lüğətiXəstəliyin xarakterini mikroskopla müəyyən etmək üçün canlı orqanizm toxumasından kiçik bir parçanın kəsilib müayinə edilməsi.
B. diaqnoz qoymaq, xəstəliyin yayıldığı hüdudları müəyyən etmək və cərrahi əməliyyat öncəsi planlaşdırma üçün mühüm əhəmiyyətə malikdir.
Biologiya terminlərinin izahlı lüğəti