Quşlar sinfinə aid olan dəstə.
Kiçik və orta ölçüyə malik quşlar. Ən kiçiyi sərçədən kiçik – böyükləri isə qarğa böyüklükdə olur. A.-in xarici görünüşü və rəngləri müxtəlif olur. Avstraliya, Yeni Zelandiya, Yeni Qvineya və Madaqaskar meşələri istisna olmaqla dünyanın bütün meşələrinə yayılıb. Onlara ən çox Cənubi Amerikada təsadüf edilir. A. dəstəsinə 380 növ aiddir. Nümayəndələrində ön barmaqlarından biri arxaya doğru 90 dərəcə yerini dəyişə bilir. Bunun sayəsində A.-lər ağacda şaquli vəziyyətdə qalmağı bacarır.
Biologiya terminlərinin izahlı lüğətiTənəffüs orqanı.
A. yalnız quru atmosfer havası ilə tənəffüsə uyğunlaşmışdır. İki cür tənəffüslü balıqlarda, suda-quruda yaşayanlarda və bütün quru onurğalılarında tənəffüs orqanı A.-dir. Onurğasızlardan hörümçəklər dəstəsinin nümayəndələri A. malikdir. Döş boşluğunda hər iki tərəfdə yerləşir. İnsanda sol ağ ciyər iki, sağ isə üçpaylıdır.
Biologiya terminlərinin izahlı lüğəti1. Heyvandarlıqda bir ana fərdin nəsli üzrə seçilib yaradılan qrup.
Təbii şəraitdə arı və qarışqa ailələri aralarında əmək bölgüsü getmiş ana fərddən başqa, yüzlərlə erkək və on minlərlə işçi fərddən təşkil olunmuşdur.
2. Yetkinlik yaşına çatmış oğlan və qızın, dövlət və din tərəfindən təsdiq edilmiş bərabərhüquqlu ittifaqı.
Biologiya terminlərinin izahlı lüğətiXordalılar tipi, balıqlar sinifüstü, qığırdaqlı balıqlar sinfinə aid olan cins.
Yırtıcıdırlar. A. daim hərəkətdə olurlar. Onların bədəninin temperaturu ətraf mühütün temperaturundan 7-8 dərəcə yüksək olur. Mako akulasının uzunluğu 400 sm-ə çatır. Nəhəng mako akulasının çəkisi 570 kq-a qədərdir. Akulanın bütün dişləri bir həftə ərzində çıxa bilər. Nümayəndələrində diribaladoğma müşahidə edilir.
Biologiya terminlərinin izahlı lüğəti