Xordalılar tipi, balıqlar sinifüstü, qığırdaqlı balıqlar sinfinə aid olan cins.
Yırtıcıdırlar. A. daim hərəkətdə olurlar. Onların bədəninin temperaturu ətraf mühütün temperaturundan 7-8 dərəcə yüksək olur. Mako akulasının uzunluğu 400 sm-ə çatır. Nəhəng mako akulasının çəkisi 570 kq-a qədərdir. Akulanın bütün dişləri bir həftə ərzində çıxa bilər. Nümayəndələrində diribaladoğma müşahidə edilir.
Biologiya terminlərinin izahlı lüğəti