lat. physostigma
İkiləpəlilər sinfinin paxlakimilər fəsiləsindən bitki cinsi.
Nümayəndələri otlar və ya lianlardır. Azərbaycanda təsadüf olunmur. Dünyada isə bir neçə növü yayılmışdır. Məsələn, zəhərli F., kalabar paxlası və s. Vətəni tropik Afrika və Madaqaskar adası hesab olunur.
Biologiya terminlərinin izahlı lüğətilat. phoenicopteri
Quşlar sinfinin dəstələrindən biri.
Bədəninin uzunluğu 100-120 sm-ə, çəkisi 3,1-4,3 kq-a çatan su quşlarıdır. Cənub-Qərbi Avropa, Asiya, Afrika, Mərkəzi və Cənubi Amerikada yaşayan 6 növü məlumdur. 1 fəsiləni və 3 cinsi əhatə edir. Azərbaycanda Qızılağac körfəzində bir növü (Avropa qızılqazı).
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətilat. “flora” – çiçək, bahar ilahəsi
Müəyyən ərazidə yaşayan və əksəriyyəti bitkilərdən ibarət olan taksonların cəmi.
F.-ya ümumilikdə bitki növlərinin, mikroorqanizmlərin və göbələklərin müəyyən vilayət, zona, rayon, bitki tipi, formasiyası və ya biosenoz daxilində onların müasir təbii şəraiti və geoloji keçmişi ilə bağlı tarixən təşəkkül tapmış məcmusu aiddir.
Biologiya terminlərinin izahlı lüğəti