İnsan, yaxud istiqanlı heyvan orqanizmində bakteriya, virus və başqa antigenlərə qarşı əmələ gələn qan serumunun qlobulin fraksiyası zülalları.
Antigenləri çoxalmağa qoymur və ya onların ifraz etdiyi zəhərli maddələri neytrallaşdırır. A. immunoqlobulinlərdən ibarətdir. Dalaq, limfa düyünləri və sümük iliyindəki plazmatik hüceyrələr tərəfindən sintez edilir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiyun. “antidoton” – ələyhinə verilən
Zəhərləmə hallarında işlədilən dərmanlar.
A. zəhəri zərərsizləşdirir, yaxud onun orqanizmə mənfi təsirinin qarşısını alır. İki qrupa bölünür: birinci qrupa zəhəri orqan və toxumalara keçənə qədər müxtəlif hissələrdə zərərsizləşdirən maddələr, ikinci qrupa isə zəhəri qanda və orqanlarda zərərsizləşdirən maddələr daxildir.
Biologiya terminlərinin izahlı lüğətiMəməlilər sinfi, cütdırnaqlılar dəstəsi nümayəndəsi.
A.-lar Avropa, Asiya və Afrikada hələ 5 milyon il bundan əvvəl yaşayıb. Hazırda yalnız Afrikada, Cənubi Asiyada rast gəlinir. Ən böyüyü kannadır və öküzə oxşayır. Böyük antilopların bədəninin uzunluğu 3-4 m-ə, quyruğu 90 sm-ə, çəkisi isə 900 kq-a qədər çatır.
Biologiya terminlərinin izahlı lüğətiÇox yayılmayan dekorativ otaq bitkisi.
Difenbaxiya bitkisinə bənzəyir. A. effektiv şəkildə otaqda olan zəhərli havanı təmizləyir. A. isti və rütubətə ehtiyac duyan, soyuq yeli və qızmar günəşi sevməyən bitkidir. Qışda bitkinin olduğu ortamda havanın temperaturu müsbət 16 dərəcə selsi temperaturdan aşağı düşməməlidir. Bitkinin yaxşı yetişməsi üçün ən optimal temperatur 20-25 dərəcə selsidir. Yaz-yay aylarında bitki çox, payız-qış aylarında isə az sulamanı tələb edir. Bitkinin torpağının quruması onun üçün təhlükəli haldır.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəti