Ən geniş yayılmış süxur əmələ gətirən minerallar qrupu.
Yer və Ay süxurlarının 50%-indən çoxunu təşkil edir. Ç. monoklinik və triklinik sinqoniyalarda kristallaşır. Prizmatik lövhəvarı, psevdorombik kristallar, ikiləşmələr əmələ gətirir. Adətən rəngsiz, qatışıqlardan asılı olaraq boz, çəhrayı, qırmızı, yaşıl, qara və s. olur.
See also:
Coğrafiya terminləri lüğətiÖlçüsü 10 mm-dən 100 mm-dək olan yuvarlaq süxur qırıntısı.
Ç.-ın forması süxurun maddə tərkibindən, tekstur və struktur xüsusiyyətlərindən, qırıntıların ilkin formasından və həmçinin köçürmə mühitinin xarakterindən asılı olaraq dairəvi, yumurtavarı, yastı və s. olur. Müasir və qədim çökmə qatlarda geniş yayılmışdır.
Coğrafiya terminləri lüğətiÇaqıllardan ibarət çökmə süxur.
Onların aralarındakı boşluqları (sementləyici kimi) xırda qırıntı materialları (qum, alevrit) doldurur. Petroqrafik tərkibinə görə polimikt (müxtəlif tərkibli çaqıllardan), oliqomikt (2-3 süxurun çaqıllarından) və monomikt (bircinsli çaqıllardan) olur. Tikinti materialı kimi (xüsusilə yol tikintisində) işlədilir.
Coğrafiya terminləri lüğəti