Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

şist

yun. skhistos – bölünən

Müxtəlif mineralların qarışığından ibarət, nazik paralel təbəqələrə bölünə bilən dağ süxurları.

Belə süxurlar temperatur və təzyiqin təsiri altında struktur dəyişikliyinə məruz qalmış metamorfik (kristallik) Ş.-lərə və çökmə üsulu ilə yaranmış qeyri-metamorfik (gilli, yanar) Ş.-lərə bölünür.

See also:

Coğrafiya terminləri lüğəti

şlak

alm. schlacke – zərbə

1. Filiz əridilərkən maye metalın üzərində toplanan, soyuduqda şüşə şəklində donan süxur qırıntıları və küldən ibarət kütlə.

Ş.-dan tikinti materialları istehsalında xammal kimi geniş istifadə olunur.

2. Bərk yanacaqların tullantıları.

3. Vulkan püskürməsi zamanı sıyıq lavanın soyuması nəticəsində ərimiş dağ süxurlarının əmələ gətirdiyi məsaməli, tündrəngli vulkanik şüşə.

Coğrafiya terminləri lüğəti

şlak konuslu vulkan

lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı

Püskürmə zamanı məsaməli iri şlak parçalarının kraterin ətrafında konus şəklində toplanaraq yaratdığı vulkan forması.

Hər püskürmə nəticəsində belə vulkanın hündürlüyü artır, xırda şlak parçaları isə vulkan təpəsinin yamaclarını formalaşdırır. Ş.K.V. – quruda geniş yayılmış vulkan növüdür (məs.: Kamçatkada Tolbaçik vulkanı).

See also:

Coğrafiya terminləri lüğəti

şlüz

holl. sluis – kənarlaşdırıram

Gəmiləri müxtəlif səviyyəli su hövzələrinin birindən o birinə keçirmək üçün hidrotexniki qurğu.

Ş. gəmilərin yerləşə biləcəyi bir və ya bir neçə Ş. kamerasından ibarətdir. Ş.-ün girəcəyində və çıxacağında qapılar qoyulur. Onları açıb-örtməklə Ş. kamerasında suyun səviyyəsi gəmilərin daxil ola və çıxa bilməsi üçün tənzimlənir (məs.: Volqa-Don kanalında 13 belə Ş. var).

Coğrafiya terminləri lüğəti

şoranlar

Üst qatında 1%-dən artıq suda həll edilə bilən duzlar olan torpaq tipi.

Ş. avtomorfhidromorf şəraitdə əmələ gəlir. Avtomorf Ş.-da duzların mənbəyi duzlu süxurlar, hidromorf Ş.-da isə, əsasən, kapilyarlarla üst qata qalxıb buxarlanan minerallaşmış qrunt sularıdır. Morfoloji quruluşuna görə qaysaqlı, yumşaq, yaş (nəm) və qara Ş.-lar mövcuddur. Suvarma düzgün aparılmadıqda əmələ gələn Ş.-a isə təkrar Ş. deyilir. Azərbaycanda şoran torpaqlar ən çox Kür-Araz ovalığında (Şirvan, Mil, Muğan və Qarabağ düzlərində) yayılıb. Kənd təsərrüfatında Ş.-dan onların tərkibindəki zərərli duzları kollektor-drenaj şəbəkəsi vasitəsilə fasilələrlə yumaq, ot bitkiləri əkib torpaqları uzun müddət yaxşılaşdırmaqla istifadə etmək olar.

Coğrafiya terminləri lüğəti

şamozit

ilk dəfə tapıldığı Şamozon (İsveçrə) kəndinin adından

Monoklinik sinqoniyada kristallaşaraq oolit və narındənəli aqreqatlar əmələ gətirən mineral; dəmirli xlorit.

Rəngi tünd-bozumtul-yaşıldan qarayadək dəyişir. Hipergen mənşəlidir. Gilli çöküntülərdə və çökmə dəmir filizlərində rast gəlir.

Coğrafiya terminləri lüğəti

şerl

alm. schörl

Mineral; turmalin mineralının qara, dəmirlə zəngin növü.

Qranitlərdə, peqmatitlərdə, qreyzenlərdə, skarnlarda, qneyslərdə, hidrotermal damarlarda və müxtəlif metamorfik şistlərdə rast gəlir.

Coğrafiya terminləri lüğəti

şlir

alm. schlier – palçıq, mergel

Püskürmə süxurlarında maqmanın kristallaşma mərhələsində toplanmış mineral yığını.

Süxurun qalan kütləsindən təşkil olunduğu mineralların miqdarca nisbətinə və ya strukturuna görə fərqlənir.

Coğrafiya terminləri lüğəti

şorakətlər

Torpağın elüvial qatının uducu kompleksində çoxlu miqdarda Na, bəzən maqnezium kationu olan azonal torpaq tipi.

Əsasən, meşə-çöl, çölyarımsəhra zonalarında əmələ gəlir. Ş. su rejiminə görə avtomorf, polihidromorf və hidromorf tiplərinə bölünür. Bioiqlim şəraitinə görə qara torpaq, şabalıdı torpaq və yarımsəhra Ş.-i olur. Adətən, Ş. zonal əlamətlərə, duzların kimyəvi tərkibinə və şorakətüstü qatın qalınlığına görə də təsnifləşdirilir.

Coğrafiya terminləri lüğəti

ştok

Çökmə süxurlar daxilində yerləşən qeyri-düzgün, ümumiyyətlə izometrik formalı süxur və ya faydalı qazıntı kütləsi.

Ölçüləri en kəsikdə bir neçə m-dən bir neçə km-dək, uzun oxu üzrə bir neçə km olur. Ş.-un əmələ gəlmə şəraitinə görə tektonik, maqmatikmetasomatik növləri var.

Coğrafiya terminləri lüğəti

şpinel

alm. spinell

Alümoşpinel qrupuna aid mineral.

Kubik sinqoniyada kristallaşır. Oktaedr formalı kristallar, dənəli aqreqatlar, ikiləşmələr və s. əmələ gətirir. Kristallar rəngsiz, müxtəlif çalarlı, qırmızı, yaşıl, göy, qara olur. Şüşə parıltılıdır. Aksessor mineraldır. Şəffaf, qırmızı və mavi Ş. qiymətli daşdır.

See also:

Coğrafiya terminləri lüğəti