Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

anhidrit

Adətən sıx kütlə, nadir hallarda lövhəvi, prizmatik kristallar əmələ gətirən rombik sinqoniyamineral.

Rəngi ağ, bozumtul, göyümtül, qırmızımtıl, nadir hallarda çəhrayı olur. Şüşə parıltılıdır. Narın dənəli mavi A. vulpinit və ya berqam mərməri adlanır.

Coğrafiya terminləri lüğəti

aleksandrit

rus. Aleksandrit – rus çarı II Aleksandrın adından

Mineral; xrizoberilin xromlu növü.

Sinqoniyarombikdir. Gündüz işığında zümrüdü-yaşıl, süni işıqda qırmızımtıl-bənövşəyi rəngdə olur. Qiymətli bəzək daşıdır.

Coğrafiya terminləri lüğəti

almaz

Ən sərt mineral; saf karbonun üç kristallik modifikasiyasından (almaz, qrafit, lonsdeylit) biri.

Sinqoniyakubikdir. Yastıüzlü (oktaedr, rombododekaedr, kub və onların müxtəlif kombinasiyaları) və əyriüzlü (dodekaedroid, oktaedroid və kuboid) kristalloqrafik formaları var. A.-ın xırda və iridənəli polikristallik aqreqatları bort, radial-şüavi quruluşlu kürəvi aqreqatları isə ballas adlanır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

anqlezit

İngiltərədəki Anqlsi adasının (Anglesey) adı verilmişdir

Rombik sinqoniyalı çox kövrək mineral.

Kristalları lövhəvi, nadir hallarda qısa sütunvarıdır. Sarıya, boza və yaşılaçalar ağ, bəzən də göy rəngdə olur. Almaz parıltılıdır.

Coğrafiya terminləri lüğəti