yun. krystallos – buz, dağ bülluru
Elementar hissəciklərin (atom, ion, molekul) qanunauyğun fəza qəfəsi düyünləri şəklində yerləşməsi ilə səciyyələnən bərk cisimlər.
K.-ın ölçüsü bir neçə anqstremdən (10-8 sm) bir neçə metrə çatır; məsələn, ABŞ-ın Olbani yatağında (Men ştatı) tapılmış nəhəng beril K.-ının uzunluğu 5 m, eni 1,5 m, çəkisi isə 16 tondur. Dünyada ən iri almaz K. “Kullinan”ın ilk çəkisi 3025,75 karat, yəni 605,15 qram olmuşdur.
Coğrafiya terminləri lüğəti