ing. barrel – çəllək
Bəzi ölkələrdə istifadə olunan həcm ölçüsü vahidi.
Bu vahid nəinki ölkədən-ölkəyə, hətta həcmi ölçülən material və məhsulun növündən asılı olaraq dəyişir; məsələn, ABŞ-da toz halında olan quru materialların 1 B.-inin həcmi 115 litrə, əksər mayelərin 1 B.-inin həcmi 119 litrə, neftin 1 B.-inin həcmi isə 159 litrə bərabərdir. Dünya bazarlarında və birjalarında neftin alqı-satqısı zamanı Amerika ölçü vahidindən – B.-dən istifadə olunur.
Coğrafiya terminləri lüğətilat. meridianus – günorta xətti
Coğrafi uzunluqların hesablanması üçün şərti qəbul olunmuş birinci meridian.
Coğrafi dərəcəsi 0°-dir. 1884-cü ildə Beynəlxalq Meridional Konfransda qəbul edilmiş qərara, əsasən, Londonun yaxınlığındakı Qrinviç rəsədxanasından keçən Qrinviç meridianı B.M. qəbul edilib.
Coğrafiya terminləri lüğətiYer səthinin normadan artıq rütubət olan yerlərində tam çürüməmiş üzvi maddələrin toplandığı sahə.
Müxtəlif klimatik zonalarda B.-lar müxtəlif bitkilərlə (məsələn, hündür yerlərdə mamır, çökəkliklərdə qamış, cil) örtülür, bir sıra hallarda suyun altında torf təbəqəsi olur. B.-lar fərqli səbəblərdən yaranır: yeraltı suların Yer səthinə çıxması nəticəsində, sututarlarda suyun azalması, daşqınlarda quru sahələri su basması zamanı və s. Hidrosferin tərkib hissəsinə aid olan B.-lar planetimizdə ilk dəfə Silur və Devon dövrlərində (350-400 milyon il əvvəl) əmələ gəlib. Yer səthində bütün B.-ların ümumi sahəsi 35 mln. km2-dir. Bunun əsas hissəsi Şimal yarımkürəsində yerləşir (Rusiya, Belarus, Kanada, Finlandiya və s.). Cənub yarımkürəsində ən böyük B. Braziliyada Amazon çayı hövzəsindədir. Azərbaycanda B.-lara daha çox Kür çayı boyu, Lənkəran və Samur-Dəvəçi düzənliklərində rast gəlinir.
Coğrafiya terminləri lüğətiDünya okeanının 200-2000 metr dərinliyində toplanan çöküntülər.
Okean və dəniz dibinin təxminən 20%-ni əhatə edir, əsasən, materik yamaclarında yayılıb. B.Ç.-in yarıdan çoxu terrigen çöküntülərdən ibarətdir. Bundan başqa, onun tərkibində əhəng duzları çöküntüləri, vulkanik lillər, dərinlik qumları da var.
Coğrafiya terminləri lüğətiyun. bathys – dərin + yun. zone – qurşaq
Dünya okeanının 200 metrdən 2000 metrə qədər dərinliyində olan, kontinental şelflə abissal zona arasında qalan hissəsi.
Dünya okeanının təxminən 15%-ni təşkil edir, materikə söykənən sərhədlərində meyillilik böyük olur. Burada suyun hərəkəti zəif, temperatur aşağı, lakin abissal zonaya nisbətən bir qədər yüksək olur. Canlı aləm, əsasən, dəniz kirpiləri, dəniz ulduzları, xərçəngkimilər, süngərlər, qurdlardan ibarətdir. Dərinə getdikcə bitki və heyvanlar aləmi kasadlaşır. B.Z.-ya işıq, demək olar ki, düşmür.
See also:
Coğrafiya terminləri lüğətiyun. bathys – dərin + yun. grapho – yazıram, təsvir edirəm
Düzbucaqlı koordinatlar sistemində su hövzələrinin dərinliklər nisbətini əks etdirən əyri xətt.
B.Ə.-ni tərtib etmək üçün su hövzəsinin dərinliklərinin izobatlarla əks olunduğu xəritələrdən və ya xüsusi cədvəllərdən istifadə edilir. B.Ə. ordinat xətti üzrə sıfır metrdən (su səviyyəsindən) aşağı dərinlikləri göstərir.
Coğrafiya terminləri lüğətiyun. bathys – dərin + yun. skapos – gəmi
Sualtı tədqiqatlarda istifadə olunan, özü hərəkət edən aparat.
B. sudan yüngül maye (əksər hallarda benzin) ilə doldurulmuş üzgəcdən (korpus) və polad kürədən (qondola) ibarətdir. Adətən, içərisində 1-3 tədqiqatçı və cihazlar yerləşir. Yüksək təzyiqə davamlı metaldan hazırlanmış B.-larla dərin okean çökəklikləri tədqiq olunur. İlk B.1948-ci ildə İsveçrə alimi Ogüst Pikar tərəfindən hazırlanıb. 1960-cı ildə onun oğlu Jak Pikar və amerikalı leytenant Don Uolş “Triyest” B.-ında Sakit okeanın 10.916 metr dərinliyinə enərək Marian çökəkliyini tədqiq ediblər.
Coğrafiya terminləri lüğətiyun. bathos – dərin + yun. metreo – ölçürəm
Su hövzələrinin müxtəlif dərinliklərindən, habelə dərin quyulardan su nümunələri götürmək üçün istifadə olunan hidroloji cihaz.
B.-in köməyi ilə dərin suların tərkibini, kimyəvi xassələrini öyrənirlər. Bu cihazın gövdəsinə xüsusi termometr bərkitməklə dərinliklərdə suyun temperaturunu da ölçmək mümkündür.
Coğrafiya terminləri lüğətiKriptozoy eonu dövründə təqribən 550-650 milyon il davam etmiş dağəmələgəlmə mərhələsi.
Termin ilk dəfə 1932-ci ildə rus geoloqu Şatski tərəfindən işlədilib. Bu mərhələdə planetimizdə ən qədim qırışıqlar, yəni ilk dağlıq ərazilər (Baykalətrafı dağlar, Şərqi Sayan dağları) yaranıb. Sonradan bu dağlar aşılanaraq parçalanıb, Yer səthinin ilk sabit hissələri olan qədim platformaları əmələ gətirib.
See also:
Coğrafiya terminləri lüğəti