alm. energetik < yun. energeia – fəaliyyət + yun. systema – hissələrdən ibarət bütöv, birləşmə
Enerji resurslarının, həmçinin onların emalı, bölüşdürülməsi, istehlakçıya çatdırılması, istifadəsi üsullarının və vasitələrinin məcmusu.
Hər bir ərazi vahidinin, iqtisadi rayonun yerli resurslardan və emal müəssisələrinin gücündən asılı olaraq öz E.S. yarana bilər, lakin adətən, ölkənin bütün energetika sistemləri və yanacaq-energetika kompleksləri vahid sistemdə birləşir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. energeia – fəaliyyət + fr. ressource – köməkçi vasitə
Sənayedə və məişətdə istifadəsi mümkün olan müxtəlif növ enerjilərin (mexaniki, istilik, elektrik, nüvə, kimyəvi və s.) mənbələri.
E.R.-nın bolluğu ölkənin inkişafına şərait yaradan ən mühüm amillərdən biri, onlardan istifadənin səmərəliliyi isə ölkənin inkişaf səviyyəsinin göstəricisidir. E.R., əsasən, iki yerə – bərpa olunmayan, yaxud ənənəvi resurslara (neft, qaz, kömür və s.) və bərpa olunan, yaxud qeyri-ənənəvi resurslara (günəş, külək, okean enerjisi və s.) bölünür.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiqədim yunan mifologiyasında külək allahı Eolun adından
Küləyin gətirib yığdığı qırıntılardan, qum dənələrindən ibarət çöküntülər.
E.Ç., əsasən, yarımsəhra və səhra zonalarında (Böyük Səhrada, Təklə-Məkanda, Qobidə, Qızılqumda, Qaraqumda) yayılıb, onlar toplaşdıqları yerlərdə müxtəlif akkumulyativ relyef formaları (dyun, barxan və s.) əmələ gətirir. E.Ç.-nin ilkin materialı süxurların aşınma məhsulu və müxtəlif mənşəli (dəniz, çay, göl və s.) qumlardır. Belə çöküntülərə həmçinin dəniz sahillərində, böyük çayların dərələrində, göllərin çuxurlarında da rast gəlinir. Eol qumları kənd təsərrüfatına böyük ziyan vurur; əkin sahələrini örtür, suvarma kanallarını doldurur və yolları tutur.
Coğrafiya terminləri lüğətiyun. aion – zaman
Yerin geoxronoloji bölgüsündə ən böyük vaxt vahidi.
Yer planetinin geoloji inkişaf mərhələsi iki E.-a bölünür: Kriptozoy (Kembriyəqədərki E.) və Fanerozoy. “Kriptozoy” termini “gizli həyat”, “Fanerozoy” termini isə “aşkar həyat” kimi tərcümə edilir. Bu adlar E.-lara həmin dövrlərə aid süxurlarda heyvan qalıqlarının aşkar olunub-olunmaması əsas götürülərək verilib. Birinci E. – Kriptozoyun adı və stratiqrafik bölgüsü barədə elmi mübahisələr uzun müddət davam etməkdədir və bu, lüğətlərdə, ensiklopediyalarda öz əksini tapır. Onların bəzilərində belə bölgünün olmadığı, digərlərində 2, yaxud 3 dövr (era) bölgüsünün olduğu göstərilir. Lakin Beynəlxalq Stratiqrafiya Komissiyasının 2013-cü ildə tərtib edərək sayta yerləşdirdiyi geoloji vaxt xəritəsini əsas götürsək, Kembriyəqədərki E. üç hissəyə ayrılır: Heyden (Yerin yaranma tarixindən – 4,6-3,9 mlrd. il əvvələdək), Arxey (3,9-2,5 mlrd. il əvvələdək), Proterozoy (2,5 mlrd. – 540 mln. il əvvələdək). Fanerozoy E.-na isə (təxminən 540 mln. il əvvəldən bu günədək) Paleozoy, Mezozoy və Kaynozoy eraları aiddir. E. termini ilk dəfə 1875-ci ildə amerikalı geoloq Ceyms Dana tərəfindən elmə daxil edilib.
Coğrafiya terminləri lüğətiTektonik hərəkətlər nəticəsində Yer qabığının tədricən, çox yavaş sürətlə qalxması və enməsi.
E.H. dağ süxurlarının yatımında gözlə görünəcək dəyişikliklərə səbəb olmur. Bu prosesin getdiyi yerlərdə zaman keçdikcə qalxma hərəkəti enmə ilə və əksinə, enmə hərəkəti qalxma ilə əvəz olunur. E.H.-in sürəti müxtəlif sahələrdə fərqlidir; məsələn, son mərhələdə İsveçin Botnik körfəzi sahilləri ildə 11 mm qalxır, Hollandiya ərazisi isə ildə 1 mm çökür. Şərqi Avropada ən güclü qalxma Ukraynada Lvov şəhərindən cənub-qərbdə (12 mm/il) müşahidə edilir.
Coğrafiya terminləri lüğətiyun. epi – üstdə + lat. continent – davam edən torpaq
Dünya okeanının transqressiyası dövründə materiklərin kənar hissələrinin enməsi, yaxud okeanda su səviyyəsinin qalxması nəticəsində əmələ gəlmiş materiküstü dəniz.
Oxot, Kara, Barens və s. dənizləri belə su hövzələrindəndir.
Coğrafiya terminləri lüğətilat. aera – başlanğıc rəqəm
Geologiyada eonların bölündüyü geoxronoloji vaxt vahidi.
Müasir dövrümüzə qədər davam edən ikinci geoloji eon – Fanerozoy – üç E.-ya bölünür: Paleozoy, Mezozoy, Kaynozoy. Lakin Kembriyəqədərki birinci eonun (Kriptozoy) E. bölgüsündə elmdə vahid mövqe yoxdur. Beynəlxalq Stratiqrafiya Komissiyasının 2013-cü ildə tərtib etdiyi geoloji vaxt xəritəsinə görə, bu eon üç hissəyə ayrılır: Heyden, Arxey, Proterozoy. Digər xəritələrdə ya iki E. göstərilir (Arxey və Proterozoy), ya da üçüncü E. fərqli adlandırılır: Katarxey. Bəzi elmi mənbələrdə isə hətta Arxey, Proterozoy və Katarxey də E. olaraq deyil, ayrıca eonlar kimi göstərilir. E.-lar, öz növbəsində, geoloji dövrlərdən təşkil olunur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. aera – başlanğıc rəqəm + yun. thema – müzakirə mövzusu
Hər hansı geoloji eraya aid süxur qatları, qalıqlar və çöküntülər.
E. litosferin, hidrosferin və üzvi aləmin (biosferin) eon daxilində inkişafının böyük mərhələlərini əks etdirir. Bu termini elmə 1966-cı ildə amerikalı geoloq Hollis Hedberq daxil edib.
Coğrafiya terminləri lüğəti