alm. horst – yuva
Yer qabığının parçalanma nəticəsində yuxarı qalxmış, digər faylarla əhatə olunmuş hissəsi.
H. tektonik proseslər nəticəsində yaranır, onun eni, uzunluğu və hündürlüyü bəzən kilometrlərlə olur. Almaniyada Şvarsvald, Fransada Vogez və İspaniyada Syerra-Nevada dağları nəhəng H.-lara nümunədir. H. terminini elmə 1873-cü ildə Avstriya geoloqu Eduard Züss daxil edib.
Coğrafiya terminləri lüğəti1. Yer qabığının əyilmiş iri strukturu, böyük və dərin çökəklik; məs.: okean hövzəsi.
2. Forması və təşkil olunduğu süxurların xüsusiyyətlərinə əsasən, suları özündə toplayan relyef tipi və ya yeraltı struktur; məs.: artezian hövzəsi.
3. Ayrıca çaya və ya çay sisteminə axan suların əhatə etdiyi sahə.
4. Buzlaq və onun qollarının qidalandığı sahə.
Coğrafiya terminləri lüğətilat. humus – yer, torpaq
Bitki və heyvan qalıqlarının biokimyəvi çevrilməsi nəticəsində əmələ gələn tündrəngli torpaq qatı.
Bu qat üzvi maddələrdən, çürüntülərdən ibarətdir. H.-un tərkibində torpağın məhsuldarlığı üçün vacib olan turşular (humin turşuları və fulvoturşular), bitkilər üçün zəngin qida elementləri (azot, fosfor, kükürd, karbon və s.) var. H. torpağın bioloji fəallığını artırır. Tündrəngli torpaqlarda (qara, qırmızı) H.-un miqdarı çox, açıqrəngli torpaqlarda (boz, açıq-şabalıdı) az olur.
Coğrafiya terminləri lüğətialm. horn-blende – buynuzdaşı
Amfibollar qrupuna aid süxur əmələ gətirən mineral.
Monoklinik sinqoniyada kristallaşır. Uzun prizmatik və qeyri-düzgün dənələr, lifli aqreqatlar əmələ gətirir. Rəngi qara, yaşıl, boz olur. H. intruziv və metamorfik süxurlar üçün xarakterikdir.
Coğrafiya terminləri lüğətiyun. hyper – üst, yüksək, artıq + yun. sthenos – güc, qala
Piroksenlər qrupundan rombik sinqoniyalı mineral.
Prizmatik kristallar, dənəli aqreqatlar və s. əmələ gətirir. Rəngi tünd-yaşıldan qonuru-qarayadək dəyişir. Əsasən, püskürmə süxurları əmələ gətirən mineraldır.
Coğrafiya terminləri lüğətiKristalloqrafiyada təsnifat vahidi.
Orta kateqoriyalıdır. Bir-birilə 120° bucaq təşkil edən üç eyni qiymətli (x, y, r) və onlara perpendikulyar bir ayrı qiymətli (z) oxla xarakterizə olunur. H.S. kristallarının üz, til və bəsit forma simvollarında dörd indeks (h, k, i, l) iştirak edir. h+k+i=0 olur. H.S.-da təyin edilməli həndəsi sabit z oxunun ölçüsüdür. H.S.-ya aid maddələrin fəza qəfəsinin elementar özəyi oturacağı düzgün altıbucaqlı olan düz prizmadır.
Coğrafiya terminləri lüğətiHipergenez zonasında, yəni Yer qabığının ən üst hissəsində aşağı temperatur və təzyiqdə əmələ gələn minerallar.
H.M. üçün hidratasiya, elementlərin yüksək dərəcədə oksidləşməsi xarakterikdir. Silikat süxurların aşınmasından əmələ gələn H.M. (gil mineralları) daha geniş yayılmışdır.
Coğrafiya terminləri lüğəti