Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

hidrargillit

yun. hydor – su + yun. argillos – ağ gil

Monoklinik sinqoniyada kristallaşaraq nazik lövhəvi kristallar, həbvarı kütlələr, radial-şüavi qabıqlar əmələ gətirən mineral.

Alüminium oksidi ilə zəngin süxurların aşınmasından əmələ gəlir. Boksit filizlərinin tərkibinə daxildir. H.-li boksit ən yaxşı alüminium filizidir.

Coğrafiya terminləri lüğəti

hidromikalar

Laylı quruluşlu alümosilikatlar qrupundan əlavə suya və oksoniyə malik mikayabənzər minerallar.

H. adətən, müxtəlif mikaların kaolin, montmorillonit, vermikulit və xloritə keçid mərhələsində aralıq məhsuldur. H.-ın əmələ gəlməsi, əsasən, qranit, peqmatit və s. süxurlarda mikalı mineralların aşınması və dəyişməsi ilə əlaqədardır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti