Yüksək səviyyədə iqtisadi və ictimai inkişafa nail olmuş müstəqil ölkələr qrupu.
Bu ölkələr ümumi daxili məhsulun həcminə, adambaşına düşən gəlirə görə dünyada aparıcı yerlər tutur, milli iqtisadiyyatın strukturu, dünya bazarında hakim mövqeləri ilə başqalarından fərqlənir. İEÖ-in beynəlxalq səviyyədə qəbul olunmuş ümumi tərifi yoxdur, lakin BMT onların sırasına, əsasən, Avropanın, Şimali Amerikanın, qismən Asiyanın, Okeaniyanın 40-60 ölkəsini, o cümlədən Avstraliyanı daxil edir.
Coğrafiya terminləri lüğətilat. intendere – gərgin
Əlavə resurslar cəlb olunmadan mövcud resurslardan istifadə səmərəsini artırmaqla əldə edilən iqtisadi inkişaf.
İ.İ. elmi-texniki nailiyyətlərin istehsalatda geniş tətbiqi, kənd təsərrüfatında torpağın münbitləşdirilməsi, meliorasiya kimi böyük vəsait tələb edən tədbirlərin həyata keçirilməsi hesabına əldə olunur. Bu forma, əsasən, İEÖ üçün səciyyəvidir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. intro – daxili + yun. zone – qurşaq
Müəyyən coğrafi zona daxilində yerli amillərin təsiri altında yaranan, bu tip zonalar üçün, adətən, səciyyəvi olmayan təbii xüsusiyyət, azonallığın xüsusi forması.
Səhralarda vahələr, yarımsəhralarda tuqay meşələri və s. azonal sahələrdir.
Coğrafiya terminləri lüğətilat. intrusio < lat. intrudo – itələyirəm
Yer qabığı dərinliklərində maqmanın soyuması və kristallaşması nəticəsində əmələ gələn maqmatik süxurlar, dərinlik süxurları.
İ.S. yüksək təzyiq şəraitində, maqmanın soyuma temperaturunu aşağı salan və mineralların kristallaşmasını təmin edən uçucu komponentlərin fəal iştirakı ilə formalaşır. Belə süxurlar iridənəli və tam kristallik quruluşlu olur, kimyəvi və mineraloji tərkibinə, həmçinin rəng və strukturuna görə ətraf süxurlardan fərqlənir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti1. Maqmanın Yer qabığını təşkil edən süxur qatlarına daxil olması prosesi.
Süxur qatları arasındakı çatlara və boşluqlara dolan maqma burada soyuyur və səthə çıxmadan Yerin dərinliyində yeni süxurlar yaradır.
2. Səthə çıxmadan Yerin dərinliyindəki süxur qatlarına daxil olaraq burada soyuyan maqmatik kütlə.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. inversio – əks paylanma, çevirmə
Təbii hadisə və proseslərin ümumi qanunauyğunluqlara zidd olaraq əks istiqamətdə inkişaf etməsi və/və ya yayılması.
Məsələn, yüksəkliyə qalxdıqca temperaturun azalmaq əvəzinə artması İ. hadisəsidir. İ. termini fiziki coğrafiya ilə yanaşı, biologiya, meteorologiya, riyaziyyat, kimya, məntiq, psixologiya elmlərində, ədəbiyyatda da fərqli anlamlarda işlədilir.
Coğrafiya terminləri lüğətiyun. ion – gedən + yun. sphaira – kürə
Yer kürəsini əhatə edən güclü ionlaşmış atmosfer təbəqəsi.
Bu təbəqədə seyrək atom, molekul və elektronların ionlaşması qısadalğalı günəş şüalarının, korpuskulyar sellərin, kosmik şüaların və s.-nin təsiri nəticəsində baş verir. İ. atmosferin 50 km-dən yuxarıda yerləşən mezosfer qatından başlayır və minlərlə kilometr qalınlığa malikdir, onun yuxarı sərhədi kimi şərti olaraq Yerdən 15-20 min km-lik məsafə götürülür. İ. təbəqəsi Günəşin zərərli rentgen şüalarını udaraq onların Yerə çatmasına imkan vermir. İ. yüksək keçiriciliyə malikdir, onun bu keyfiyyəti kosmik radioəlaqənin həyata keçirilməsində mühüm rol oynayır. Qütb parıltısı və maqnit burulğanları kimi təbiət hadisələri məhz İ.-də yaranır.
Coğrafiya terminləri lüğətiNəsildən nəslə keçən, morfoloji və fizioloji əlamətləri ilə fərqlənən, ümumi mənşəyə malik insan qrupu.
İ.-lər bir-birindən insanların boyuna, tük örtüyünə, dərinin piqmentasiya dərəcəsinə, üzün quruluşuna, gözün rənginə, başın formasına, qan qruplarının yayılmasına və s. göstəricilərə görə fərqlənir. İnsanların İ.-lərə ayrılması sahəsində bir sıra nəzəriyyələr və bölgü sistemləri mövcuddur, lakin antropoloqlar, əsasən, üç böyük İ.-i seçirlər: avropoid, ekvatorial və monqoloid. Bu əsas İ.-lərdən əlavə, qarışıq İ. qrupları da fərqləndirilir (məs.: Həbəşistan tipi, Cənubi Hindistan tipi, Orta Asiya tipi, Ural tipi, yapon tipi və s.).
Coğrafiya terminləri lüğəti