Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

izoterm

yun. isos – bərabər + yun. termos – temperatur

Müəyyən vaxt ərzində orta temperatur göstəricisi eyni olan sahələri iqlim xəritəsində birləşdirən izoxət.

İ. xəritələri əksər hallarda havanın çoxillik orta aylıq temperatur göstəriciləri, habelə fəsillərin və ya onların müəyyən dövrünün orta temperatur göstəriciləri əsasında tərtib edilir. İlk İ. xəritəsini 1817-ci ildə alman alimi Aleksandr Humboldt tərtib edib.

Coğrafiya terminləri lüğəti

ilmenit

ilk dəfə tapıldığı İlmen dağlarının adından

Oksidlər sinfinə aid triqonal sinqoniyamineral.

Bəzən mürəkkəb romboedrik kristallar, çox vaxt isə dənəli kütlələr və yığımlar əmələ gətirir. Rəngi dəmiri-qara olur. Metallik və yarımmetallik parıltılıdır.

Coğrafiya terminləri lüğəti

izoklin

yun. isos – bərabər, eyni, oxşar + yun. klino – meyl edirəm

Xəritədə maqnit əqrəbinin üfüqi vəziyyətindən aşağıya meyli eyni olan nöqtələri birləşdirən izoxət.

Maqnit əqrəbi maqnit ekvatorunda üfüqi, maqnit qütbündə isə şaquli vəziyyətdə olur.

Coğrafiya terminləri lüğəti