Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

linneit

Kubik sinqoniyada kristallaşaraq oktaedr formalı kristallar əmələ gətirən mineral.

Rəngi ağ, açıq-sarıya və ya çəhrayıya çalarlı olur. Metal parıltılıdır. Hidrotermal mənşəlidir. Nadir kobalt filizidir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

listvenit

Karbonatlardan (ən çox ankerit), kvars, muskovit və ya fuksitdən və müxtəlif mineral qatışıqlarından ibarət metasomatik süxur.

Ultraəsasi və əsasi süxurların listvenitləşmə prosesi nəticəsində əmələ gəlir. Rəngi açıq-yaşıl və ya boz olur. L. ilk dəfə Uralda tapılmış və alman geoloqu Q.Roze tərəfindən təsvir edilmişdir.

Coğrafiya terminləri lüğəti

lopolit

yun. lopas – kasa + yun. lithos – daş

İntruziv maqmatik süxurların yatım forması; maqmanın Yer daxilində soyuması nəticəsində əmələ gələn kasa və ya nəlbəki şəkilli intruziv kütlə.

Yerləşdiyi süxur layları istiqamətində yatır.

Coğrafiya terminləri lüğəti

lösit

yun. leukos –

Tetraqonal sinqoniyada kristallaşaraq tetraqon-trioktaedr, dodekaedr formalı kristallar, polisintetik ikiləşmələr əmələ gətirən mineral.

Rəngi ağ, boz olur.

Coğrafiya terminləri lüğəti

lonsdeylit

Meteoritlərdə tapılmış və süni surətdə alınmış birləşmə.

Coğrafiya terminləri lüğəti