Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

nerit çöküntülər

lat. nerites – balıqqulağı

Dayaz dəniz çöküntüləri.

Əsasən, sahilə yaxın – dərinliyi 200 metrədək olan sahələrdə müxtəlif süxurların toplanması nəticəsində əmələ gəlir. Qurudan gətirilmiş qırıntılardan, çınqıl, qum, əhəngli lil, əhəngdaşı və digər orqanogen çöküntülərdən ibarətdir. Nisbətən dərin hissələrdə orqanizm qalıqlarının (bakteriyalar, mərcanlar və s.), dəniz bitkiləri çürüntülərinin çoxluğu ilə xarakterizə olunur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

nerit zona

Dünya okeanının çəkilmə xəttindən başlayaraq 200 metrədək dərinliyində olan sahəsi.

N.Z. yaxşı işıqlandırılmış və oksigenlə zəngindir, suyun güclü hərəkəti, bioloji aləmin zənginliyi və rəngarəngliyi ilə xarakterizə olunur. Kontinental şelfin əksər hissəsi N.Z.-da yerləşir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

neytral sular

lat. neuter – heç biri

1. Bax: açıq dəniz.

2. Mühitin aktiv reaksiyası (pH göstəricisi) 6,95-7,3-ə bərabər olan sular və təbii su hövzələri.

N.S. xlordan, orqanizm üçün zərərli qatışıqlardan təmizlənmiş içməli sudur.

Coğrafiya terminləri lüğəti

nəqliyyat

İnsanların və yüklərin daşınmasına xidmət edən strateji əhəmiyyətli iqtisadiyyat sahəsi.

N. şəhər və kəndlərin inkişafına, əməyin coğrafi bölgüsünə, istehsalatın və satışın təşkilinə, iqtisadiyyatın bütün digər sahələrinin formalaşması və genişlənməsinə şərait yaradan ilkin şərtlərdən biridir. Növlərinə görə quru N.-ı, su N.-ı və hava N.-ı kimi üç böyük qrupa bölünür.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

nəqliyyat sistemi

yun. systema – tərtib olunmuş, birləşdirilmiş

Nəqliyyat infrastrukturu, nəqliyyat vasitələri və onları idarəetmə mexanizmlərinin məcmusu.

Vahid N.S. nəqliyyat infrastrukturunun bütün sahələrinin əlaqəli inkişafına, cəmiyyətin sosial və iqtisadi tələbatlarının ən optimal üsullarla, vaxta, vəsaitlərə qənaət etməklə təmin olunmasına şərait yaradır.

Coğrafiya terminləri lüğəti

nisbi geoxronologiya

yun. geo – Yer + yun. chronos – vaxt + yun. logos – elm

Süxurların nisbi geoloji yaşının müəyyən edilməsi ilə məşğul olan elm sahəsi, geoxronologiyanın bir bölməsi.

N.G., əsasən, stratiqrafiyaya istinad etməklə yanaşı, paleontoloji üsuldan və layların ardıcıllığı prinsipindən (Steno qanunu) geniş istifadə edir. N.G. mütləq geoxronologiyadan fərqli olaraq geoxronoloji bölgülərin davamiyyəti haqda məlumat vermir.

Coğrafiya terminləri lüğəti