Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

peridotit

fr. peridot – peridot və ya olivin

Əsasən olivin (70-30%) və piroksenlərdən (30-70%) ibarət ultraəsasi intruziv süxur.

Tərkibində bəzən hornblend də iştirak edir. P.-də müxtəlif faydalı qazıntı yataqları olur. P-dən bəzən üzlük və tikinti daşı kimi istifadə olunur.

See also:

Coğrafiya terminləri lüğəti

periklaz

yun. periklasis – sındırma, əymə; adı P.-ın laylanma qabiliyyəti ilə əlaqədardır

Kubik sinqoniyada kristallaşaraq oktaedr, nadir hallarda kub və dodekaedr formalı kristallar, ikiləşmələr və s. əmələ gətirən mineral.

Rəngi bozumtul-ağ, sarı, tünd-yaşıl, qara olur. Şüşə parıltılıdır.

Coğrafiya terminləri lüğəti

pikrit

Augitolivindən ibarət effuziv damar süxuru.

Tərkibində qatışıq halda hornblend, biotit, rombik piroksen, ilmenit, maqnetit, apatit iştirak edir. P. tam kristallikdir, bəzən müəyyən miqdar augit və olivin möhtəvili şüşədən (pikritli porfiritlər) ibarət olur.

Coğrafiya terminləri lüğəti

pirargirit

yun. pyr – od + yun. argyros – gümüş

Triqonal sinqoniyada kristallaşaraq dənəli aqreqatlar, prizmatik kristallar əmələ gətirən mineral.

Rəngi tünd-qırmızı, qırmızımtıl-qara olur. Almaz parıltılıdır. Hidrotermal mənşəlidir.

Coğrafiya terminləri lüğəti

piroksenit

Piroksenlərdən təşkil olunmuş tam kristallik ultraəsasi maqmatik süxur.

Tərkibində qatışıq halda hornblend, aksessor minerallardan olivin, biotit və s., nadir hallarda filiz mineralları (maqnetit, ilmenit) olur. Süxur əmələ gətirən mineralın tərkibindən asılı olaraq müxtəlif növlərə ayrılır. Mineral qatışığına görə P. hornblendli, olivinli, biotitli və s. olur.

Coğrafiya terminləri lüğəti

pneumatoliz

yun. pneuma, pneumatos – əsmə + yun. lysis – parçalanma, həll olunma

Maqmadan ayrılan qaz fazasının iştirakı ilə istər bilavasitə qazlardan çökmə vasitəsilə, istərsə də qazların mövcud minerallarla qarşılıqlı təsiri nəticəsində (pneumatolit metasomatoz) mineral əmələ gəlməsi prosesi.

Coğrafiya terminləri lüğəti

polikristal

Eyni maddənin xırda kristallarından ibarət aqreqat.

Düzgün formalı olmadığına görə bəzən kristallit və ya kristallik zərrə də adlanır.

Coğrafiya terminləri lüğəti

pollusit

iki mifoloji əkiz qəhrəmanlardan biri olan Polluksun adından

Kubik sinqoniyada kristallaşaraq adətən dənəli aqreqatlar əmələ gətirən mineral.

Rəngsiz, ağ, nadir hallarda açıq-çəhrayı olur. Qranit peqmatitlərində rast gəlir.

Coğrafiya terminləri lüğəti

porfirit

Tərkibində kvars iştirak etməyən paleotip effuziv süxur.

Andezitlə eyni tərkiblidir. Tərkibindən asılı olaraq müxtəlif növlərə ayrılır: plagioklazlı P., piroksenli P., hornblendli P. və s. P. qırışıqlıqplatforma sahələrində müxtəlif geoloji yaşlı süxurlarda geniş yayılmışdır.

Coğrafiya terminləri lüğəti

psammitlər

yun. psammites – qumlu < psammos – qum

Dənələrinin 50%-nin ölçüsü 0,05 mm-dən 1 mm-dək olan süxur və mineral qırıntılarından təşkil olunmuş süxurlar.

Kövrək növləri qum, sementləşmiş növləri isə qumdaşı adlanır.

Coğrafiya terminləri lüğəti

psevdomorfoz

yun. pseudos – yalan + yun. morphe – forma, görünüş

Əmələ gəldikləri maddəyə yad olan xarici kristalloqrafik formaya malik mineral fərdləri.

P.-u xarakterizə etdikdə eyni mineralın adı ilə birlikdə onun formasını kəsb etdiyi mineralın adı da göstərilir: gipsin kalsit üzrə P.-u, kaolinin çölşpatı üzrə P.-u və s.

Coğrafiya terminləri lüğəti

psilomelan

yun. psilos – hamar, çılpaq + yun. melas, melanos – qara

Monoklinik sinqoniyada kristallaşaraq adətən Mn və Fe oksidləri ilə qarışıq halda, torpaqvarı, sıx, axım formalı aqreqatlar, oolitlər və dendritlər əmələ gətirən mineral.

Rəngi qara, poladı-boz, qonuru-qara olur.

Coğrafiya terminləri lüğəti

pussolanlar

İtaliyada yer adından

Vulkanların kövrək püskürmə məhsullarından (kül, tuf, pemza və s.) ibarət süxurlar.

Pussolan sementi və hidravlik əhəng istehsalında işlədilir. Bu növ sementləşmiş çöküntülər trass adlanır.

Coğrafiya terminləri lüğəti