lat. super – üst, üstün + lat. aqua – su + alm. landschaft – ölkə, mahal
Səthə yaxın yerləşən qrunt sularının ardıcıl təsiri altında formalaşan landşaft tipi.
Belə landşaft tipi mənfi relyef formalarında yaranır, süxurların ifrat rütubətliliyi və hidrofit bitkilərin çoxluğu ilə seçilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiSuyu mənbəyindən götürüb sahəyə paylayan və bitkilərin suvarılmasını təmin edən qurğular.
Bu sistemə suqəbuledici qurğu, ana kanal, daimi paylayıcı kanallar, müvəqqəti kanallar, suvarma şəbəkəsi, hidrotexniki qurğular daxildir. Sızmaya və buxarlanmaya gedən itkinin qarşısını almaq üçün bir çox hallarda S.S. qapalı tikilir, suvarma kanallarının bir hissəsi, yaxud hamısı borularla əvəzlənir.
Coğrafiya terminləri lüğətiOkean–atmosfer–quru sahələrinin bütövlükdə iştirak etdiyi dünya su dövranı.
S.B.D.-nda Dünya okeanının üzərində yaranmış su buxarı hava kütlələri ilə quruya köçürülür, orada yağıntılar şəklində Yer səthinə düşür və yenidən səth, yeraltı axınlar vasitəsilə okeanlara, dənizlərə qayıdır. Belə qapalı dövran suyun keyfiyyətini dəyişir: şor su şirin suya çevrilir, çirkli su təmizlənir.
Coğrafiya terminləri lüğətiSuyun tərkibində olan duzların cəmi.
S.D. promillə (‰) ölçülür. Təbii sular təmiz (duzluluq – 0,5‰), miksoqalin və ya az duzlu (0,5-30‰), euqalin (30-40‰), hiperqalin və ya çox duzlu (40‰-dən artıq) sulara bölünür. Təmiz (saf) su hövzələrinə çaylar, göllərin əksəriyyəti, euqalin su hövzəsinə – Dünya okeanı, hiperqalin su hövzəsinə bəzi göllər və Dünya okeanının bəzi sahələri aiddir.
Coğrafiya terminləri lüğətiDünya okeanı–atmosfer–Dünya okeanı sxemi üzrə baş verən su dövranı.
S.K.D.-nda Dünya okeanı səthindən buxarlanan 447.900 km3 illik su həcminin 410.500 km3-i yenidən atmosfer yağıntıları halında okean və dənizlərə qayıdır, dövrə qapanır. Bu sxemdə kəsir qalan 37.400 km3 su həcmi isə çaylar vasitəsilə okeana tökülür.
Coğrafiya terminləri lüğətiRütubətin atmosferlə Yer səthi arasında dövranı.
Bu proses suyun buxarlanmasından, su buxarının kontinent üzərində uzaq məsafəyə aparılmasından, kondensasiyasından, yağıntı halında səthə düşməsindən, yenidən buxarlanmasından ibarətdir. Beləliklə, atmosferlə Yer səthi arasında daimi su mübadiləsi prosesi gedir.
Coğrafiya terminləri lüğətiYer qabığını təşkil edən təbii mineralların cəmi.
S. müstəqil əmələ gələn, kimyəvi tərkibi və fiziki xassələrini, demək olar, dəyişməyən yekcins, yaxud qarışıq minerallardan ibarətdir. Mineral dənələrinin forması, ölçüsü, qarşılıqlı yerləşməsi S.-ın strukturunu və teksturunu müəyyənləşdirir. Mənşəyinə görə onlar maqmatik, metamorfik və çökmə S.-a ayrılır. Yer qabığının 90%-ni maqmatik və metamorfik, 10%-ni çökmə S. təşkil edir. Lakin Yer səthi sahəsinin 75%-i çökmə süxurlardan formalaşıb.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti